AzTehsil.com


Xəbərlər / Video / Səhiyyə
30 avqust 2021
1 168


COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq istifadəyə verildi - VİDEO



COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq istifadəyə verildi - VİDEO

 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən "CheckApp” mobil tətbiqi istifadəyə verilib.

Dövlət Agentliyindən verilən məlumata görə, tətbiq Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə yaradılıb.

"CheckApp” mobil tətbiqi vətəndaşların deyil, qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərin istifadəsi üçün nəzərdə tutulub. Tətbiq vasitəsilə aidiyyəti səlahiyyətli şəxs yaşı 18-dən yuxarı olan vətəndaşın ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilməsi üçün onun COVID-19 pasportunu yoxlaya biləcək. Tətbiq üzərindən vətəndaşın COVID-19 pasportu aşağıdakı dörd sadə üsuldan biri ilə yoxlanıla bilər:

1. Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;

2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;

3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;

4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.

Vətəndaşlar isə COVID-19 pasportlarına "myGov” elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də "e-TƏBİB” mobil tətbiqi və ya portal üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər.

Qeyd edək ki, yoxlama zamanı COVID-19 pasportunu elektron şəkildə təqdim edən vətəndaşlar pasportun yeni olmasına və ən son versiyanı təqdim etdiklərinə əmin olmalıdırlar. COVID-19 pasportunu elektron şəkildə təqdim etməyə çətinlik çəkən vətəndaşlar şəxsiyyət vəsiqəsinin məlumatlarını (FİN, vəsiqənin seriya nömrəsi, ad, soyad, ata adı, doğum ili) təqdim edə bilərlər.

COVID-19 pasportuna baxmaq və ya əldə etmək üçün "myGov” mobil tətbiqini "Android” və "iOS”  yükləmək mümkündür.

COVID-19 pasportlarının yoxlanılması üçün "CheckApp” mobil tətbiqini portaldan yükləmək və daha ətraflı təlimat videosunda tanış olmaq mümkündür:
 



Загрузка...
Həmçinin oxuyun:
COVID-19 pasportunu yoxlayan tətbiq hazırlandı - Bu tarixdən istifadəyə veriləcək

COVID-19 pasportunu yoxlayan tətbiq hazırlandı - Bu tarixdən istifadəyə veriləcək

40 yaşdan yuxarı şəxslərin nəzərinə

40 yaşdan yuxarı şəxslərin nəzərinə

COVID-19 pasportunu almaqla bağlı ən çox verilən suala RƏSMİ CAVAB

COVID-19 pasportunu almaqla bağlı ən çox verilən suala RƏSMİ CAVAB

Xüsusi karantin rejimi ilə bağlı yeni qərarlar qəbul edildi

Xüsusi karantin rejimi ilə bağlı yeni qərarlar qəbul edildi

Repetitorlar VÖEN-i belə almalıdır - Qaydalar açıqlandı

Repetitorlar VÖEN-i belə almalıdır - Qaydalar açıqlandı

Bu halda COVID pasportunun əvəzinə arayış veriləcək - RƏSMİ

Bu halda COVID pasportunun əvəzinə arayış veriləcək - RƏSMİ

Uşaqlara COVID-19 peyvəndinin tətbiqi vacibdir? - VİDEO

Uşaqlara COVID-19 peyvəndinin tətbiqi vacibdir? - VİDEO

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

UNICEF və Azərbaycanın təhsil qurumları yeni mobil tətbiq vasitəsilə uşağın erkən inkişafını dəstəkləyir

UNICEF və Azərbaycanın təhsil qurumları yeni mobil tətbiq vasitəsilə uşağın erkən inkişafını dəstəkləyir

"Microsoft Teams" mobil tətbiqi artıq Azərbaycan dilində

"Microsoft Teams" mobil tətbiqi artıq Azərbaycan dilində

Bu tarixdən iş yerlərində COVID-19 pasportu tələb olunacaq - RƏSMİ

Bu tarixdən iş yerlərində COVID-19 pasportu tələb olunacaq - RƏSMİ

Azərbaycanda koronavirusla bağlı sayt istifadəyə verildi

Azərbaycanda koronavirusla bağlı sayt istifadəyə verildi

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

Təhsil Nazirliyinin əməkdaşlarına "Elektron hökumət" portalı, elektron xidmətlər və “Elektron imza” barədə ətraflı məlumat verilib

Təhsil Nazirliyinin əməkdaşlarına "Elektron hökumət" portalı, elektron xidmətlər və “Elektron imza” barədə ətraflı məlumat verilib

Tələbələrdən COVID-19 pasportu tələb olunacaq – RƏSMİ

Tələbələrdən COVID-19 pasportu tələb olunacaq – RƏSMİ

Sentyabrdan məktəblərdə COVID-lə bağlı yeni qaydalar tətbiq olunacaq

Sentyabrdan məktəblərdə COVID-lə bağlı yeni qaydalar tətbiq olunacaq

Yeni elektron xidmət istifadəyə verilib

Yeni elektron xidmət istifadəyə verilib

Sərt karantin rejimi UZADILDI

Sərt karantin rejimi UZADILDI

Randevu sistemində səhv yoxsa vətəndaşların diqqətsizliyi? - AÇIQLAMA

Randevu sistemində səhv yoxsa vətəndaşların diqqətsizliyi? - AÇIQLAMA

Bu şəxslərə COVID-19 pasportu verilməyəcək - RƏSMİ

Bu şəxslərə COVID-19 pasportu verilməyəcək - RƏSMİ

Təhsil Nazirliyi elektron arayışlar xidmətini istifadəyə verdi - FOTO

Təhsil Nazirliyi elektron arayışlar xidmətini istifadəyə verdi - FOTO

Azercell-dən onlayn dərs verən müəllimlərə dəstək!

Azercell-dən onlayn dərs verən müəllimlərə dəstək!

Şəxsiyyət vəsiqələrinin müddəti ilə bağlı dəyişiklik- Yanvarın 1-dən...

Şəxsiyyət vəsiqələrinin müddəti ilə bağlı dəyişiklik- Yanvarın 1-dən...

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab