Xəbərlər / Abituriyent
20 iyun 2019
3 372


Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

 

 
2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatına başlanıb.

Qeydiyyat prosesi iyunun 20-dən iyulun 3-dək davam edəcək. Bədən tərbiyəsi və idman istiqamətinin 60, 61, 62-ci, təsviri sənət istiqamətinin 14-cü (dizayn) komissiyaları üzrə qeydiyyat iyunun 28-də başa çatacaq. Göstərilən komissiyalarla yanaşı, digər komissiyaların da qeydiyyatından keçmək istəyən abituriyentlər öz seçimlərini iyunun 28-nə kimi təsdiqləməlidirlər. Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının 2 istiqaməti və ümumilikdə 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Abituriyentlər DİM-in saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş linkdən istifadə etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

"Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) olacaq.

Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan qəbul (buraxılış) imtahanından ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə 60 bal, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə isə 40 bal toplayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Qabiliyyət imtahanları iyulun 2-dən avqustun 2-dək keçiriləcək. Abituriyentlərə "Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. "Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2019-cu ildə nəşr edilmiş "Abituriyent” jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilib.

Tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2019-cu ildə nəşr edilmiş "Abituriyent” jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında verilib.

I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qeydiyyat iyulun 8-dən 13-dək aparılacaq, qabiliyyət imtahanları isə iyulun 19-dan 23-dək keçiriləcək.

Azərbaycan İlahiyyat İnstitutunun III ixtisas qrupuna aid olan islamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı iyulun 20-dən 24-dək aparılacaq, qabiliyyət imtahanları isə iyulun 27-dən avqustun2-dək keçiriləcək.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat 8-16 iyulun 8-dən 16-dək aparılacaq, qabiliyyət imtahanları isə iyulun 18-dən 22-dək keçiriləcək.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qeydiyyat bu gün başa çatır!

Qeydiyyat bu gün başa çatır!

Qabiliyyət imtahanlarının tarixi açıqlandı

Qabiliyyət imtahanlarının tarixi açıqlandı

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Memarlıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər elektron qeydiyyatdan keçməlidirlər

Memarlıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər elektron qeydiyyatdan keçməlidirlər

İlin sonunadək keçiriləcək bütün imtahanların dəqiq tarixləri

İlin sonunadək keçiriləcək bütün imtahanların dəqiq tarixləri

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

Bu təhsil müəssisələrinə də tələbə qəbulu qaydaları dəyişdi

Bu təhsil müəssisələrinə də tələbə qəbulu qaydaları dəyişdi

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

Orta ixtisas müəssisələrinin boş qalan yerlərinə qəbul elan edilir

Orta ixtisas müəssisələrinin boş qalan yerlərinə qəbul elan edilir

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

Jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı ləğv olunacaqmı?DİM-dən açıqlama

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçid balları

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçid balları

DİM bu abituriyentlərin nəticələrini araşdıracaq

DİM bu abituriyentlərin nəticələrini araşdıracaq

9-cu sinifdən orta ixtisas müəssisələrinə qəbul olmaq istəyənlərin nəzərinə...

9-cu sinifdən orta ixtisas müəssisələrinə qəbul olmaq istəyənlərin nəzərinə...

Abituriyentlərə xoş xəbər: ixtisas seçimi elanı dərc edildi

Abituriyentlərə xoş xəbər: ixtisas seçimi elanı dərc edildi

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Bu gündən kolleclərə qabiliyyət imtahanı başlayıb

Bu gündən kolleclərə qabiliyyət imtahanı başlayıb

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

Bu namizədlər avqustun1-dək qeydiyyatdan keçə bilərlər

Bu namizədlər avqustun1-dək qeydiyyatdan keçə bilərlər

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Kolleclərə ixtisas seçimi sona çatır

Kolleclərə ixtisas seçimi sona çatır

Nəticələr açıqlandı - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Nəticələr açıqlandı - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!

Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!