AzTehsil.com


Xəbərlər / Magistr
22 aprel 2021
1 079


UFAZ-da magistraturaya qəbul imtahanında 123 nəfər iştirak edib



UFAZ-da magistraturaya qəbul imtahanında 123 nəfər iştirak edib

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2021/2022-ci tədris ili üçün magistratura pilləsi üzrə qəbul imtahanı keçirilib.

ADNSU-dan bildirilib ki, artıq ikinci dəfə keçirilən magistratura imtahanında müxtəlif universitetlərdən ümumilikdə 123 tələbə qeydiyyatdan keçib və namizədliyi təsdiq edilib. Namizədlərin 53-ü UFAZ tələbəsi, 70-i isə Azərbaycanın müxtəlif universitetlərinin məzunlarıdır.

İki saat yarım davam edən imtahanda tələbələr 3 ixtisas (Kimya mühəndisliyi/ Fiziki kimya, Tətbiqi kompüter elmləri (Big Data və Süni Zəka) və Yer elmləri ixtisasları) üzrə ingilis dilində verilən sualları cavablandırıblar.

İmtahanın ilkin nəticələri aprelin 27-də elan olunacaq.

İmtahanın nəticəsindən razı qalmayan tələbələrin aprelin 30-da apelyasiyaya müraciət etmək ixtiyarları var.  Qəbul olmuş namizədlər öz namizədliyini 5 may tarixində təsdiq edə bilər. Təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və rus bölməsi) isə UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS / 80 bal TOEFL nəticəsi tələb olunur. İngilis dili sertifikatını təqdim edə bilməyən namizədlər imtahandan uğurla keçərsə, onlar şərti olaraq qəbul edilir və nəticələrini iyun ayına qədər təqdim edə bilərlər.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanından 50-dan artıq bal toplayan hər kəs UFAZ-ın magistratura proqramlarına müraciət etmək hüququna malik idi. Magistratura proqramı üçün UFAZ-ın qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycandakı digər ali təhsil müəssisələrinə müraciət etmək şansını itirmirlər.

Həmçinin DİM-in təşkil etdiyi magistratura üzrə ikinci şans imtahanından məqbul bal toplayanlar iyun ayında yenidən müraciət edə bilərlər.

Xatırladaq ki, UFAZ-da magistratura proqramı üçün ümumilikdə 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir. UFAZ-ın magistratura pilləsini bitirmiş tələbələr iki dövlət diplomuna yiyələnəcəklər. Beləliklə, tələbələr xaricə getmədən ADNSU ilə bərabər Fransanın ən nüfuzlu universitetlərindən biri olan Strasburq Universitetinin diplomunu alacaqlar.

Magistratura üzrə təhsil Fransa təhsil sisteminə uyğunlaşdırılmış formada yüksək ixtisaslı Fransa və Azərbaycan müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfindən aparılacaq.



Загрузка...
Həmçinin oxuyun:
UFAZ-ın magistratura pilləsinə sənəd qəbulu və imtahanın yeni tarixləri

UFAZ-ın magistratura pilləsinə sənəd qəbulu və imtahanın yeni tarixləri

UFAZ-da magistratura proqramının təqdimatı olub

UFAZ-da magistratura proqramının təqdimatı olub

UFAZ-da magistratura proqramlarına qəbul üçün keçid balı 70-dən 60-a endirilib

UFAZ-da magistratura proqramlarına qəbul üçün keçid balı 70-dən 60-a endirilib

Onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər....UFAZ-a qəbul imtahanı

Onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər....UFAZ-a qəbul imtahanı

Ali təhsildə yeni imkanlar

Ali təhsildə yeni imkanlar

UFAZ-ın Magistratura proqramlarına qəbul başlayıb

UFAZ-ın Magistratura proqramlarına qəbul başlayıb

UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb

UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ tələbələri Fransada magistratura təhsili üzrə təqaüd proqramını qazanıblar

UFAZ tələbələri Fransada magistratura təhsili üzrə təqaüd proqramını qazanıblar

Fransız-Azәrbaycan Universitetinә tələbə qәbulu elan edilib

Fransız-Azәrbaycan Universitetinә tələbə qәbulu elan edilib

Təhsil naziri Strasburq Universitetinin prezidenti ilə görüşüb

Təhsil naziri Strasburq Universitetinin prezidenti ilə görüşüb

UFAZ-ın bakalavr proqramına qəbulla bağlı tarixlər açıqlanıb

UFAZ-ın bakalavr proqramına qəbulla bağlı tarixlər açıqlanıb

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

Qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?