Xəbərlər, Müəllim
12 aprel 2021

İngiltərədə müəllimlərin üçdə biri peşəsini tərk etmək istəyir

Müəllim heyətinin 70% -i son 12 ayda işlərinin həcminin artdığını bildirib

Böyük Britaniyada müəllimlərin üçdə biri peşələrini tərk etmək istəyir.  Bu barədə  Milli Təhsil İşçiləri Həmkarlar İttifaqının (NEU) keçirdiyi sorğunun nəticələrinə əsasən "The Guardian" qəzeti məlumat verib. Aparılmış sorğunun nəticələrinə əsasən, britaniyalı məktəb müəllimlərinin 35% -i peşəsini tərk etməyi planlaşdırır.

 Qəzetin məlumatına əsasən, bu qərara onları artan iş həcmi və koronavirusla bağlı davam edən məhdudiyyətlər fonunda peşəyə hörmətin azalması məcbur edib.  Sorğuya əsasən, müəllim heyətinin 70% -i son 12 ayda işlərinin həcminin artdığını bildirib.

Respondentlərin 95% -i maddi-rifah hallarının pisləşdiyini ifadə edib. Müəllimlərin 35% -i 5 ildən sonra təhsil sahəsində qəti şəkildə işləməyəcəklərini, 66% -i isə müəllim statusunun aşağı düşdüyünə əminliklərini bildiriblər. Sonuncular həm də hökuməti müəllimlərin fikrinə qulaq asmaqdan imtinada  ittiham ediblər.

Sorğuda iştirak edənlər işdən getmələrinin səbəbi kimi bunları göstərib: hökumət və ya media tərəfindən peşəyə hörmətin olmaması (53%),  iş yükünün artması (51%), məsuliyyət (34),  əməkhaqlarının azlığı (24). Rəyi soruşulanların 55 faizi pandemiyadan əvvəlki dövrlə müqayisədə həyat şəraitlərinin pisləşdiyini qeyd ediblər.

NEU sorğunun nəticələrinə təəccüblənmədiyini bildirib, çünki hökumət müəllimlərin işini lazımınca  qiymətləndirmək üçün çox az səy göstərir. İngiltərə Təhsil Nazirliyi sorğunun nəticələrinə reaksiya verərək müəllimlərin vəziyyətindən narahat olduğunu bəyan edib.  "Biz müəllimlərin yükü və onların rifahı ilə bağlı geniş fəaliyyətlər həyata keçiririk və müəllimlərə dəstək olmaq üçün psixi sağlamlıq sahəsində xeyriyyə təşkilatlarına milyonlarla investisiya qoyuruq", - deyə nazirliyin mətbuat xidməti bildirib. Qeyd olunur ki,  nazirlik müəllimlərə dəstək proqramlarının inkişafını davam etdirir.

Sorğu İngiltərə, Uels və Şimali  İrlandiya məktəblərində müəllimlər, məktəb rəhbərləri və xidmət heyəti arasında aparılıb. Sorğuda Həmkarlar İttifaqının 10 min üzvü iştirak edib.

Xatırladaq ki, müəllimlərin həmkarlar ittifaqları əvvəllər Böyük Britaniya hökumətinin məktəblərin açılması planlarından narazılıqlarını bildirib. 

Müəllimlər, həmçinin polislərlə yanaşı,  ilk növbədə vaksinasiyadan keçməli olduqlarını  düşünürlər, çünki  daim koronavirusa yoluxmaq riskinə məruz qalırlar. Onlar hökumətin  vaksinasiya məsələsində daha yaşlı vətəndaşlara prioritet vermək qərarından da razı deyillər.  

Oruc MUSTAFAYEV

Загрузка...
loading...

Həmçinin oxuyun:
Məktəblərdə tədrisin hansı formada təşkili ilə bağlı sorğunun nəticələri açıqlandı

Məktəblərdə tədrisin hansı formada təşkili ilə bağlı sorğunun nəticələri açıqlandı

Təhsilin keyfiyyətinə nələr təsir edir: Nazir AÇIQLADI

Təhsilin keyfiyyətinə nələr təsir edir: Nazir AÇIQLADI

Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir

Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir

Müəllimlərin əksəriyyəti yay aylarında işləyəcək

Müəllimlərin əksəriyyəti yay aylarında işləyəcək

Onlayn sorğunun nəticələri

Onlayn sorğunun nəticələri

Böyük Britaniyada imtahanlar ləğv edilir

Böyük Britaniyada imtahanlar ləğv edilir

Müəllimlərin nəzərinə: Direktorun bu kadrları işdən çıxarmaq səlahiyyəti yoxdur

Müəllimlərin nəzərinə: Direktorun bu kadrları işdən çıxarmaq səlahiyyəti yoxdur

Təhsil naziri İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Müəllimlərin   maaşı  – Təəccübləndirici rəqəmlər

Müəllimlərin maaşı – Təəccübləndirici rəqəmlər

''Müəllimlərin sertifikasiyası məcburi olacaq'' - Nazirlik rəsmisi

''Müəllimlərin sertifikasiyası məcburi olacaq'' - Nazirlik rəsmisi

Dünyada hər il  müəllimə nə qədər təlabat var-?

Dünyada hər il müəllimə nə qədər təlabat var-?

Nazirlik müəllimlərə yönələn ittihamlara CAVAB VERDİ

Nazirlik müəllimlərə yönələn ittihamlara CAVAB VERDİ

Müəllimlərin maaşı artırılacaq.

Müəllimlərin maaşı artırılacaq.

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Orta məktəblərdə çalışan müəllimlərin sayı açıqlandı

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Rusiyada müəllimlər nə qədər maaş alır?

Rusiyada müəllimlər nə qədər maaş alır?

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Təhsil Nazirliyi: 130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib

Təhsil Nazirliyi: 130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib

Müəllimlərin pedaqoji fəaliyyəti bunlara əsasən qiymətləndiriləcək - Nazirlik açıqladı

Müəllimlərin pedaqoji fəaliyyəti bunlara əsasən qiymətləndiriləcək - Nazirlik açıqladı

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Dövlət müəllimlərə ev verir ?

Dövlət müəllimlərə ev verir ?