Xəbərlər
21 iyun 2021

Qabiliyyət imtahanlarının qeydiyyat vaxtı açıqlanıb

Qabiliyyət imtahanlarının qeydiyyat vaxtı açıqlanıb

 

Bədən tərbiyəsi və idman istiqaməti üzrə 31 may – 8 iyun tarixlərində qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçməyən abituriyentlərin nəzərinə!

DİM-dən  bildirilib ki, qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyat linki 21 – 25 iyun tarixlərində yenidən aktiv olacaq.

Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 21 – 25 iyun 2021-ci il tarixlərində verilən link (http://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün yeni imkanın yaradılması (bədən tərbiyəsi və idman istiqaməti üzrə) 31 may – 8 iyun tarixlərində qeydiyyatdan keçməli olan, lakin hər hansı bir səbəbdən prosesdə iştirak edə bilməyən abituriyentlər üçün əlavə şansdır.

Bədən tərbiyəsi və idman istiqaməti üzrə Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:

– cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;

– müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahnının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki ilin məzunları;

– Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;

Subbakalavrlar, qəbul imtahanının birinci mərhələsini verəcək əvvəlki illərin məzunları və ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanından (24 iyun) məqbul qiymət alan abituriyentlər üçün qeydiyyat tarixləri elan olunacaqdır.

QİK-lər üzrə qeydiyyatdan keçmək ödənişlidir. Lakin "Azərbaycan Respublika-sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə, o cümlədən bütün QİK-lər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

– şəhid ailəsinin üzvləri;

– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

– məcburi köçkün statusu olan şəxslər;

– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

İmtahanlara hazırlaşmaq üçün metodiki tövsiyələr və bədən tərbiyəsi və idman istiqaməti üzrə normativlər "Xüsusi qabiliyyət imtahanları” jurnalının 2021-ci il 1-ci sayında verilmişdir


Загрузка...
loading...

Həmçinin oxuyun:
Bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisasları seçmək istəyən abituriyentlərin nəzərinə

Bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisasları seçmək istəyən abituriyentlərin nəzərinə

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

Qabiliyyət imtahanları ilə əlaqədar yaradılmış işçi qrupunun iclası keçirilib

Qabiliyyət imtahanları ilə əlaqədar yaradılmış işçi qrupunun iclası keçirilib

Qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək

Qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək

Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə

Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə

Qabiliyyət imtahanına qeydiyyat sabah başa çatır

Qabiliyyət imtahanına qeydiyyat sabah başa çatır

Xüsusi qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başladı

Xüsusi qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başladı

Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat müddəti uzadılıb

Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat müddəti uzadılıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır

Dövlət İmtahan Mərkəzi abituriyentlərə daha bir müraciət etdi

Dövlət İmtahan Mərkəzi abituriyentlərə daha bir müraciət etdi

Qabiliyyət imtahanları başladı

Qabiliyyət imtahanları başladı

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

İlin sonunadək keçiriləcək bütün imtahanların dəqiq tarixləri

İlin sonunadək keçiriləcək bütün imtahanların dəqiq tarixləri

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Bu namizədlər avqustun1-dək qeydiyyatdan keçə bilərlər

Bu namizədlər avqustun1-dək qeydiyyatdan keçə bilərlər

Qeydiyyat bu gün başa çatır!

Qeydiyyat bu gün başa çatır!

Qabiliyyət imtahanlarının tarixi açıqlandı

Qabiliyyət imtahanlarının tarixi açıqlandı

Bu təhsil müəssisələrinə də tələbə qəbulu qaydaları dəyişdi

Bu təhsil müəssisələrinə də tələbə qəbulu qaydaları dəyişdi

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

Memarlıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər elektron qeydiyyatdan keçməlidirlər

Memarlıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər elektron qeydiyyatdan keçməlidirlər

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə ödənişsiz sınaq imtahanları keçiriləcək

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə ödənişsiz sınaq imtahanları keçiriləcək

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb