AzTehsil.com


Xəbərlər / Müəllim
04 oktyabr 2021
881


İrana dini təhsil üçün gedənlər bu ölkənin emissarlarına çevrilir – AÇIQLAMA



İrana dini təhsil üçün gedənlər bu ölkənin emissarlarına çevrilir – AÇIQLAMA

 

İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçməsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmadı. İran rəsmilərinin Azərbaycana qarşı açıq təhdidləri ölkəmizdə haqlı narazılığa səbəb olub. Bu mənada ölkəmizdən dini təhsil almaq üçün İrana gedənlər barəsində də müəyyən fikirlər səsləndirilir. Belə ki, Azərbaycan vətəndaşlarının İranda dini təhsil almağa getməsinə qadağa tələbləri var.

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, xaricdə dini təhsillə bağlı ümumi qadağaların qoyulmasına ehtiyac yoxdur:

"Lakin xarici ölkələrdə dini təhsil birbaşa dövlətin nəzarəti altında olmalıdır. Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkədə Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin nəzdində İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bu təhsil ocağı layiqli xidmət göstərir. Təəssüf ki, Azərbaycanda dövlətin dinlə bağlı konsepsiyası yoxdur. Bu ən azı ölkənin milli təhlükəsizliyi qədər vacibdir. Bu konsepsiyanın olmaması milli məfkurə və şüura da təsir edir”.

Şərqşünas bildirib ki, xaricdə dini təhsil üçün gedənlər bəzən orada təkcə elmlə məşğul olmur: "Belə ki, həmin şəxslər bu ölkənin emissarlarına çevrilir. Bunu hamıya aid etmək olmaz, amma belələri də az deyil. Ona görə də xaricdə dini təhsil məsələsinə dövlət özü nəzarət etməlidir. Fərqi yoxdur İranda, yaxud digər İslam ölkələrində. Əgər dini təhsil dövlət maraqlarının və milli təhlükəsizliyin ziddinə gətirib çıxarırsa, buna aidiyyəti qurumlar müdaxilə etməlidir. Həmin şəxslərə müəyyən qadağalar qoya bilər”.

Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əlaqə yaratmağa çalışsaq da 3 iş günü ərzində suallarımıza cavab ala bilmədik.



Загрузка...
Həmçinin oxuyun:
Məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır.

Məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır.

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Azərbaycandan dini təhsil almaq üçün ən çox bu ölkələrə gedirlər

Azərbaycandan dini təhsil almaq üçün ən çox bu ölkələrə gedirlər

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar açıqlandı

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar açıqlandı

Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

Azərbaycanda 10 islam kolleci yaradılıb

Azərbaycanda 10 islam kolleci yaradılıb

Azərbaycanda orta məktəblərdə din tədris edilə bilər- VİDEO

Azərbaycanda orta məktəblərdə din tədris edilə bilər- VİDEO

Dini jurnalistika adlı ixtisas açıla bilər - Rektordan təklif

Dini jurnalistika adlı ixtisas açıla bilər - Rektordan təklif

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq

Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq

Dini tədris müəssisələrində qanunsuz mübadilələrə görə cərimələr qüvvəyə minib

Dini tədris müəssisələrində qanunsuz mübadilələrə görə cərimələr qüvvəyə minib

İlahiyyat İnstitutu yalnız İslam üzrə kadr hazırlamayacaq - Rəsmi

İlahiyyat İnstitutu yalnız İslam üzrə kadr hazırlamayacaq - Rəsmi

Ötən il 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

Ötən il 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

Azərbaycanda islam kollecləri yaradılır

Azərbaycanda islam kollecləri yaradılır

Azərbaycan məktəblərində dini fənn tədris olunacaq

Azərbaycan məktəblərində dini fənn tədris olunacaq

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

İlahiyyat İnstitutunda yalnız İslam üzrə mütəxəssislər hazırlanmayacaq - Komitədən AÇIQLAMA

İlahiyyat İnstitutunda yalnız İslam üzrə mütəxəssislər hazırlanmayacaq - Komitədən AÇIQLAMA