AzTehsil.com


Xəbərlər / Şagird
16 aprel 2021
1 899


X Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında qazanılan uğur



 

X Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında qazanılan uğur
- - -
9-15 aprel tarixlərində Gürcüstanın Kutaisi şəhərində X Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (#EGMO) təşkil edilib. 55 ölkədən 213 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.

Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 bürünc və 1 "Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Fidan Qarayeva bürünc medala, həmin liseyin XI sinif şagirdi Ləman Ağazadə isə "Həvəsləndirici mükafat”a layiq görülüb.

Məktəblilərimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq. 



Загрузка...