AzTehsil.com


Xəbərlər / Müəllim
03 avqust 2021
1 288


Məktəblilərimiz 53-cü Beynəlxalq Kimya Olimpiadasında uğurla çıxış ediblər



 

IMG 25 iyul – 2 avqust 2021-ci il tarixlərində onlayn formatda məktəblilərin 53-cü Beynəlxalq Kimya Olimpiadası (IChO) keçirilib.

79 ölkədən 312 məktəblinin qatıldığı olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub. Tehsil.biz xəbər verir ki, olimpiadada Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Xanım Yaqublu, Təhsil nazirliyinin birbaşa tabeliyində olan Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Məhsəti Piriyeva, Astara rayonu Pensər kənd Z.Ə.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Salman Hüseynov və BDU-nun nəzdində "Gənc İstedadlar” liseyinin X sinif şagirdi Nəriman Şirinli bürünc medala layiq görülüb.



Загрузка...