AzTehsil.com


Xəbərlər
14 aprel 2021
841


“Autizmli uşaqların cəmiyyətə qazandırılması”



“Autizmli uşaqların cəmiyyətə qazandırılması”

 

Naxçıvan Müəllimlər İnstitutunda "Autizmli uşaqların cəmiyyətə qazandırılması” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin əməkdaşları, ümumtəhsil məktəblərinin psixoloqları və müəllimləri iştirak ediblər.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov  bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üçün bir sıra Dövlət Proqramları qəbul edilib və onların icrası bütün cəmiyyət üzvləri ilə yanaşı,  təhsil işçiləri qarşısında da mühüm vəzifələr müəyyənləşdirir.

2016-2020 və 2021-2025-ci illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqram”ları muxtar respublikada bu sahədəki işlərin məqsədyönlü həyata kecirilməsini təmin edib. Proqram fiziki imkanları məhdud uşaqların sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, onların təlimində mütərəqqi üsulların tətbiqi, bu istiqamətdə kadr hazırlığının gücləndirilməsi, pedaqoji kadrların bu sahəyə aid bilik və bacarıqlarının təkmilləşdirilməsini tələb edir.  Peşəkar bacarıqlar sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası üçün vacib şərtlərdən biridir.

Rektor qeyd edib ki,  sağlamlıq imkanları məhdud uşaqlar  içərisində autizm sindromu olanlar daha çoxluq təşkil edir:”Aprel ayı dünyada Autizm Maarifləndirmə ayı kimi  geniş qeyd edilir. Dünya Autizm məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarı ilə təsis olunub. Autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən ciddi xəstəliklərdən biridir. Bu sindrom haqqında istər pedaqoji heyət, istərsə də valideynlər arasında daima maarifləndirici iş aparmaq lazımdır”.

Sonra konfransın proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikası   Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərovun "Sağlamlıq imkanları məhdud uşaqlarla aparılan işin təşkili”, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial təminat xidmətinin rəisi Vüqar Məmmədovun       "Sağlamlıq imkanları məhdud uşaqlara göstərilən dövlət qayğısı”, Regional İnformasiya Mərkəzinin direktoru Minurə Musayevanın "Autizm haqqında məlumat, autizmin əlamətləri və digər sindromlarla fərqi”, Regional İnformasiya Mərkəzinin müəllim-psixoloqu Ağabəyim Bağirovanın "Autizmlilərdə nitqin inkişafı problemləri” və Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının müəllimi Almaz Məmmədovanın "Autizmdə təlim, terapiya və müalicə metodları” mövzularında məruzələri dinlənilib.

Tədbirdə autizm sindromunun terapiyası yolları və metodlarını özündə əks etdirən praktik video nümunələrə baxış da olub.



Загрузка...
Həmçinin oxuyun:
Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzləri yaradılır

Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzləri yaradılır

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi

I sinifdə oxuyacaq sağlamlıq imkanları məhdud uşaqların müayinəsinə start verilib

I sinifdə oxuyacaq sağlamlıq imkanları məhdud uşaqların müayinəsinə start verilib

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Ötən il respublikada 10 yeni məktəb binası istifadəyə verilib

Ötən il respublikada 10 yeni məktəb binası istifadəyə verilib

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirilib

II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirilib

Baş nazirdən təhsillə bağlı yeni - SƏRƏNCAM

Baş nazirdən təhsillə bağlı yeni - SƏRƏNCAM

Sağlamlıq imkanları məhdud  şəxslərlə bağlı işçi qrupu yaradıldı

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı işçi qrupu yaradıldı

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Sağlamlıq imkanları məhdud gənclər üçün peşə kursları üzrə növbəti imtahan

Sağlamlıq imkanları məhdud gənclər üçün peşə kursları üzrə növbəti imtahan

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün qanunvericiliyə yeni təkliflər hazırlanıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün qanunvericiliyə yeni təkliflər hazırlanıb

Naxçıvan Müəllimlər İnstitutunda məktəb psixoloqları üçün seminar

Naxçıvan Müəllimlər İnstitutunda məktəb psixoloqları üçün seminar

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezidentdən Sərəncam

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Prezidentdən Sərəncam

Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır

Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Sərəncam

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - Sərəncam

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə

Naxçıvan MR-ın Dövlət İmtahan Mərkəzi yaradılıb

Naxçıvan MR-ın Dövlət İmtahan Mərkəzi yaradılıb

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Sağlamlıq imkanları məhdud şagirdlər üçün gündəlik dərs miqdarı nə qədər olmalıdır? - Evdə təhsil

Sağlamlıq imkanları məhdud şagirdlər üçün gündəlik dərs miqdarı nə qədər olmalıdır? - Evdə təhsil