Xəbərlər / Müəllim
03 avqust 2021
928

Təhsil İnstitutunun təcrübə proqramı davam edir

 Təhsil İnstitutunun təcrübə proqramı davam edir

Azərbaycan Respublikasının Təhsil İnstitutunun ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birlikdə tələbələr üçün reallaşdırdığı təcrübə proqramı sentyabrın 15-dək davam edəcək.

İnstitutdan   bildirilib ki, ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında həyata keçirilən ikili diplom proqramında "Təhsil ixtisası” istiqaməti üzrə magistratura səviyyəsində təhsil alan şəxslər mayın 15-dən təcrübə proqramına qoşulublar.

Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzində təcrübə keçən tələbələr müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili prosesində iştirak edir, eyni zamanda, vətəndaşların müsabiqə ilə bağlı məlumatlandırılması, mərkəzə daxil olan müraciətlərinin yazılı və şifahi formada cavablandırılması, sosial media hesabları üçün müvafiq məzmunun hazırlanması işlərində kömək göstərirlər. Təcrübəçilərə müsabiqənin test imtahanı mərhələsində imtahan prosesini izləmək, prosesin necə tənzimləndiyini müşahidə etmək imkanı da verilir.

Təhsil işçilərinin peşəkar inkişafı mərkəzində təcrübə keçənlər əlavə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi sahəsi üzrə ixtisasartırma fəaliyyətinin rəsmi əsası və ixtisasartırma proqramlarının hazırlanmasına verilən tələblərlə, həmçinin sənədin məzmunu və ümumi strukturu ilə tanış olur, işin təşkili yollarını öyrənirlər. Bundan əlavə, oxu materiallarını dəyərləndirir, ixtisasartırma təlimlərinin təşkili yolları və ümumilikdə mərkəzin daimi və beynəlxalq layihələri ilə tanış olurlar.

Strateji təhsil tədqiqatları və inkişaf layihələrində təcrübə keçən şəxslər isə təcrübə müddətində müəyyən edilmiş tədqiqat mövzusu çərçivəsində müvafiq mövzu ilə əlaqəli ədəbiyyatların tədqiqi, dataların (məlumatların) toplanması və təhlili, nəticələrin və tövsiyələrin yazılması kimi fəaliyyətlərlə məşğul olurlar. Tələbələr, həmçinin müvafiq tədqiqatın nəticələrinin hesabat formatına gətirilməsi kimi işlərə də dəstək göstərəcəklər.

Qeyd edək ki, Təhsil İnstitutu tərəfindən gələcəkdə bir sıra təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə oxumaq istəyənlərin nəzərinə

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

İkili diplom proqramı üzrə sənəd qəbulu davam edir

İkili diplom proqramı üzrə sənəd qəbulu davam edir

İkili diplom proqramı - “Təhsil” ixtisası üzrə magistraturada oxumaq üçün növbəti sənəd qəbulu

İkili diplom proqramı - “Təhsil” ixtisası üzrə magistraturada oxumaq üçün növbəti sənəd qəbulu

Təhsil ixtisası üzrə ikili diplom proqramı

Təhsil ixtisası üzrə ikili diplom proqramı

Təhsil ixtisası üzrə ikili diplom proqramı

Təhsil ixtisası üzrə ikili diplom proqramı

Tələbələr təcrübə keçdikləri müəssisələrdən iş təklifləri alır

Tələbələr təcrübə keçdikləri müəssisələrdən iş təklifləri alır

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında təcrübə keçəcəklər

Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında təcrübə keçəcəklər

Beynəlxalq ikili diplom proqramına müəllimlər üçün vakansiya

Beynəlxalq ikili diplom proqramına müəllimlər üçün vakansiya

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

BDU-da tədqiqat

BDU-da tədqiqat

Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər

Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər

UNEC-in 9-cu ikili diplom proqramı

UNEC-in 9-cu ikili diplom proqramı

“ADA” və “Corc Vaşinqton” arasında əməkdaşlığın yeni inkişaf mərhələsi

“ADA” və “Corc Vaşinqton” arasında əməkdaşlığın yeni inkişaf mərhələsi

Təhsildə daha bir uğur

Təhsildə daha bir uğur

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər

BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər

Yeni Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün təcrübə və iş imkanları

Yeni Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün təcrübə və iş imkanları

20 tələbə OSTİM sənaye bölgəsində təcrübə keçəcək

20 tələbə OSTİM sənaye bölgəsində təcrübə keçəcək

Azərbaycan Universitetinin tələbələri yaz semestrini Almaniyada oxuyacaq

Azərbaycan Universitetinin tələbələri yaz semestrini Almaniyada oxuyacaq

Sumqayıt Texnologiyalar Parkı yeni təcrübə proqramına başlayıb

Sumqayıt Texnologiyalar Parkı yeni təcrübə proqramına başlayıb