AzTehsil.com

Xəbərlər
06 fevral 2021
1 193

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin sonuncu imtahanını keçirib

"Yüksəliş” müsabiqəsi fevralın 6-da əyani mərhələnin "İdarəetmə bacarıqları üzrə imtahan”ını keçirib. İmtahan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə səkkiz regionda təşkil olunmuş 18 imtahan mərkəzində aparılıb. 

Əyani mərhələnin sonuncu imtahanı olan "İdarəetmə bacarıqları üzrə imtahan”ın sual tərtibatı insan kapitalının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanır. 

Xatırladaq ki, əyani mərhələnin birinci imtahanı olan "Qabiliyyət üzrə yoxlama imtahan”ı 12 sentyabr 2020-ci il tarixində keçirilib. Bu mərhələyə qatılan 940 nəfər iştirakçıdan 728-i "İdarəetmə bacarıqları üzrə imtahan”da iştirak etmək hüququ qazanıb. Son imtahanda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsi olan yarımfinala qatılacaq.

İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil edilib. 

Qeyd edək ki, "Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə beş mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9 775 nəfər müsabiqəyə qəbul edilib. 

"Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Загрузка...
Həmçinin oxuyun:
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi 2 imtahandan ibarətdir

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin videomüsahibə turuna başlayır

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşıb

“Yüksəliş” müsabiqəsi Xalq Cümhuriyyətinə həsr olunan vebinar təşkil edib

“Yüksəliş”in onlayn imtahan hazırlığı

“Yüksəliş”in onlayn imtahan hazırlığı

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

Azərbaycanda imtahan zamanı kütləvi zəhərlənmə baş verib

Təhsil naziri Ceyhun Bayramov: “Yüksəliş” müsabiqəsi istedadlı şəxslərlə işin təşkilində növbəti addımdır”

MİQ üzrə müsabiqənin ikinci mərhələsi başlayır

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Direktor müavinlərinin seçim imtahanı başladı

İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi vacibdir

İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi vacibdir

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Dövlət qulluğuna qəbul imtahanı keçirildi

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirildi

Nəzarətçilərlə bağlı məhdudiyyətlər tətbiq edilib

İmtahan mərkəzləri tibbi maskalarla təchiz olunacaq

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

DİM imtahan keçirdi - 7 nəfər iştirak etdi

Bakı məktəblərinə işə qəbul imtahanı başlayır

Qəbul imtahanında 17 nəfər uğur qazanıb

Qəbul imtahanında 17 nəfər uğur qazanıb