AzTehsil.com


Xəbərlər / Valideyn / Psixoloq
07 noyabr 2021
2 621


Cizgi filmləri uşaqları necə məhv edir - Psixoloq RƏYİ




Bu gün uşaqlarla yanaşı, böyüklər də saatlarla televiziya qarşısında, ya da internetdə cizgi filmləri izləyə bilərlər.


Animasiya formatında çəkilən cizgi filmlərindən əldə olunan gəlir aylıq milyonlarla dollarla ölçülür. Silsilə şəklində çəkilən cizgi filmlərinin əksərinin mövzusu isə bir o qədər də ürəkaçan deyil. Bir çox valideynlər şikayətlənir ki, animasiya filmlərindəki səhnələr uşaqlarda aqresiya yaradır. Uşaqların "silahlanıb" bir-birinə "səni öldürəcəm" deməsi, onların psixologiyasında ciddi travmaların yaranmasına işarədir. Bəs valideynlər uşaqların psixologiyasını necə qorumalıdır?


Dünya təcrübəsində cizgi filmləri uşaqlara kitab oxumaq, danışmaq, şəxsiyyət kimi formalaşmaq kimi məsələlərdə kömək edən vasitə rolu oynayır. Onların şəxsi inkişafının formalaşmasına xidmət edir. Hər uşaq kitab oxumağı sevməyə bilər, amma uşaqların böyük əksəriyyəti cizgi filminə baxmağı xoşlayır. Dünya şöhrətli psixoloqlar qeyd edir ki, cizgi və animasiya filmlərinin mövzusu, çəkilmə şəkli uşaqların müəyyən yaş həddinə uyğun seçilməlidir. Çünki bir çox ölkələrdə uşaqların intellektinin inkişafı, doğma dilini sərbəst mənimsəməsi üçün kifayət qədər məzmunlu və ibratamiz hekayələr, nağıllar üzərində çəkilən cizgi filmləri var. Uşaqlar türk və rus dillərində cizgi filmi izlədikcə, başqa ölkənin mental düşüncələrini və dilini mənimsəyirlər. Bu isə uşağın inkişaf mərhələsində doğru addım hesab olunmur.


 Peşəkar Psixologiya Mərkəzinin rəhbəri Nuriyyə Quliyeva mövzu ilə bağlı danışıb. O qeyd edib ki, valideynlər ağlayan uşağı belə sakitləşdirmək üçün televiziya və ya kompyuter qarşısında cizgi film açırlar. Bu onların psixologiyası üçün yanlış istiqamətdir: "Bu zaman valideynlər cizgi filminin mövzusuna, məzmununa diqqət etmədən uşaqların psixologiyasına təsir göstərirlər. Kompyuter, planşet, mobil telefon və s. qurğulardan izlənilən animasiya filmlərinin üzərində bəzən yaş məhdudiyyəti qoyulur. Təəssüf olsun ki, valideynlər buna da diqqət etmir. Məsələn, üzərində +7 yazılan cizgi filmlərinə 6 yaşa qədər uşaqların baxması belə düzgün deyil. Çünki o uşaqların düzgün qavrama qabiliyyəti nəzərə alınaraq seçilib. Dini mövzular, subliminal mesajlar verən cizgi filmlərinin azyaşlılara izlədilməsi doğru deyil. Bu onların psixologiyasında fəsadlar yarada bilər. Dünyada uşaq psixologiyasında belə bir şey var ki, 0-3 yaş arası uşaqlar televizor (kompyuter, planşet, mobil telefon) tanış olmamalıdır. Uşaqların diqqəti o dərəcədə inkişaf etmədiyi üçün bu onların zehni yorğunluğuna səbəb ola bilir".


Uşaqların yaşına uyğun olmayan məzmunlu verilişlər, cizgi filmləri izləməsi onlarda nitq geriliyinə də səbəb ola bilir. Onların zehni bu məlumatları tam olaraq başa düşmədiyi üçün inkişaf prosesini yayındırır və normal yaşlarından daha gec danışmağa başlayırlar:


" 2-5 yaş arası uşaqlar gün ərzində sadəcə 1 saat televizya (kompyuter) qarşısında otura bilərlər. Burada təbii ki, 10 dəqiqədən çox olmamaq şərtilə müəyyən fasilərlə 1 saat nəzərdə tutulur. Hazırda 10 dəqiqəlik cizgi filmləri tapmaq olduqca çətindir və təbii ki, cizgi filminin yarıda kəsilməsinə uşaqlar kəskin sürətdə reaksiya verirlər. Çünki indi ən az davam edən cizgi filmləri 20-25-45 dəqiqə davam edir. Belə halların yaşanmamsı üçün yaxşı olar ki, tammetrajlı cizgi filmləri seçilməsin. 6-12 yaş arası uşaqlar isə daha çox animasiya filmlərini sevirlər. Onlar üçün də tərtib edilən norma maksimum 1 saatdır. Normada artıq izlənilən hər dəqiqə uşaqların dərs fəaliyyətinin azalmasına gətirib çıxarır. Çalışmaq lazımdır ki, tədris ili ərzində bu normalara riayət edilsin".


Valideynlərin uşaqlara cizgi film qəhrəmanlarının geyimlərini, çantalarını alması da onların psixologiyasına təsir edən amillərdəndir: "Bu gün satışda müxtəlif növ personajların geyimləri, dəftərləri, çantaları satılır. Uşaqlar bunları görür və təbii olaraq istəyir. Lakin bu personaj mənfi obrazdırsa, bu ciddi fəsadlar verə bilər. Məsələn, kiməsə cəza verən "hörümçək adam", kimlərisə öldürən, vuran, dalaşan obrazlar uşaqlara əxlaqi keyfiyyətlər aşılamır. Bu onlara olduqları mühitdə həmyaşıdları ilə müəyyən problemlər yaşadacaq. Biz hətta yarış xarakterli cizgi filmlərini bəzi uşaqlara qadağan edirik. Həssas və fobiyası olan uşaqların bu tipli cizgi filmlərinə baxmasını və oyunlar oynamasını tövsiyyə etmirik".




Загрузка...
Həmçinin oxuyun:
Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Azərbaycanda cizgi filmlərinin yaranma tarixi

Azərbaycanda cizgi filmlərinin yaranma tarixi

“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olundu - VİDEO

“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olundu - VİDEO

Seksual tərbiyə bu gün üçün Azərbaycan məktəblərində çox vacibdir:-Gülnara İnanc

Seksual tərbiyə bu gün üçün Azərbaycan məktəblərində çox vacibdir:-Gülnara İnanc

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Müasir uşaqlara nağıl danışmaq lazımdırmı ?

Müasir uşaqlara nağıl danışmaq lazımdırmı ?

“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub - VİDEO

“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub - VİDEO

Rövşən Məmmədov: “TRT telekanalı və AzTv -nin ortaq uşaq televiziyasının yaradılması nəzərdə tutulur”

Rövşən Məmmədov: “TRT telekanalı və AzTv -nin ortaq uşaq televiziyasının yaradılması nəzərdə tutulur”

“Maşa və ayı”nın Azərbaycan nağılı əsasında çəkilmiş bölümünün “YouTube”dan silinməsinə aydınlıq gətirildi

“Maşa və ayı”nın Azərbaycan nağılı əsasında çəkilmiş bölümünün “YouTube”dan silinməsinə aydınlıq gətirildi

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

“Virtual məktəb”də rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir

“Virtual məktəb”də rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir

Uşaqlarda yaddaş zəifliyi

Uşaqlarda yaddaş zəifliyi

Nağılların uşaq inkişafına təsiri

Nağılların uşaq inkişafına təsiri

İngilis dilini öyrənmək istəyənlər - bu seriallara baxın

İngilis dilini öyrənmək istəyənlər - bu seriallara baxın

İNGİLİSCƏ ÖYRƏNMƏK ÜÇÜN ƏN UYĞUN OLAN 5 SERİAL

İNGİLİSCƏ ÖYRƏNMƏK ÜÇÜN ƏN UYĞUN OLAN 5 SERİAL

Uşaqlarda kitab oxuma mədəniyyətini necə formalaşdırmaq lazımdır?

Uşaqlarda kitab oxuma mədəniyyətini necə formalaşdırmaq lazımdır?

Karlson kimin prototipidir?

Karlson kimin prototipidir?

Ev tapşırıqları ibtidai sinif şagirdlərini məhv edir.

Ev tapşırıqları ibtidai sinif şagirdlərini məhv edir.

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Uşaqlar yay tətilini necə keçirməlidirlər?

Uşaqlar yay tətilini necə keçirməlidirlər?

YUNİSEF-dən dünya ölkələrinə çağırış

YUNİSEF-dən dünya ölkələrinə çağırış

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?