Xəbərlər
13 may 2020
1 777


Sumqayıt Texnologiyalar Parkı yeni təcrübə proqramına başlayıb

Sumqayıt Texnologiyalar Parkı yeni təcrübə proqramına başlayıb

 

Sumqayıt Texnologiyalar Parkı (STP) gənc və perspektivli insanlar üçün ilkin təcrübə tələb etməyən ödənişli təcrübə proqramını həyata keçirir. "Sənin Təcrübə Proqramın” adlanan layihə 18-30 yaşarası gənclərin ixtisas-peşə biliklərinin artırılması və bacarıqlarının iş sahəsində inkişaf etdirilməsi məqsədini daşıyır.

STP-dən "Azərbaycan müəllimi” qəzetinə bildirilib ki, layihə iştirakçılara ilk peşə təcrübəsini istehsal sənayesinin qabaqcıl şirkətlərindən birində əldə etmək imkanı yaradır. Bundan savayı, fəaliyyət zamanı xüsusi həvəs, bilik və bacarığı ilə seçilənlər müəssisədə iş fəaliyyətini davam etdirmək imkanını əldə edirlər.

Qeyd edək ki, bu layihə STP-nin həyata keçirdiyi ilk təcrübə proqramı deyil. Hazırda yüzdən çox belə proqram iştirakçısı STP-də iş fəaliyyətinə davam edir. Bu cür layihələrlə STP həm bilikli və bacarıqlı gəncləri öz fəaliyyətinə cəlb edir, həm də istehsal sahəsində kadr çatışmazlığının azalmasına töhfə verir. STP-nin təcrübə proqramlarında iştirak edənlər asanlıqla başqa müəssisələrdə iş tapa bilirlər. Layihədə orta məktəb, peşə-ixtisas, lisey, kollec və ali təhsilli  gənclər iştirak edə bilər. Arzulayanlar təhsil (əgər varsa), iştirak etdiyi əlavə kurs və təlimlər haqqında sənədləri (əgər varsa), CV-lərini mövzu hissəsində "STP 6 aylıq təcrübə proqramı” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

Bildirilib ki, müraciətlərin qəbulu mayın 20-dək davam edəcək. Ondan sonra göndərilən müraciətlərə  isə baxılmayacaq.

Qeyd olunub ki,  seçilmiş namizədlər Texnoparkda 6 ay işləyəcək  və aylıq 300 azn əməkhaqqı alacaqlar.

Müəssisə 5 günlük iş qrafiki ilə çalışır. Zavod işçiləri 08:00-17:00, ofis işçiləri 09:00-18:00-dək işləyəcəklər. İşçilər nahar və nəqliyyat xidməti ilə də təmin ediləcək.


"Sənin Təcrübə Proqramın” aşağıdakı vakansiyaları əhatə edir:

Təcrübə üzrə vakansiya Təhsil tələbi

Mühəndis avtomatik Ali
 Mexanik Orta/ Peşə / Ali
Operator Orta/ Peşə / Ali
Avtomobil təmiri üzrə usta Orta/ Peşə / Ali
Elektrik montyoru Ali
İlməkçi / Fəhlə (Yükləyici) Orta/ Peşə / Ali
Laborant Ali
Polimer qaynaqçısı Orta/ Peşə / Ali
Qaynaqçı (əl-elektrod, yarımavtomat, arqon) Orta/ Peşə / Ali
Quraşdırıcı çilingər Orta/ Peşə / Ali
 Təmirçi çilingər Orta/ Peşə / Ali
Rəngsaz Orta/ Peşə / Ali
Qumlayıcı Orta/ Peşə / Ali
Hidravlik-çilingər Orta/ Peşə / Ali
Elektrik-çilingər Orta/ Peşə / Ali
Tornaçı Orta/ Peşə / Ali
Dülgər Orta/ Peşə / Ali
Qaz kəsicisi Orta/ Peşə / Ali
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ali, peşə və orta ixtisas təhsil müəssisələri lisenziyadan azad olunur.

Ali, peşə və orta ixtisas təhsil müəssisələri lisenziyadan azad olunur.

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Peşə təmayüllü siniflərin şagirdləri Lənkəranda təcrübə səfərində

Peşə təmayüllü siniflərin şagirdləri Lənkəranda təcrübə səfərində

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Nazir müşaviri peşəyönümü xidmətinin həyata keçirilməsi qaydasını şərh edib

Nazir müşaviri peşəyönümü xidmətinin həyata keçirilməsi qaydasını şərh edib

Kollec bitirənlərə subbakalavr peşə-ixtisas dərəcəsi veriləcək

Kollec bitirənlərə subbakalavr peşə-ixtisas dərəcəsi veriləcək

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

Peşə məktəblərində diaqnostik qiymətləndirilmə davam edəcək - NAZİRLİK

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Peşə təmayüllü siniflərin şagirdləri təcrübə səfərində

Peşə təmayüllü siniflərin şagirdləri təcrübə səfərində

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Peşə Təhsil Mərkəzinə işə qəbul davam edir

Peşə Təhsil Mərkəzinə işə qəbul davam edir

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Bakı Dövlət Peşə Təhsil Mərkəzi 8 ixtisas üzrə vakansiya elan edib

Bakı Dövlət Peşə Təhsil Mərkəzi 8 ixtisas üzrə vakansiya elan edib

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Təhsildə - YENİLİK - VİDEO

Təhsildə - YENİLİK - VİDEO

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Ötən il peşə kurslarına cəlb edilənlərin sayı AÇIQLANDI

Ötən il peşə kurslarına cəlb edilənlərin sayı AÇIQLANDI

Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib

Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsi davam edir

Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsi davam edir

11 mindən çox gənc ilk peşə-ixtisas təhsilinə cəlb olunub

11 mindən çox gənc ilk peşə-ixtisas təhsilinə cəlb olunub