Xəbərlər
28 sentyabr 2021
650


ADA Universitetinin tələbəsi informatika texnologiyaları yarışmasında birinci oldu – FOTO

 

Azərbaycanın istedadlı gənclərindən biri olan və ölkəmizi dəfələrlə beynəlxalq yarışlarda uğurla təmsil edən ADA Universitetinin ikinci kurs tələbəsi İbrahim Tağızadə daha bir nailiyyətə imza atıb. Belə ki, o, Azərbaycanın aparıcı korporativ bankı "PASHA Bank”ın yerli IT mütəxəssisləri arasında keçirdiyi "PASHA Bank Cup III” yarışmasında tələbələr arasında birinci yeri tutub.

Sözügedən "PASHA Bank Cup III” yarışmasının final mərhələsində müxtəlif yaş kateqoriyalarında 40 finalçı iştirak edib. Müsabiqənin son mərhələsində ölkənin ən istedadlı IT mütəxəssisləri və ya gələcək IT mütəxəssisləri qarışıq suallardan ibarət və müxtəlif çətinlik dərəcəsinə malik 6 tapşırığın həllində 4 saat ərzində yarışıb.

"PASHA Bank Cup III” yarışmasının münsiflər heyəti Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, Bakı Mühəndislik Universitetinin baş müəllimi Etibar Seyidzadə, "PAŞA Bank”ın Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri Vüsal Xəlilov, "PAŞA Bank”ın Rəqəmsal Laboratoriyasının eksperti Rəşad Əmircanov bütün tapşırıqları hamıdan daha sürətli və daha yaxşı yerinə yetirən 9 qalibi seçib.

Beləliklə, "PASHA Bank Cup III” yarışmasının qalibləri aşağıdakılardır:
 

 


Qeyd edək ki, bu, İbrahim Tağızadənin ilk uğuru deyil: o, Respublikamızda Riyaziyyat üzrə Fənn müsabiqəsinin 2016-ci il qalibi, "European Junior Olympiad in Informatics” (EJOI) 2018-in bürünc medal mükafatçısı, "International Olympiad of Informatics” (IOM) 2018-in bürünc medal mükafatçısı, (İnformatika üzrə) Cənubi Qafqaz açıq birinciliyinin - 3-cü yerin sahibi, İnformatika üzrə Respublika Fənn Olimpiadalarında 2018 və 2019-cu illərdə gümüş medal mükafatçısı, İnformatika üzrə Respublika Fənn Olimpiadalarında 2020-ci il qızıl medal mükafatçısı və ACM ICPC ¼ (Regional, Azerbaijan) 1-ci yerin qalibidir. O, həmçinin IOI müsabiqəsində 2019 və 2020-ci illərdə iştirakçı olub, "Vekua Programming Cup 2019”-da "Yüksək nailiyyət” sertifikatı alıb. Sinqapurda onlayn qaydada baş tutan 33-cü "International Olympiad of Informatics” (IOI 2021 Singapore) yarışında isə İbrahim Tağızadənin debüt lideri olduğu komanda Azərbaycana iki bürünc medal qazandırıb.

Xatırladaq ki, İT mütəxəssisləri üçün keçirilən yarışmada 300-dən çox insan iştirak edib. İl ərzində baş tutan 4 seçmə mərhələ "HackerRank” platforması üzərindən onlayn aparılıb.  oxu.az 
 

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun: