AzTehsil.com


Xəbərlər / Şagird
15 dekabr 2020
970


Azərbaycanlı şagirdlər beynəlxalq tədbirdə qalib oldu



 

Azərbaycanlı şagirdlər "Microsoft” tərəfindən keçirilən "Imagine Cup Junior” virtual süni intellekt hakatonunda qalib seçiliblər.

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

28-29 noyabr tarixlərində "Microsoft” şirkəti tərəfindən həyata keçirilən tədbirdə Yunanıstan, Xorvatiya, Bolqarıstan, Rumıniya və Rusiyadan olan şagirdlər iştirak ediblər. Ölkəmizi tədbirdə Bakı şəhəri 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədovanın rəhbərliyi ilə beş nəfərlik komanda – Bakı şəhəri 27 nömrəli tam orta məktəbdən Elnur Məmmədli,  Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Rza Hüseynov və Səid Süleymanov, Zəkalar liseyindən Fərid Əzizov və Şahmar Ağayev təmsil ediblər.

Tədbirdə ikinci yer tutan komandamız öz təqdimatlarında brakonyerlik probleminin yaradıcı formada həlli yolunu təklif ediblər. Belə ki, onlar brakonyerlik edilən ərazilərində silahlanmış şəxsləri təyin edə biləcək və süni intellekt dəstəkli kamera sisteminin quraşdırılmasını təklif ediblər. Təklif edilən layihəyə əsasən potensial bir cinayətkar aşkar edildiyi zaman yaxınlıqdakı dinamiklər işə düşərək, heyvanları qorxudub həmin ərazidən uzaqlaşdıracaq və ən yaxın meşə gözətçisini təhlükə barədə xəbərdar edəcək. Komanda, eyni zamanda, cinayətkarların davranışları əsasında brakonyerlik haqqında məlumatların toplanması və təhlili üçün süni intellektdən istifadə etməyi təklif edib.

Komandanın sözügedən layihə ilə "2021 Imagine Cup Junior Global Competition”-da iştirak etmələri gözlənilir. "2021 Imagine Cup Junior Global Competition” barədə ətraflı məlumat əldə etmək və yarışmada iştirak etmək istəyən bütün şagird və tələbələr keçiddən (https://imaginecup.microsoft.com/en-us/junior) istifadə edə bilərlər.

Qeyd edək ki, tədbirin məqsədi şagirdləri elmə və texnologiyaya həvəsləndirmək, "Microsoft” şirkətinin peşəkar "Data Science” alətlərindən istifadə etməklə onlarda süni intellekt barədə praktik biliklər formalaşdırmaq olub.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanlı şagirdlər 23-cü Balkan Riyaziyyat Olimpiadasında

Azərbaycanlı şagirdlər 23-cü Balkan Riyaziyyat Olimpiadasında

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Daha bir beynəlxalq uğur

Daha bir beynəlxalq uğur

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

Təhsil naziri “Microsoft” korporasiyasının rəhbərləri ilə videokonfrans keçirib

Təhsil naziri “Microsoft” korporasiyasının rəhbərləri ilə videokonfrans keçirib

“Einstein” robotu - uşaqların məktəbəqədər təhsili üçün ...

“Einstein” robotu - uşaqların məktəbəqədər təhsili üçün ...

Məktəblilərimizin Asiya Pasifik İnformatika Olimpiadasındakı uğuru

Məktəblilərimizin Asiya Pasifik İnformatika Olimpiadasındakı uğuru

Təhsil Nazirliyindən universitetlərə təklif

Təhsil Nazirliyindən universitetlərə təklif

Azərbaycan məktəblilərindən yeni ildə ilk uğur

Azərbaycan məktəblilərindən yeni ildə ilk uğur

Qazaxıstanda uğur qazanan məktəblilər Vətənə qayıdıblar

Qazaxıstanda uğur qazanan məktəblilər Vətənə qayıdıblar

Azərbaycan məktəblilərindən növbəti uğur

Azərbaycan məktəblilərindən növbəti uğur

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək

Nazir "Microsoft" korporasiyası və "CİSCO Systems" şirkətinin rəhbərləri ilə təhsil sistemində innovasiyaları müzakirə edib

Nazir "Microsoft" korporasiyası və "CİSCO Systems" şirkətinin rəhbərləri ilə təhsil sistemində innovasiyaları müzakirə edib

Azərbaycanlı məktəblilərin beynəlxalq olimpiadada uğurları

Azərbaycanlı məktəblilərin beynəlxalq olimpiadada uğurları

“Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı

“Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

Təhsil robotlarının tətbiq olunduğu məktəbə mediatur

Təhsil robotlarının tətbiq olunduğu məktəbə mediatur

Ali və orta ixtisas təhsili müəssisələri üçün “Microsoft Teams” platformasından pulsuz istifadə imkanı

Ali və orta ixtisas təhsili müəssisələri üçün “Microsoft Teams” platformasından pulsuz istifadə imkanı

Məktəblilərimiz İstanbulda keçirilən beynəlxalq tədbirdə uğur qazanıblar

Məktəblilərimiz İstanbulda keçirilən beynəlxalq tədbirdə uğur qazanıblar

Məktəbli qızlarımız Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında

Məktəbli qızlarımız Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında

“Virtual məktəb” layihəsi üzrə təlimat

“Virtual məktəb” layihəsi üzrə təlimat

Riyaziyyat Olimpiadasından ilk medal

Riyaziyyat Olimpiadasından ilk medal

“Təhlükəsiz internet” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Təhlükəsiz internet” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...