Xəbərlər / Kitabxanaçı
11 oktyabr 2021

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi olub

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi olub

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi olub. 

 
Bağlanış mərasimində günün qonağı yazıçı Toğrul Mehdi olub, həmçinin musiqili qonaqlar dəvət olunub, Xalq artisti Miri Yusif çıxış edib.

 Sərgidə uşaqlar üçün Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında kukla tamaşaları, "uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil edilib.

Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak ediblər.

Çingiz Abdullayev, Gülseren Buğdayıcıoğlu, Elxan Elatlı, Sinan Yağmur, Toğrul Mehti Niyazi, Ercan Kesel və digər tanınmış yazıçı və məşhur şəxslər sərgidə günün "fəxri qonağı” olublar.

Yazıçılarla görüşlər, imza günləri və kitab təqdimatları keçirilib. 

İştirakçılar tərəfindən sərgidə satışa çıxarılacaq bütün kitablara böyük endirimlər edilib.

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 43 xarici təşkilat, 99 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib və sərgi müddətində müxtəlif formatda 139 tədbir təşkil olunub.

İştirakçılar üçün 6 kvadrat metrə qədər ekspozisiya sahəsi və lazımı avadanlıqlar Mədəniyyət Nazirliyi tərəfindən ödənişsiz olaraq təmin edilib.

Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.

Qeyd edək ki, 6-10 oktyabr tarixlərində keçirilən kitab festivalı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunub.

Sərginin sponsoru – "BP” şirkəti, baş TV tərəfdaşı – Azərbaycan İctimai Televiziyası və festivala təşkilati dəstəyi "Caspian Event Organisers” şirkəti həyata keçirib.

Kitab festivalı uşaqdan böyüyə hər kəs tərəfindən maraqla qarşılanıb və sərgiyə yüzlərlə ziyarətçi gəlib.

Xatırladaq ki, pandemiyadan əvvəl iki ildən bir baş tutan sərgi bundan sonra hər il keçiriləcək


Загрузка...
loading...

Həmçinin oxuyun:
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatı

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatı

XIII Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı

XIII Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

ADU-da kitab sərgisi açılıb

ADU-da kitab sərgisi açılıb

Naxçıvan Bölməsinin Elmi Kitabxanasında virtual sərgi

Naxçıvan Bölməsinin Elmi Kitabxanasında virtual sərgi

ADU sertifikatla təltif olundu

ADU sertifikatla təltif olundu

Yazıçı şəhid və qazilərimizə kitab ithaf etdi-FOTO

Yazıçı şəhid və qazilərimizə kitab ithaf etdi-FOTO

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçirildi - FOTO

ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçirildi - FOTO

Məktəblilərin   əl işlərindən ibarət virtual sərgi davam edir

Məktəblilərin əl işlərindən ibarət virtual sərgi davam edir

İçərişəhərdə şəkər xəstəliyinə aid sərgi keçiriləcək

İçərişəhərdə şəkər xəstəliyinə aid sərgi keçiriləcək

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

Metroda "Köhnə Bakı" sərgisi keçiriləcək

Metroda "Köhnə Bakı" sərgisi keçiriləcək

Məktəblərdə kitab təbliğatı keçirilib -FOTO

Məktəblərdə kitab təbliğatı keçirilib -FOTO

Müəllifdən “Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitabla bağlı AÇIQLAMA

Müəllifdən “Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitabla bağlı AÇIQLAMA

Yuta ştatında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan sərgi açılıb

Yuta ştatında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan sərgi açılıb

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı - FOTO

Britaniya parlamentində Heydər Əliyev haqda kitab təqdim olunub

Britaniya parlamentində Heydər Əliyev haqda kitab təqdim olunub

Cəmi 6 yaşında 10 aya min kitab oxuyan uşaq - VİDEO

Cəmi 6 yaşında 10 aya min kitab oxuyan uşaq - VİDEO

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

ADU-da dünya eposları ilə bağlı sərgi keçirilib

ADU-da dünya eposları ilə bağlı sərgi keçirilib