AzTehsil.com


Xəbərlər / Səhiyyə
03 avqust 2021
1 017


Pandemiya nə vaxt bitəcək? - Hamının gözlədiyi suala cavab gəldi



Pandemiya nə vaxt bitəcək? - Hamının gözlədiyi suala cavab gəldi

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi Hande Harmancı və qurumun Avropa üzrə regional direktoru Hans Henri P. Kluge koronavirus pandemiyasının nə vaxt bitməsi ilə bağlı məsələyə aydınlıq gətiriblər.

ÜST rəsmilərinin "Report"a təqdim etdiyi məqaləni diqqətinizə çatdırırıq:

Yay fəslində olsaq da, pandemiya hələ də bizimlədir. Pandemiya yorğunluğu psixi sağlamlığımıza mənfi təsir göstərib. Çətin bir dövrdən keçdikdən sonra insanların rahatlıq əldə etmək istəyi təbii bir haldır. Keçən yay da biz bu vəziyyətdə idik. Məhdudiyyətlər çox tez bir zamanda götürüldükdən sonra region üzrə yoluxma və ölüm hallarının sayının kəskin şəkildə artmasının şahidi olduq və bu da yenidən qapanmaya səbəb oldu. İndi, bir ildən sonra səhiyyə sistemlərimiz, təhsilimiz, dolanışığımız, iqtisadiyyatımız, fiziki və psixi sağlamlığımız üzərində bu qədər təzyiqlərdən sonra eyni səhvi edə bilmərik.

Peyvəndləmə Avropa regionu üzrə sürətlə davam etsə də, yüksək sürətlə ötürülən ştamların sirkulyasiya etdiyi bu dövrdə əhalinin əksəriyyəti hələ də peyvənd olunmamış qalır. Eyni zamanda, ictimai səhiyyə və sosial tədbirlərə riayət olunmaması COVID-19-a yoluxma hallarının artmasına gətirib çıxarır, peyvəndləmə nisbətinin aşağı olduğu yerlərdə, xüsusən də həssas qruplar arasında xəstəxanaya yerləşdirmə, səhiyyə sistemlərinin yüklənməsi və insan itkisi ilə nəticələnir.

Bu il insanların yay fəslini ən yaxşı şəkildə keçirməsini istəməklə yanaşı, yay fəslinin hamı üçün daha təhlükəsiz olmasına, daha çox insanın xəstələnməsinin və ölməsinin qarşısını almağa və bu pandemiyaya bir an öncə son qoymağa çağırırıq. Bunu bir neçə yolla edə bilərik: birincisi, tam peyvənd olunun. İkincisi, səyahət etmək istəyirsinizsə, bunun sizin üçün nə qədər zəruri olduğunu bir daha nəzərdən keçirin. Səyahət etmək qərarına gəlsəniz, bunu təhlükəsiz şəkildə edin.

Təhlükəsiz səyahət evdən çıxdığımız andan etibarən təyinat nöqtəsinə çatana qədər COVID-19-a nə qədər məruz qalmağımızı ölçmək deməkdir. Hər kəs özünün risk meneceri olmalı, riskləri qiymətləndirməli və hər addımda fiziki məsafəni saxlamaq, kütləvi məkanlardan çəkinmək və maska ​​taxmaq kimi qoruyucu tədbirləri tətbiq etməlidir.

Qapalı, dar və izdihamlı məkanlardan çəkinin. Açıq havada və ya yaxşı havalandırılmış məkanlarda insanlarla görüşməyimiz özümüzü virusdan qorumağa kömək edir və virusa yoluxma ehtimalını azaldır. Tədbirlər zamanı ictimai səhiyyə və sosial tədbirləri gücləndirərək böyük idman tədbirlərinin və festivalların virusun yayılmasına səbəb olan hadisələrə çevrilməsinin qarşısını almaq vacibdir.

Peyvəndlər artıq öz təsirini göstərir və hətta xəstəxanaya yerləşdirmə, ölüm hallarının sayının və səhiyyə sisteminə təzyiqin azalmasını vəd edir. Milyonlarla peyvəndin ən böyük risk altında olan insanlara çatdırılması lazımdır, onların çoxu hələ də peyvəndin birinci dozasını gözləyirlər. Əgər biz xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayında azalma görməyə davam etmək istəyiriksə, səhiyyə işçiləri, yaşlılar və yanaşı xəstəliyi olan insanların peyvəndlərə əlçatanlığını təmin etməliyik.

Hazırda Avropa bölgəsinin əhalisinin 42.7%-i birinci doza qəbul edib, 31.3% isə tam peyvəndlənib. Məlumatlar aydındır – pandemiya bitməyib, hətta yüksək peyvəndləmə dərəcəsinə malik ölkələrdə belə. Regionda peyvəndlərin qeyri-bərabər bölgüsü bizim ən böyük problemlərimizdən biri olaraq qalır. Virusun daha sürətlə yayılan Delta ştamı yoluxma və xəstəxanaya yerləşdirmə hallarının artmasına səbəb olur. Buna görə yayılmanın qarşısını almaq və həyatlar xilas etmək, ictimai səhiyyə və sosial tədbirləri yerli kontekstə uyğunlaşdırmaq, sürətli və bərabər peyvəndləmə üçün əlimizdə olan imkanlardan istifadə etmək vacibdir.

ÜST-ün fövqəladə hallarda istifadə siyahısında olan bütün peyvəndlər təhlükəsizdir və hazırda mövcud olan ştamlar da daxil olmaqla, COVID-19-dan ağır xəstələnmənin qarşısının alınmasında effektivdir. Bizdən tez-tez soruşurlar ki, bu pandemiya nə vaxt bitəcək? Qısa cavab odur ki, bu, sizdən asılıdır. Bu, fərdlərdən və hökumətlərdən asılıdır. Nələrin işə yaradığını bilirik; sübutumuz var. Ümid var. Özünüzü və digər insanları qorumaq pandemiyanı nəzarət altına almaq və tədricən sona çatdırmaq üçün çox vacibdir. Uzun yol qət etmişik və çətinliklərə davam gətirmişik. İndi ehtiyatı əldən verə bilmərik".



Загрузка...
Həmçinin oxuyun:
Yoluxma və ölüm halları sürətlə artacaq - Azərbaycanı gözləyən təhlükə

Yoluxma və ölüm halları sürətlə artacaq - Azərbaycanı gözləyən təhlükə

ÜST nümayəndəsi: Qarşıdakı 3 ay çox kritikdir

ÜST nümayəndəsi: Qarşıdakı 3 ay çox kritikdir

Azərbaycan koronavirusla bağlı tam qapanmaya gedə bilərmi? - ÜST nikbin açıqlama

Azərbaycan koronavirusla bağlı tam qapanmaya gedə bilərmi? - ÜST nikbin açıqlama

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

Qısa zamanda peyvəndin Azərbaycana gətirilməsinə başlanacaq - ÜST

Qısa zamanda peyvəndin Azərbaycana gətirilməsinə başlanacaq - ÜST

Peyvəndləmə ilə bağlı ən yayılmış suallara ƏTRAFLI CAVABLAR

Peyvəndləmə ilə bağlı ən yayılmış suallara ƏTRAFLI CAVABLAR

Əfsuslar olsun ki, daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik.

Əfsuslar olsun ki, daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik.

ÜST-dən XƏBƏRDARLIQ: “Koronavirusa yoluxma halları 3 qat sürətlənib”

ÜST-dən XƏBƏRDARLIQ: “Koronavirusa yoluxma halları 3 qat sürətlənib”

Azərbaycan 3-cü dalğadan kənar qala bilər - Tanınmış alim

Azərbaycan 3-cü dalğadan kənar qala bilər - Tanınmış alim

Tarixin gözəgörünməz düşmənləri.

Tarixin gözəgörünməz düşmənləri.

Koronavirusun ən təhlükəli ştammı açıqlanıb

Koronavirusun ən təhlükəli ştammı açıqlanıb

ÜST: Dünya yeni pandemiyalara hazırlaşmalıdır

ÜST: Dünya yeni pandemiyalara hazırlaşmalıdır

Azərbaycan koronavirusla bağlı tam qapanmaya gedə bilərmi? - ÜST-dən sevindirici açıqlama

Azərbaycan koronavirusla bağlı tam qapanmaya gedə bilərmi? - ÜST-dən sevindirici açıqlama

Pandemiya nə zaman bitəcək? - VİDEO

Pandemiya nə zaman bitəcək? - VİDEO

Ramazanda sərt karantin olacaq? – VİDEO

Ramazanda sərt karantin olacaq? – VİDEO

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

Bu aya qədər maska taxmaq məcburi olacaq

Bu aya qədər maska taxmaq məcburi olacaq

Azərbaycanın pandemiya sınağı: Yoluxmalar, sərt karantin, virtual təhsil…

Azərbaycanın pandemiya sınağı: Yoluxmalar, sərt karantin, virtual təhsil…

Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ

Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ

Azərbaycanda karantin yenə sərtləşirilə bilər? - TƏBİB-dən açıqlama

Azərbaycanda karantin yenə sərtləşirilə bilər? - TƏBİB-dən açıqlama

Alimdən Koronavirsla bağlı XƏBƏRDARLIQ

Alimdən Koronavirsla bağlı XƏBƏRDARLIQ

Necə oldu ki, Azərbaycanda koronavirusa yoluxma azaldı? - Həkim AÇIQLADI

Necə oldu ki, Azərbaycanda koronavirusa yoluxma azaldı? - Həkim AÇIQLADI

Peyvəndin birinci dozası koronavirusa yoluxma riskini yarıya endirir - ARAŞDIRMA

Peyvəndin birinci dozası koronavirusa yoluxma riskini yarıya endirir - ARAŞDIRMA

Maska məcburiyyəti ilə bağlı ŞAD XƏBƏR

Maska məcburiyyəti ilə bağlı ŞAD XƏBƏR