Koronavirusun insanlığın neçə ilini əlindən aldığı hesablanıb
Koronavirus pandemiyası 2020-ci ildə 30-dan çox ölkədə insanların təxminən 28 milyon ilini əlindən alıb.
Böyük Britaniya, ABŞ, Rusiya və Almaniyadan alimlər bununla bağlı apardıqları araşdırmadan sonra belə qənaətə gəliblər.
Statistika həyat müddətinin qısalması və ölüm hallarının gözləniləndən çox olması ilə (xüsusən yüksək gəlirli ölkələrdə) hazırlanıb.
Nəşrin məlumatına görə, ötən il ömür uzunluğunun qısalması ən çox Rusiya, ABŞ və Bolqarıstanda müşahidə olunub – bu ölkələrdə insanlar iki ilə tez ölüblər.
Asiya, Afrika və Latın Amerikanın bəzi ölkələri tədqiqata daxil edilməyib. oxu.az