AzTehsil.com


Xəbərlər / Saglam həyat
25 iyul 2021
1 628


Mikrobları, qurdları və xərçəng hüceyrələrini öldürən ədviyyat. RESEPTLƏR



 

Mixək çox güclü müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir. Elmdə çoxdan sübut olunub ki, mixək bir çox mikroblara, göbələklərə və qurdlara öldürücü təsir edir.

Bundan əlavə mixək güclü xərçəngəleyhinə təsirə malikdir.

Mixək spazmları azaldır, yaraların sağalmasını tezləşdirir, köpdən azad edir, orqanizmi tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Güclü iltihabəleyhinə təsirə görə mixək orqanizmdə olan müxtəlif iltihablar zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.

Mixək effektli profilaktik vasitədir. Soyuq fəsillərdə bu ədviyyatın köməyi ilə siz özünüzü bir çox soyuqdəymə xəstəliklərdən və iltihablardan qoruya bilərsiniz.

Stomatit və badamcıqların iltihabı zamanı mixəyi (2-3 ədəd) həvəngdəstədə əzin, balla qarışdırın və bu qarışığı ağız boşluğunda tam əriyənə qədər saxlayın.

3-4 mixəyi əzin, yarım stəkan isti suda (qaynar yox!) 30 dəqiqə ərzində dəmləyin, süzün və angina zamanı qarqara üçün istifadə edin. Həmçinin belə dəmləmə köp və qarında spazmlar, qadınlarda menstrual ağrıları zamanı çox yaxşı kömək edir. Bu məqsədlə dəmləməni gün ərzində 1-2 dəfə qəbul edin.

Mixəyin balla qarışığı uşaqlara qurdəleyhinə dərman kimi vermək çox yaxşıdır.

Çay dəmlədikdə çaydana 2-3 mixək atın. Mixəkli çay qripp və soyuqdəymə xəstəliklərinin qarşısını almağa kömək edəcək.

Ağız qoxusu, damaq problemləri, diş ağrısı zamanı mixəyi çeynəmək yaxşıdır. Mixək ağız boşluğunda mikrobları öldürün, nəfəsi təravətləndirir.

Bronxit zamanı 2-3 mixəyi əzin, üzərinə isti süd tökün, 20 dəqiqədən süzün və ilıq halda için. Bu vasitə nəfəs yolları çox yaxşı təmizləyir, iltihabı azaldır.



Загрузка...