AzTehsil.com


Xəbərlər
06 yanvar 2021
5 970


Bakıda yoxa çıxan 12 yalı qızla bağlı ŞOK İDDİA



 

Bakıda itkin düşən 12 yaşlı qız hələ də tapılmayıb.

Publika.az xəbər verir ki, Zabrat qəsəbəsində yoxa çıxan 12 yaşlı Ləman Şahbazovanın axtarışları davam etdirilir. Bu arada azyaşlı qızın qardaşı Vüqar Əziz bildirib ki, bacısının kiminsə yanında olduğunu güman edirlər: "Məlulat almaq istəyən şəxslər üçün qeyd edirəm. Uşağa heç bir təzyiq olunmuyub. Mən müəyyən səbəblərdən dolayı Zabratda nənə-babamla qalıram. Bacım anamla "Neftçilər" metrosu ərazisində qalır. Karantinlə əlaqədər uşaq öz istəyi ilə bir neçə günlük Zabratda qalırdı. "Dükana gedib, gəlirəm" adıyla çıxıb, birdə geri dönməyib. Məni real həyatda tanıyanlar bilir necə sevgi dolu adamam. Nə istəyir eləmişəm. Böyük ehtimal evdə çıxma səbəbi danışdığı birinin olmasıdı. Təbii ki sadəcə ehtimaldır. Ama əminəm ki, küçədə deyil. Kiminsə yanındadı. Əgər bu qədər kütləvi paylasimlardan sonra uşağ geri qaytarılmasa, daha ciddi tədbirlər görüləcək".

Qey edək ki, Daxili İşlər Nazirliyi də azyaşlı qızın axtarışı ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, paytaxtın Nizami rayonu ərazisində yaşayan 12 yaşlı Ləman Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.

Evdən çıxarkən əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub.

"Şəkildə gördüyünüz qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 305-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.



Загрузка...