AzTehsil.com

Xəbərlər / Səhiyyə
26 iyul 2021
735

Azərbaycanda koronavirusla mübarizə aparan mütəxəssisə bir aya 7 min manat ödənilib - FOTO

Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə cari ilin üç ayı üzrə 29.6 milyon manatdan artıq müddətli əlavə və mükafat ödənilib.

Bu barədə Oxu.Az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2021-ci ilin fevral, mart və aprel ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 26.4 milyon manat, qeyri-tibb işçilərinə isə 3.2 milyon manat müddətli əlavə ödənilib.

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin fevral və aprel ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 23 000 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, 26 500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

Fevral ayı üzrə dövlət tibb müəssisələri: Tibb işçiləri - 5.8 milyon manat (7 177 nəfərə), Qeyri-tibb işçiləri - 0.9 milyon manat (2 013 nəfərə). Özəl tibb müəssisələri üzrə 7 000 manat (1 nəfərə), Könüllülər üzrə -  12 000 manat (48 nəfərə).

Digər aylarda müvafiq ödənişlər üzrə cədvəli təqdim edirik:
 
Qeyd olunmalıdır ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq agentlik tərəfindən may ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2021-ci il tarixli 198 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi 2021-ci il avqustun 1-dək uzadılıb.
 
Загрузка...
Həmçinin oxuyun:
Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən tibb işçilərinə dəstək

Təhsildə çalışanlara daha çox pul ayrılıb: Tibb sektorunda isə azalma olacaq

Təhsil müəssisələri üçün yeni dövlət rüsumları təsdiq olunub

Maaş artımı təhsil işçilərinin əməkhaqqına təsir edəcəkmi?

Yanvar ayının 1-dən etibarən maaşınızdan pul tutulacaq - RƏSMİ

Yeni məktəb binası tikiləcək: Bir milyon manat ayrıldı

Bu aydan bütün işçilərin maaşından tutulacaq – RƏSMİ

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Azərbaycanda COVID-19-a yoluxan təhsil işçilərinə maliyyə dəstəyi göstərilir

Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ

DİM sədri: “Mərkəzlə bağlı yaradılan müvəqqəti iş yerlərində çalışanlara 5 milyon manatdan artıq əmək haqqı ödənilib”

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmətin göstərilməsi qaydası təsdiq edilib

Gürcüstanda koronavirus vaksini vurulan tibb bacısı öldü

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Təhsil Nazirliyi: 15 900 tələbənin təhsil haqqı ödənilib

Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb

Pedaqoji işçilər bundan sonra hər saatına görə bu qədər pul alacaqlar

Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO

Elm və təhsil xərcləri azaldılır

Elm və təhsil xərcləri azaldılır

Açıq məkanda da maska taxmayanlar 100 manat məbləğində cərimələnəcək