AzTehsil.com


Xəbərlər / Səhiyyə
02 sentyabr 2021
1 389


Vəziyyət çox ciddidir, bu cür davam etsə, yaxın həftələrdə... - Həkimdən ŞOK



Vəziyyət çox ciddidir, bu cür davam etsə, yaxın həftələrdə... - Həkimdən ŞOK

 

Koronavirusa yoluxmada bugünkü rəqəmlər 2-3 həftə belə davam edərsə, çox güman ki, yaxın həftələrdə xəstəxanalarda yer problemi ilə rastlaşa bilərik.

Bu sözləri tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

O bildirib ki, hazırda xəstəxanalarda xəstə sayı çoxdur və bütün xəstəxanalar demək olar ki, dolmuş vəziyyətdədir: "Bu gün ölkəmizdə aktiv xəstə sayı 50 mindən yuxarıdır. Hətta bəzi hallarda xəstəxanalara xəstə yerləşdirmək mümkün olmur, çünki tez dolur. Xəstəxanalara düşən xəstələrin böyük əksəriyyətinin artıq reanimasion tədbirlərə ehtiyacı olur. Bu gün evlərdə çox sayda xəstə var ki, onların da həddən artıq ağır vəziyyətdə olanları var. Bu xəstələrin xəstəxana şəraitinə, yüksək təzyiqli oksigenə ehtiyacları var. Reanimasiya şöbələrində də yer olmadığı üçün onları xəstəxanaya yerləşdirmək olmur. Bir çox insan deyir ki, vaksin olundum, amma yoluxdum. Vaksinasiya ona görə vacibdir ki, şəxs xəstələndiyi zaman xəstəliyi yüngül keçirsin, ağırlaşmalar və ölüm halları olmasın. Öz praktikamda müşahidə etmişəm, yanvar-fevral aylarında vaksin olunan və indi də virusa yoluxan şəxslər yaşlı olmalarına baxmayaraq, xəstəliyi yüngül keçirirlər. Onlarda ağırlaşmalar olmadı, hətta orta-ağır formada da keçirmədilər. Öz klinik təcrübəmdə hiss etdim ki, vaksinasiya effektivdir. Vaxtında vaksin vurdurmayan şəxslər bu gün xəstəliyi ağır keçirir və xəstəxanaya yerləşdirilə bilmirlər. Bu zaman isə müxtəlif şikayətlər edirlər. Əslində, problemlər hamısı bir-birinə bağlıdır. Bunun üçün də vaxtında vaksinasiya edilib özümüzü qorumalıyıq”.

Evdə müalicədən də danışan V.Cavadzadə qeyd edib ki, ev şəraitində müalicəyə başlamaq üçün mütləq həkim xəstəni müayinə etməlidir. Həkimin sözlərinə görə, ancaq bu gün insanlar özbaşına bədənlərinə müxtəlif venadaxili məhlullar köçürür və yaxud da tibb bacısının müalicəsinə inanırlar: "Həmçinin COVID-19-dan sağalan xəstənin müalicə preparatlarından istifadə edənlər də var. Hər bir preparatın göstəriş və əks-göstərişi var. Burada yanaşı xəstəliklər mütləq nəzərə alınmalıdır. Müalicə prinsipi eynidir, ancaq məsələn, şəkərli diabet xəstələrinə, autizm, böyrək problemi olan şəxslərə dərman preparatlarının təyinatında müəyyən dəyişikliklər var. Bu zaman həkim mütləq xəstənin ağırlıq dərəcəsini qiymətləndirməlidir. Asimptomatik gedişli xəstələrə preparat təyin edilməməlidir.

İnsanlar antibiotiklərlə yanaşı, müxtəlif növ antiviral preparatlar qəbul edirlər. Şəxs var ki, 4 antiviral dərman qəbul edir. Ancaq bu gün dünyada koronavirus əleyhinə qəbul olunmuş heç bir antiviral preparat yoxdur. Koronavirusun müalicəsində sübuta yetirilməmiş preparatların tətbiqi gələcəkdə müəyyən fəsadlar yarada bilər. Orta yaş qrupunda olan koronalı xəstələrin 80 faizi xəstəliyi yüngül keçirir. Buna görə də onların müalicəsində hansısa preparatların təyin edilməsi düzgün deyil. Hər temperaturu yüksək olan şəxsə antibiotikin təyin edilməsi doğru deyil. Bu preparatlar yalnız bakterial ağırlaşmalarda təyin edilə bilər. Əgər evdə xəstə düzgün müalicə alarsa, o zaman xəstəxanalara düşənlərin sayı 5-6 dəfə azalmış olar”publika.az



Загрузка...
Həmçinin oxuyun:
Həkimdən evdə müalicə alan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

Həkimdən evdə müalicə alan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

Koronavirus xəstələrinə yazılan FAVİPİRAVİRin fəsadları – Tanınmış həkimdən etiraz

Koronavirus xəstələrinə yazılan FAVİPİRAVİRin fəsadları – Tanınmış həkimdən etiraz

Həkimdən xəbərdarlıq: “Hazırda yoluxma göstəricisi 7-8 min civarındadır”

Həkimdən xəbərdarlıq: “Hazırda yoluxma göstəricisi 7-8 min civarındadır”

Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər? Həkimdən vacib TÖVSİYƏLƏR

Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər? Həkimdən vacib TÖVSİYƏLƏR

Covid-19-dan sağalan şəxslər də vaksinasiya olunmalıdır - TƏBİB

Covid-19-dan sağalan şəxslər də vaksinasiya olunmalıdır - TƏBİB

Azərbaycanda KARANTİN sərtləşdirilə bilər - VACİB AÇIQLAMA

Azərbaycanda KARANTİN sərtləşdirilə bilər - VACİB AÇIQLAMA

Hər xəstə KT-dən keçməməlidir - CİDDİ XƏBƏRDARLIQ

Hər xəstə KT-dən keçməməlidir - CİDDİ XƏBƏRDARLIQ

Tanınmış həkim: Yoluxma sayının qalxması təhlükəli deyil

Tanınmış həkim: Yoluxma sayının qalxması təhlükəli deyil

Koronavirus 80-85 faiz hallarda yüngül keçən xəstəlikdir- Baş infeksionist

Koronavirus 80-85 faiz hallarda yüngül keçən xəstəlikdir- Baş infeksionist

Koronavirus adi soyuqdəymə kimi müalicə olunmalıdır – Tanınmış həkim

Koronavirus adi soyuqdəymə kimi müalicə olunmalıdır – Tanınmış həkim

Evdə müalicə alan şəxslər bunları etməsin - RƏSMİ

Evdə müalicə alan şəxslər bunları etməsin - RƏSMİ

TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ

TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ

Baş həkim: “Dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanalara yerləşdirmişik”

Baş həkim: “Dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanalara yerləşdirmişik”

Rusiyalı professor koronavirus haqqında: Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır

Rusiyalı professor koronavirus haqqında: Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır

Bal və zəncəfil koronavirusu yox edir? - HƏKİM MƏSLƏHƏTİ

Bal və zəncəfil koronavirusu yox edir? - HƏKİM MƏSLƏHƏTİ

Məktəbə gedən uşaqlar koronavirusa yoluxa bilərmi? - Həkimlərdən qızıl kimi tövsiyələr

Məktəbə gedən uşaqlar koronavirusa yoluxa bilərmi? - Həkimlərdən qızıl kimi tövsiyələr

TƏBİB-in şöbə müdiri: Yaşlı insanlar və tibb işçilərinə 3-cü doza vaksin vurdurması məsləhətdir

TƏBİB-in şöbə müdiri: Yaşlı insanlar və tibb işçilərinə 3-cü doza vaksin vurdurması məsləhətdir

Reanimasiyalar dolub, xəstəxanalarda vəziyyət ciddidir — ƏHALİYƏ ÇAĞIRIŞ

Reanimasiyalar dolub, xəstəxanalarda vəziyyət ciddidir — ƏHALİYƏ ÇAĞIRIŞ

Həkimdən həyəcan TƏBİLİ: “COVID-19-a yoluxanlarda 30-40 faiz böyrək zədələnməsi müşahidə edilir” - MÜSAHİBƏ

Həkimdən həyəcan TƏBİLİ: “COVID-19-a yoluxanlarda 30-40 faiz böyrək zədələnməsi müşahidə edilir” - MÜSAHİBƏ

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için...

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için...

Koronavirusu yüngül keçirənlər üçün ağır fəsadlar ola bilər

Koronavirusu yüngül keçirənlər üçün ağır fəsadlar ola bilər

“Kilolu adamlar koronavirusu daha ağır keçirir” — Baş infeksionist

“Kilolu adamlar koronavirusu daha ağır keçirir” — Baş infeksionist

Azərbaycanda bu şəxslərə vaksin VURULMAYACAQ - Baş HƏKİM AÇIQLADI

Azərbaycanda bu şəxslərə vaksin VURULMAYACAQ - Baş HƏKİM AÇIQLADI

Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI

Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI