AzTehsil.com


Xəbərlər / Video / Qəhramanlarımız
14 sentyabr 2021
2 089


16 yaşlı şəhidimizin anası Cəbrayılda oğlunun məzarını ziyarət etdi - FOTO/VİDEO



 

Azərbaycanın ən gənc şəhid əsgəri Samir Əliyevin anası Aminə Əliyeva 28 ildən sonra oğlunun Cəbrayıl rayonu ərazisindəki məzarını ziyarət edib.

Məlumata görə, Samir Əliyev 1993-cü ilin avqustunda 16 yaşında şəhid olub. Bu günlərdə şəhidin anası Aminə Əliyevaya doğma Cəbrayıla səfər edib oğlunun məzarına qovuşmağa şərait yaradılıb.

9 iyun 1977-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində doğulan Samir Əliyev yeniyetmə yaşlarına çatanda artıq Qarabağ müharibəsinin qaynar çağlarıydı. Samirin yaşadığı rayonun da başının üstünü qara buludlar almışdı. Diribaşlığı, cəsarəti ilə fərqlənən bu qarayanız uşaq rayonun müdafiəsində dayanan hərbçilərin yanına gedib-gələndə yəqin ki, yaşıdları bilməzdilər ki, bir müddət sonra onu bütün Azərbaycan tanıyacaq.
 

 


 Səngərlərə ayaq açan, əsgərlərlə qaynayıb-qarışan "Tiqana” ləqəbli Samir az bir müddət sonra əməlli-başlı döyüşçüyə çevrildi. Həmyaşıdları məktəbdə müəllim qarşısında - parta arxasında əyləşəndə, o, səngərdə düşmən gülləsi önündə dayandı.

1992-ci ilin sentyabr ayında ilk döyüşünə girəndə onun cəmi 15 yaşı vardı. Bu əməliyyatdan öncə əsgərlər onu döyüş meydanından uzaqlaşdırmağa çalışsalar da, Samirin israrı qarşısında susmağa məcbur olurlar. Komandir riskə gedərək, yeniyetməni döyüş gedən zonaya buraxılmasına razılıq versə də, gizlində əsgərlərə bərk-bərk tapşırdı ki, onu gözdən qoymasınlar.

Amma nə güllə, nə də mərmi səsləri bu uşağı qorxutdu. Döyüşlərin ən qızğın çağında belə, Samir səngərlərdən çıxmadı. O, düşmənin susmayan atəşinə cavab verən əsgərlərimizin köməkçisiydi. Güllə və mərmi səslərinin tükürpədən vıyıltılarını vecinə almadan səngərdən səngərə atlanır, patronu azalana sursat, susayana bir içim su daşıyır, yaralıların savaş meydanından arxaya çıxarılmasına kömək edir, özü də avtomatı əlinə alıb ermənilərə tərəf atəş açırdı.
 

 


Özündən böyük döyüşçülərə ürək-dirək verməsi, döyüşə ruhlandırması bu qarayanız yeniyetməni əsgərlərin sevimlisinə çevirdi. Bu o zaman idi ki, artıq "Tiqana” ləqəbli Samirdən bütün Cəbrayıl əhli bəhs edirdi.

Qeyd edək ki, əsl adı Samir olsa da, onu hamı lap kiçik yaşlarından "Tiqana” deyə çağırırdı.

Ona "Tiqana” ləqəbini məşhur qaradərili fransız futbolçu Jan Tiqanaya oxşadaraq vermişdilər. Samir uşaq yaşlarında futbolu çox sevdiyindən, yaşıdları ilə futbol yarışlarında çevikliyinə görə fərqləndiyindən onu zarafatla Tiqanaya oxşadırdılar. Elə bu adla da tanındı, şəhidliyə ucaldı…

Hərbçilər danışırlar ki, dəfələrlə kəşfiyyata çıxan əsgərlərə yalvarıb-yaxarırmış ki, onu da özləriylə aparsınlar. Bir dəfə kəşfiyyata çıxan hərbçilərə qoşulub düşmənin beş-on addımlığına qədər gedib çıxıb "Tiqana”.

1993-cü ilin avqust ayının 15-də Xocavənd rayonunun Banazur kəndi ətrafında gedən qanlı savaş "Tiqananın” son döyüşü oldu. Özündən xeyli böyüklərlə birgə silaha sarılan "Tiqana” düşmənə qarşı son qanına qədər cəsarətlə vuruşdu və şəhid oldu. Yeniyetmə yaşında canını vətənə fəda etdi.

Döyüşçü yoldaşları deyirlər ki, düşmən gülləsi onun düz sinəsindən dəydi. Əsl igidlər kimi həlak oldu. Ölümündən bir həftə sonra isə doğma rayonu da işğal olundu.

O, ailəsinin yeganə oğul övladı idi. Valideynləri Qədir kişi, Aminə ana, bacıları Xanımzər, Minəzərin onunla bağlı çox arzuları vardı, amma o arzular həmişəlik yarımçıq qaldı...
 https://baku.tv/az/dunyaa/43694/




Загрузка...
Həmçinin oxuyun:
Hamının şəhid bildiyi qazi: “Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini özümə saxlamışdım”

Hamının şəhid bildiyi qazi: “Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini özümə saxlamışdım”

Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası

Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası

Övladları Əliyar Əliyevin məzarını ziyarət etdilər - FOTO/VİDEO

Övladları Əliyar Əliyevin məzarını ziyarət etdilər - FOTO/VİDEO

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Cibindən uşaqların dərs cədvəli çıxdı...: Yeganə qadın şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ

Cibindən uşaqların dərs cədvəli çıxdı...: Yeganə qadın şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər – VİDEO

Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər – VİDEO

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Şəhadətinin 14-cü günündə gələn övlad payı

Cəbrayıl Dövlətzadənin ilk məşqçisi: “Uduzanda ağlayırdı, deyirdi ki, hamıdan güclü olmalıyam” - MÜSAHİBƏ

Cəbrayıl Dövlətzadənin ilk məşqçisi: “Uduzanda ağlayırdı, deyirdi ki, hamıdan güclü olmalıyam” - MÜSAHİBƏ

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

18 yaşlı şəhidimizin son sözləri: Ana, sən şəhid anasısan, dik dayan!

18 yaşlı şəhidimizin son sözləri: Ana, sən şəhid anasısan, dik dayan!

Bu gün şəhid kapitan Ruhin Xəlilovun doğum günüdür - FOTO

Bu gün şəhid kapitan Ruhin Xəlilovun doğum günüdür - FOTO

Mən o zaman uşaq idim...Ağalar  Bayramov

Mən o zaman uşaq idim...Ağalar Bayramov

Payızda toyunu edəcəkdik... - Şəhid Rəşad Mahmudovun SON ARZUSU

Payızda toyunu edəcəkdik... - Şəhid Rəşad Mahmudovun SON ARZUSU

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

XTQ-nin igid əsgəri, xalqımızın şəhid oğlu Cahid Tağızadə - FOTOLAR

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

İki övladını şəhid verən ana: “Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO

İki övladını şəhid verən ana: “Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO

23 gün komada qalan əsgər ayılıb - VİDEO

23 gün komada qalan əsgər ayılıb - VİDEO

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub

Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub