AzTehsil.com


Xəbərlər / Müəllim
23 oktyabr 2021
1 609


Təhsil tariximizdə iz qoyan qadın pedaqoq Mina xanım Aslanova - FOTO




Azərbaycanda təhsilin yayılmasında, savadsızlığın aradan qaldırılmasında, qadınların təhsilə cəlb edilməsində rolu və xidmətləri olmuş pedaqoqlar var ki, onların həyat və fəaliyyəti, təəssüflər olsun ki, bu günədək öyrənilməyib və ya araşdırılmayıb.

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

Azərbaycanda təhsil və mədəniyyətin inkişaf tarixinə xüsusi diqqət yetirən “Kaspi” qəzetinin 31 iyul 2021-ci il tarixli buraxılışında dərc edilmiş “Tanımadığımız Nigar...” sərlövhəli məqaləm tanınmış pedaqoq Nigar xanım Səfərəli bəy qızı Vəlibəyovaya həsr edilib. Bu dəfə isə Azərbaycanın təhsil tarixində izi qalmış qadın pedaqoqlardan biri - Mina xanım Aslanovanın həyat və fəaliyyəti haqda oxuculara məlumat verəcəyəm.

Mina xanım Aslanova haqqında məlumatları yalnız Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin “Xalq məktəblərinin Bakı-Dağıstan Direksiyası” (fəsil 309) fondundan aşkar etmək mümkün olub. Mina xanım Aslanovanın atası Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu Aslanov (1858-1938) öz dövrünün tanınmış pedaqoqlarından biri olub. Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu 1858-ci ildə Şuşa şəhərində anadan olub. Şuşa şəhər məktəbini bitirdikdən sonra 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan bölməsinə daxil olub və 1885-ci ildə Seminariyada təhsilini müvəffəqiyyətlə başa vuraraq Şuşa qəzasının Gülablı və Ağdam Zemstvo məktəbində müəllim işləyib. Zəkəriyyə bəy Aslanov sonralar Bakı şəhərinə köçüb, 1912-1915-ci illərdə 4-cü rus-müsəlman məktəbində dərs deyib. Zəkəriyyə bəy 1906-1907-ci illərdə çağırılmış Qafqaz Müəllimləri Qurultayının iştirakçısı olub.



Mina xanım Aslanova 1898-ci ildə dünyaya göz açmışdır. 1912-ci ildə Bakı qadın rus-tatar məktəbinin tam kursunu bitirmişdir. Bakı şəhər Duması nəzdindəki Məktəb komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S.Tixorjevskiyə ünvanladığı 4 yanvar 1913-cü il tarixli məktubunda qeyd edilirdi ki, Bakı birinci rus-tatar məktəbində müvəqqəti vakant yerini tutmuş Mina xanım Aslanova Bakı şəhər Duması nəzdindəki Məktəb komissiyasının 19 dekabr 1912-ci il tarixli qərarı ilə şəriət müəlliməsi vəzifəsinə seçilmişdir. Həmin dövrdə Mina xanım 16 yaşlı şiə təriqətli azərbaycanlı, müsəlman qız idi. Mina xanım Bakı qadın rus-tatar məktəbinin tam kursunu bitirməklə yanaşı, 1912-ci ildə görkəmli maarifpərvər xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaratdığı Bakı qadın rus-tatar məktəbini də bitirərək, 1127 saylı şəhadətnamə əldə edib.


Bakı şəhər Duması nəzdindəki Məktəb komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S.Tixorjevskiyə ünvanladığı 1 mart 1913-cü il tarixli məktubda qeyd edilib ki, 16 fevral 1913-cü ildə Bakı şəhər Duması nəzdindəki Məktəb komissiyasının qərarı ilə Bakı birinci rus-tatar məktəbinə şəriət müəlliməsi vəzifəsinə seçilmiş Mina xanım Aslanovaya Bakı İmperator Aleksandr III adına Kişi Gimnaziyasının Pedaqoji Şurası tərəfindən Qafqaz Tədris Dairəsinin aşağı ibtidai məktəblərində Azərbaycan dili müəlliməsi vəzifəsini təsdiq edən 199 saylı şəhadətnamə verilib. Arxiv sənədləri təsdiq edir ki, Mina xanım Aslanova yalnız 10-cu rus-tatar məktəbində şəriət müəlliməsi vəzifəsini icra etməyib. O, müxtəlif vaxtlarda Azərbaycan dilindən dərs demək üçün digər məktəblərə də ezam edilib.

Mina xanım Aslanova Bakı şəhərində keçmiş Spasski küçəsi (indiki Zərgərpalan küçəsi) 103 saylı evdə yaşayıb. Bu haqda məlumat Məktəb Komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoruna ünvanladığı 4 yanvar 1913-cü il tarixli məktubunda qeyd edilirdi. 1916-cı il mayın 16-da Mina xanım Aslanova təxirəsalınmaz ailə işləri ilə əlaqədar Aşqabad şəhərinə getməsinə icazə verilməsi haqqında 2-ci rayon üzrə müfəttiş S.M.Qəniyevə ərizə ilə müraciət edib. Həmin ərizədə Mina xanım Aslanovanın 2-ci rus-tatar məktəbinin deyil, artıq 3-cü rus-tatar məktəbinin müəlliməsi olduğu qeyd edilirdi. Arxiv sənədləri təsdiq edir ki, Mina xanım  Aslanova həyatını müxtəlif rus-tatar məktəblərində gənc nəslin təhsil alması işinə sərf edib və bu yolda fədakarcasına çalışıb. Təəssüflər olsun ki, Mina xanım Aslanovanın sonrakı həyat tarixi haqqında hər hansı bir digər sənəd onun şəxsi işində aşkar edilməyib.

Mina xanımın ailə həyatı qurub-qurmadığı, eləcə də neçənci ildə vəfat etdiyi haqqında hər hansı bir məlumat aşkar etmək mümkün olmadı. Güman etmək olar ki, tanınmış pedaqoq repressiyaya məruz qalıb. Çünki onun atası, Qori Müəllimlər Seminariyasının məzunu Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu Aslanov 1938-ci ildə repressiyanın qurbanı olub. Yeri gəlmişkən, qeyd edək ki, onun oğlu, yəni Mina xanımın qardaşı Əmir bəy digər tanınmış pedaqoq Nigar xanım Vəlibəyovanın həyat yoldaşı olub. Əmir bəy də 1938-ci ilin repressiya qurbanları arasındadır.

Azərbaycan Respublikasının təhsil tarixində izi qalmış hər bir pedaqoq xalqımız üçün olduqca dəyərli və əzizdir. Çünki onların səyləri nəticəsində Azərbaycanda savadsızlığın aradan qaldırılması sahəsində mühüm işlər görülüb. Bu pedaqoqların fəaliyyəti mütəmadi olaraq tədqiq edilməlidir ki, belə işıqlı ziyalıların xidməti unudulmasın.

Rafiq Səfərov,

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Baş məsləhətçisi




Загрузка...
Həmçinin oxuyun:
Məktəblilərə “Mina təhlükəsinə dair maariflənmə” tədris olunacaq

Məktəblilərə “Mina təhlükəsinə dair maariflənmə” tədris olunacaq

Tarixin ən məşhur Azərbaycan qadınları - siyahı

Tarixin ən məşhur Azərbaycan qadınları - siyahı

4 minə yaxın müəllimə müharibə ilə bağlı təlimə cəlb olunub

4 minə yaxın müəllimə müharibə ilə bağlı təlimə cəlb olunub

Orta məktəbin həyətində 2 ədəd tank əleyhinə mina aşkarlandı

Orta məktəbin həyətində 2 ədəd tank əleyhinə mina aşkarlandı

İlk Azərbaycan dili müəlliməsi və  ilk Azərbaycan qadın jurnalisti .

İlk Azərbaycan dili müəlliməsi və ilk Azərbaycan qadın jurnalisti .

Sürüklənən bəşəriyyət,qadınla yüksələcək!

Sürüklənən bəşəriyyət,qadınla yüksələcək!

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Təhsil naziri xanım Baronessa Emma Nikolson ilə görüşüb

Təhsil naziri xanım Baronessa Emma Nikolson ilə görüşüb

Xanım deputat məktəblərdəki rus sektorlarına qarşı çıxdı

Xanım deputat məktəblərdəki rus sektorlarına qarşı çıxdı

2018 Yay Mühəndislik Forumu keçiriləcək

2018 Yay Mühəndislik Forumu keçiriləcək

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

“Müəllimləri uşaqlarımızın problemlərinə qayğıyla yanaşırlar...”- Aprel Şəhidimizin həyat yoldaşı...

“Müəllimləri uşaqlarımızın problemlərinə qayğıyla yanaşırlar...”- Aprel Şəhidimizin həyat yoldaşı...

Prezident Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə olub

Prezident Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə olub

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

Müəlllimlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya məktubu

ƏSL PEDAQOQ VƏ TƏLƏBKAR DİREKTOR- Lənkəran təhsili dedikdə...

ƏSL PEDAQOQ VƏ TƏLƏBKAR DİREKTOR- Lənkəran təhsili dedikdə...

SON DƏQİQƏ! Türk hərbçiləri Azərbaycana gəldi

SON DƏQİQƏ! Türk hərbçiləri Azərbaycana gəldi

Millət vəkili Mehriban Əliyevanın elmə göstərdiyi qayğıdan danışıb

Millət vəkili Mehriban Əliyevanın elmə göstərdiyi qayğıdan danışıb

85 il öncə “Azərbaycan müəllimi” dərc olunub

85 il öncə “Azərbaycan müəllimi” dərc olunub

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Tanınmış şairə orfoqrafiya dəyişikliklərinə şeir yazdı - "Biri uçdu, biri qaçdı..."

Tanınmış şairə orfoqrafiya dəyişikliklərinə şeir yazdı - "Biri uçdu, biri qaçdı..."

“Şagirdlərin təhsilində ailənin rolu” adlı video görüş keçirilib

“Şagirdlərin təhsilində ailənin rolu” adlı video görüş keçirilib

Rektorun qızı ali məktəbə qəbul oldu.

Rektorun qızı ali məktəbə qəbul oldu.

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR