Xəbərlər / Abituriyent
08 iyun 2020
1 215


İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi vacibdir

İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi vacibdir

 

İmtahanlara onlayn qeydiyyat təmin olunmalıdır. İmtahan mərkəzlərində sanitar qovşaqlar, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyası aparılmalı, işçi heyət şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl etməlidir.

İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi və imtahan təyin olunan günədək həmin otağa/zala girişin qadağan olunması vacibdir.

Bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin imtahanlar zamanı koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.

Metodiki göstərişdə bildirilir ki, imtahan başlamazdan əvvəl və imtahan müddətində otağın havalandırılmasını, otaqlarda/zallarda, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılmasını, səhhəti ilə bağlı müəssisəyə girişi məhdudlaşdırılan işçiləri əvəz edəcək ehtiyat heyətin əvvəlcədən hazırlanmasını, imtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı olmayan və xroniki xəstəlikdən əziyyət çəkməyən şəxslərin təyin olunmasını, şəhərlərarası gediş-gəliş məhdudiyyətini nəzərə alaraq, yerlərdə imtahanların təşkilini təmin etmək zəruridir.

Həmçinin imtahan mərkəzlərinin tibbi maskalarla təchizatı, hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadəsi, imtahan mərkəzlərində fərdi qoruyucu vasitələrinin atılması üçün müvafiq tullantı qablarının yerləşdirilməsi, iştirakçıları müşayiət edənlərin imtahan mərkəzinin ərazisində toplanmamaları, imtahan mərkəzlərinin girişlərində termometriyanın icra edilməsi təmin olunmalıdır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə sosial məsafənin (2 metr) qorunmasını və imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtlarının müəyyən edilməsini, imtahanda iştirak üçün sənədlərin iştirakçı tərəfindən təqdim olunmasını, nəzarətçinin sənədlərə əllə toxunmamasını, hər iştirakçının arasında sosial məsafənin qorunmasını, imtahan ləvazimatlarının (qələm, karandaş və s.) ortaq istifadə edilməməsini, iştirakçıların səhhətində imtahan zamanı yaranan problemləri, yəni COVID-19-a spesifik olan simptomları – qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s. bildirmələrini və onların xüsusi ayrılmış otaqda izolyasiya edilmələrini, "103” təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin çağırılmasını, azyaşlını müşayiət edənin bu barədə məlumatlandırılmasını təmin etmək vacibdir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İmtahanlar zamanı tətbiq ediləcək təhlükəsizlik QAYDALARI - RƏSMİ

İmtahanlar zamanı tətbiq ediləcək təhlükəsizlik QAYDALARI - RƏSMİ

Nəzarətçilərlə bağlı məhdudiyyətlər tətbiq edilib

Nəzarətçilərlə bağlı məhdudiyyətlər tətbiq edilib

İmtahanlarda iştirakçılar arasında bu qədər məsafə qoyulacaq

İmtahanlarda iştirakçılar arasında bu qədər məsafə qoyulacaq

İmtahan mərkəzləri tibbi maskalarla təchiz olunacaq

İmtahan mərkəzləri tibbi maskalarla təchiz olunacaq

TƏBİB koronavirus dövründə imtahanların keçirilməsi qaydasını açıqladı

TƏBİB koronavirus dövründə imtahanların keçirilməsi qaydasını açıqladı

İmtahan zamanı tətbiq ediləcək təhlükəsizlik qaydaları -RƏSMİ

İmtahan zamanı tətbiq ediləcək təhlükəsizlik qaydaları -RƏSMİ

Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

İyunun 10-11-də 39 bölgədə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək

İyunun 10-11-də 39 bölgədə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək

Fərdi tədris və repetitor xidmətlərinin fəaliyyəti belə olmalıdır - TƏLİMAT

Fərdi tədris və repetitor xidmətlərinin fəaliyyəti belə olmalıdır - TƏLİMAT

TƏBİB sədri Ramin Bayramlı: “Şagird və valideynləri məsuliyyətli olmağa çağırırıq”

TƏBİB sədri Ramin Bayramlı: “Şagird və valideynləri məsuliyyətli olmağa çağırırıq”

DİM beynəlxalq imtahanların keçirilməsinə başlayır

DİM beynəlxalq imtahanların keçirilməsinə başlayır

ADU-da imtahanlar başladı

ADU-da imtahanlar başladı

İmtahandan əvvəl abituriyentlərdən birinin halı pisləşib

İmtahandan əvvəl abituriyentlərdən birinin halı pisləşib

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər yenidən imtahan verəcəklər

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər yenidən imtahan verəcəklər

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

DİM iyunun 17-də 76636 şagird üçün buraxılış imtahanı keçirib

DİM iyunun 17-də 76636 şagird üçün buraxılış imtahanı keçirib

Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı qaydaları müəyyənləşib

Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı qaydaları müəyyənləşib

DIM -də imtahanlara hazırlıq məsələləri müzakirə edilib

DIM -də imtahanlara hazırlıq məsələləri müzakirə edilib

ADU -da I növbə təşkil olunan imtahanlarda 635 tələbə onlayn imtahan verib

ADU -da I növbə təşkil olunan imtahanlarda 635 tələbə onlayn imtahan verib

Bu il imtahan günlərinin sayı artacaq

Bu il imtahan günlərinin sayı artacaq

Abituriyentin əvəzinə başqasının imtahana daxil olmasının qarşısı necə alınır?

Abituriyentin əvəzinə başqasının imtahana daxil olmasının qarşısı necə alınır?

Ceyhun Bayramovdan ƏMR

Ceyhun Bayramovdan ƏMR