Xəbərlər / Video / Müəllim / Şagird
23 aprel 2021
1 028


Azərbaycanda orta məktəblərdə din tədris edilə bilər- VİDEO

 

"Azərbaycanda orta məktəblərdə dinin tədris olunması müzakirə edilir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, bu, İngiltərədə dövlət məktəblərində seçməli dərsdir: 

"Təhsil sistemi güclü olan Finlandiyada isə din dərsi məcburidir. Türkiyədə din dərsi dövlət və özəl məktəblərdə keçirilir. Ölkədə daha çox dominant din olan islam dini ilə bağlı məlumatlar verilir. Ölkəmizdə bu sahədə ciddi boşluqlar mövcuddur. Bölgələrdə dini düşüncələr yalnız erkən nikah, məktəblərdən uşaqların alınması şəklindədir. Ciddi mütəxəssislər tərəfindən dinlər tarixi və ixlas bilgisi adlı kitab hazırlamaq lazımdır. Əks təqdirdə bu boşluq daha da genişlənəcək və gənclərimiz zərərli dini düşüncələrə gedəcəklər”.

Deputat Ceyhun Məmmədov isə qeyd edib ki, ekstremizm və radikallıqla səmərəli mübarizə üçün güclü dövlətin olması vacib şərtdir: 

"Azərbaycan qədim zamanlarda müxtəlif dinlərin qovuşduğu məkan olub. Bu gün dünyanın bir çox ölkəsində onların yaşayış yerinin müəyyən edilməsində dini əsas götürülür. Xarici ölkələrdə yəhudilər məhəlləsi və s. kimi yerlər də var. Azərbaycanda isə hər kəs birlikdə yaşayır. Hazırda əsas vəzifə bu zəngin irsi dərindən öyrənməkdir. Uşaqların dini etiqada məcbur edilməsi qəbuledilməzdir. Bununla bağlı qanuna dəyişiklik xüsusi əhəmiyyət kəsb edir”.

Deputat təklif edib ki, Azərbaycanda Dini Konsepsiya qəbul edilsin: 

"Orta məktəblərdə şagirdlərə dini təhsil verilsin. Bakı İslam Universitetinin tələbələrinin diplomları tanınsın. Qeyri-ənənəvi müsəlman təriqətlərinin fəaliyyətinə nəzarət gücləndirilsin”.
 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

“Məktəblərdə din dərsinin keçirilməsi düzgün deyil,  yerinə bu tədris olunsun”- Hamlet İsaxanlı

“Məktəblərdə din dərsinin keçirilməsi düzgün deyil, yerinə bu tədris olunsun”- Hamlet İsaxanlı

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Nazirlik: Orta məktəblərdə ayrıca dini fənnin keçirilməsi gündəmdə deyil

Nazirlik: Orta məktəblərdə ayrıca dini fənnin keçirilməsi gündəmdə deyil

Dini jurnalistika adlı ixtisas açıla bilər - Rektordan təklif

Dini jurnalistika adlı ixtisas açıla bilər - Rektordan təklif

Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Deputat Ceyhun Məmmədov – Müsəlman ölkələrində din təhsili

Deputat Ceyhun Məmmədov – Müsəlman ölkələrində din təhsili

Məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır.

Məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır.

Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq

Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq

Azərbaycanda 10 islam kolleci yaradılıb

Azərbaycanda 10 islam kolleci yaradılıb

Dini tədris müəssisələrində qanunsuz mübadilələrə görə cərimələr qüvvəyə minib

Dini tədris müəssisələrində qanunsuz mübadilələrə görə cərimələr qüvvəyə minib

Azərbaycanda islam kollecləri yaradılır

Azərbaycanda islam kollecləri yaradılır

Azərbaycan məktəblərində dini fənn tədris olunacaq

Azərbaycan məktəblərində dini fənn tədris olunacaq

"Dünyanın ən reytinqli təhsil ocaqlarında bu kimi məsələlər öz həllini çoxdan tapıb"

"Dünyanın ən reytinqli təhsil ocaqlarında bu kimi məsələlər öz həllini çoxdan tapıb"

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

Azərbaycandan dini təhsil almaq üçün ən çox bu ölkələrə gedirlər

Azərbaycandan dini təhsil almaq üçün ən çox bu ölkələrə gedirlər