Xəbərlər
04 dekabr 2020
1 659


15 günlük qapanma və SMS icazə sistemi ilə bağlı AÇIQLAMA

15 günlük qapanma və SMS icazə sistemi ilə bağlı AÇIQLAMA

 

Dünyada və Azərbaycanda son günlər koronavirusa yoluxanların sayı heç də ürəkaçan deyil. Operativ Qərargahın sonuncu brifinqində bildirilib ki, yoluxma sayı artmaqda davam edərsə, 2 həftəlik sərtləşməyə gediləcək. Azərbaycanda bu həftədən "SMS icazə" sistemi tədbiq edilə bilərmi?

Bununla bağlı fikirlərini Sonxeber.az-la bölüşən deputat Müşfiq Cəfərov bildirib ki, brifinqdə sərt karantin rejimi ilə bağlı fikirlər səsləndirilsə də, bunun iqtisadi tərəflərini düşünmək lazımdır:

"Sərtləşməyə gedildiyi halda gərək dövlət hesablamalar aparsın. Əvvəlki kimi "SMS icazə" və iş yerlərinin bağlanması olduqda, bunun iqtisadi məqamları var. Ona görə də gərək hər şey ölçülsün və dəqiqləşdirilsin. Amma istənilən halda rəqəmlər ürəkaçan deyil. Yoluxma sayının artmasının səbəbkarı əsasən hələ də bu xəstəliyin ciddiliyini dərk etməyən insanlardır.

Düzdür, karantin rejimi və maskalarla bağlı qaydalar sərtləşdirilib. Təkrar-təkrar maarifləndirici işlər görülür. Amma qaydalara əməl etməyən insanlar qalmaqdadır. Ona görə də yoluxma ilə bağlı vəziyyət bu səviyyəyə çatıb. İnsanlar hətta qapalı yerlərdə də əsasən burundan aşağı maskadan istifadə edirlər. Ona görə də maskalarla bağlı qaydalar daha da sərtləşdirilməlidir. Mütləq şəkildə maskalar burundan aşağı istifadə edilməməlidir.

15 günlük qapanmaya gəldikdə isə, düşünürəm ki, bu qaydanın iqtisadi tərəfi analiz edilməlidir. Bundan sonra 15 günlük qapanma ilə bağlı qərar verilə bilər. Əlbəttə, bu, dövlətimiz və insanlarımız üçün arzuolunan deyil. Hər kəs maksimum dərəcədə diqqətli və məsuliyyətli olmalıdır".

Deputat vurğulayıb ki, bayram şənliklərində insanlar kütləvi şəkildə bir araya toplaşır:

"44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə sevincinin qeyd edilməsi də yoluxmanın artmasına səbəb oldu. Bu, bizim 28-30 il gözlədiyimiz zəfər idi. Ona görə də arzuladığımız formada yaşadıq. Bundan əlavə, şəhidlərimizin dəfn mərasimlərində də kütləvi toplaşmalar oldu. Hesab edirəm ki, buna görə də bayram günlərində insanların kütləvi toplaşmasına icazə vermək olmaz. Çünki kütləvi toplaşmalar bu kimi fəsadlara səbəb olur".
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur? - AÇIQLAMA

Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur? - AÇIQLAMA

Karantin rejimi ləğv edilə bilərmi? - AÇIQLAMA

Karantin rejimi ləğv edilə bilərmi? - AÇIQLAMA

İkinci dalğa daha yüngül formada baş verəcək - Professordan AÇIQLAMA

İkinci dalğa daha yüngül formada baş verəcək - Professordan AÇIQLAMA

Vasif İsmayıl: Əminliklə bildirirəm ki, virus haradasa bir il belə davam edəcək

Vasif İsmayıl: Əminliklə bildirirəm ki, virus haradasa bir il belə davam edəcək

"Sərtləşdirilmiş karantin rejimi bir neçə həftə də uzadıla bilər"

"Sərtləşdirilmiş karantin rejimi bir neçə həftə də uzadıla bilər"

Rayonlara gediş-gəliş bərpa olunur, məsafədən təhsilə üstünlük veriləcək

Rayonlara gediş-gəliş bərpa olunur, məsafədən təhsilə üstünlük veriləcək

Baş infeksionist: Yumşalma yalnız bu halda ola bilər

Baş infeksionist: Yumşalma yalnız bu halda ola bilər

İki həftəlik sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

İki həftəlik sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ

Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

İyulun 20-dən sonra karantin rejimi yumşaldıla bilər - AÇIQLAMA

İyulun 20-dən sonra karantin rejimi yumşaldıla bilər - AÇIQLAMA

Azərbaycanda karantin müddətinin uzadılması ilə bağlı OPERATİV QƏRARGAHDAN AÇIQLAMA

Azərbaycanda karantin müddətinin uzadılması ilə bağlı OPERATİV QƏRARGAHDAN AÇIQLAMA

Adil Qeybulla: Yalnız bir yol var, vəssalam!

Adil Qeybulla: Yalnız bir yol var, vəssalam!

Azərbaycanda SMS-lə icazə LƏĞV EDİLDİ

Azərbaycanda SMS-lə icazə LƏĞV EDİLDİ

Nazirlər Kabineti XƏBƏRDARLIQ etdi - Yoluxma artır, qaydalar sərtləşdiriləcək!

Nazirlər Kabineti XƏBƏRDARLIQ etdi - Yoluxma artır, qaydalar sərtləşdiriləcək!

TƏBİB-dən açıqlama: Biz Azərbaycandakı indiki durumu epidemik prosesin sönməsi kimi qiymətləndiririk

TƏBİB-dən açıqlama: Biz Azərbaycandakı indiki durumu epidemik prosesin sönməsi kimi qiymətləndiririk

XƏBƏRDARLIQ: Yoluxanların sayı artır, karantin rejimi sərtləşə bilər

XƏBƏRDARLIQ: Yoluxanların sayı artır, karantin rejimi sərtləşə bilər

Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək

Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək

TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: Payıza qədər...

TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: Payıza qədər...

Bu həftənin 5-ci günü də sərt karantin rejimi ola bilər - TƏBİB-dən AÇIQLAMA

Bu həftənin 5-ci günü də sərt karantin rejimi ola bilər - TƏBİB-dən AÇIQLAMA

Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir - AÇIQLAMA

Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir - AÇIQLAMA

Şəhər və rayonlarda bütün direktor, müəllim, texniki işçilər işə çağırıla bilər

Şəhər və rayonlarda bütün direktor, müəllim, texniki işçilər işə çağırıla bilər

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır

Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır