Xəbərlər / Direktor / Müəllim
21 sentyabr 2021
788


Rüşvətə görə həbs edilən direktora hökm oxundu

Rüşvətə görə həbs edilən direktora hökm oxundu

 

Gəncə Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Ələkbərov Xaləddin Qasım oğlu və həmin kollecin Əyani şöbəsinin müdiri vəzifəsində işləyən Dursunov İlqar Tahir oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Belə ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, X.Ələkbərov 8 il 6 ay, İ.Dursunov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxslərin qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq tədbirləri ilə qeyd olunan vəzifələrdə işləyərkən Xaləddin Ələkbərov və İlqar Dursunovun 2019-2020-ci tədris ilində kollecdə təhsil alan 90 tələbədən imtahanlarda müsbət qiymətlərin yazılması və dərslərdə iştirak etmədən semestr imtahanlarına buraxılması müqabilində 2019-cu ilin dekabr ayının ortalarından 2020-ci ilin yanvar ayının sonunadək olan müddətdə kollecin inzibati binasında ümumilikdə 12 min 100 manat məbləğində pul vəsaitini almalarına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında Xaləddin Ələkbərov və İlqar Dursunov barələrində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib, avqustun 21-də isə onlara Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün 31 avqust 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Rüşvət alan məktəb direktoruna hökm oxunub

Rüşvət alan məktəb direktoruna hökm oxunub

Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

Həbsdə olan direktora qarşı dələduzluq edən müəllim də tutuldu

Həbsdə olan direktora qarşı dələduzluq edən müəllim də tutuldu

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

Sabiq şöbə müdiri tələbələrə qarşı dələduzluq edib

Sabiq şöbə müdiri tələbələrə qarşı dələduzluq edib

Rüşvət alan direktor həbs edildi - RƏSMİ

Rüşvət alan direktor həbs edildi - RƏSMİ

Tələbələr dərsdən yayınmaq üçün təqaüd kartlarını direktora verib – RƏSMİ

Tələbələr dərsdən yayınmaq üçün təqaüd kartlarını direktora verib – RƏSMİ

Məktəb direktorundan rüşvət alan sayt rəhbərinin vəsatəti təmin edilmədi

Məktəb direktorundan rüşvət alan sayt rəhbərinin vəsatəti təmin edilmədi

Dələduz məktəb direktorunu polis nəzarətə götürdü

Dələduz məktəb direktorunu polis nəzarətə götürdü

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Rüşvətxorluqda təqsirləndirilən bağça müdirinin məhkəməsi başlayıb

Rüşvətxorluqda təqsirləndirilən bağça müdirinin məhkəməsi başlayıb

Məktəb direktoruna cinayət işi AÇILDI

Məktəb direktoruna cinayət işi AÇILDI

Dələduzluq edən şəxsə cəza istənildi

Dələduzluq edən şəxsə cəza istənildi

Azərbaycanda məktəb direktoru həbs olundu

Azərbaycanda məktəb direktoru həbs olundu

Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı

Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi

Həbs olunan drektorun yerinə TƏYİNAT

Həbs olunan drektorun yerinə TƏYİNAT

Nərmin Quliyevanın cinayət işinin istintaqı yekunlaşdı - RƏSMİ

Nərmin Quliyevanın cinayət işinin istintaqı yekunlaşdı - RƏSMİ

Direktora cinayət işi AÇILDI

Direktora cinayət işi AÇILDI

Direktor müavininin cinayət işi məhkəməyə göndərilib

Direktor müavininin cinayət işi məhkəməyə göndərilib

Azərbaycanda hər müəllimdən ayda 10 manat yığılır? - Təhsil Nazirliyindən AÇIQLAMA

Azərbaycanda hər müəllimdən ayda 10 manat yığılır? - Təhsil Nazirliyindən AÇIQLAMA

Oğuzda Məktəb direktoru qanunsuz hərəkətlərinə görə həbs edildi

Oğuzda Məktəb direktoru qanunsuz hərəkətlərinə görə həbs edildi

Əməkdar müəllim, fəlsəfə doktoru həbs edildi - Dələduzluq

Əməkdar müəllim, fəlsəfə doktoru həbs edildi - Dələduzluq