AzTehsil.com


Xəbərlər
13 noyabr 2020
899


Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub



Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.

İclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, şuranın üzvləri, YT Parkın direktoru Vasif Abbasov, direktor müavinləri Zaur Nəhmətov və Zahir  Nəsibov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayandələri iştirak ediblər.

Akademik Rasim Əliquliyev əvvəlcə Azərbaycanın Şanlı Ordusunun Dağlıq Qarabağ müharibəsindəki parlaq qələbəsi, ərazi bütövlüyümüzün bərpa olunması münasibətilə hər kəsi təbrik edib, şəhidlərimizin xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib. Daha sonra iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb.

R.Əliquliyev Azərbaycanın iqtisadi prioritetləri və strateji maraqları nəzərə alınaraq tətbiqi tədqiqatların aparılması baxımdan önəmli rola malik olan YT Parkın qarşısına qoyulan vəzifələrdən bəhs edib. Parkın AMEA-nın elmi müəssisələrində kommersiyalaşdırılmağa hazır olan məhsulların istehsalı üçün geniş imkanlar təqdim edəcəyinə və ölkəmizdə biliklər iqtisadiyyatının formalaşmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Sonra YT Parkın  rezidenti olmaq üçün müraciət etmiş "Bakı Polimer İstehsalat” MMC-nin nümayəndəsi Cavid Hüseynov təmsil etdiyi müəssisənin 5 ildən çoxdur ki, Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışında aparıcı şirkətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, "Bakı Polimer İstehsalat” MMC-nin əsas məqsədi bazara keyfiyyətli və yerli istehsala əsaslanan məhsulun çıxarılmasıdır.

Onun sözlərinə görə, müəssisə tərəfindən istehsal olunan məhsullara qida və qeyri-qida məhsullarının, daşınan malların, ağır inşaat-tikinti məmulatlarının qablaşdırılması və bağlanmasında istifadə olunan müxtəlif növ streç filmlər aiddir. Streç filmlər məhsul və istehsal texnologiyası innovasiya yönümlü olduğundan bütün sənaye, xidmət sahələrində və məişətdə əhali tərəfindən qablaşdırmada istifadə edilə bilər.

C.Hüseynov qeyd edib ki, potensial alıcılar şəbəkəsinə malik şirkət indiyədək məhsullarını MDB dövlətlərindən idxal edirdi. Respublikada sahibkarlığa yaradılan əlverişli mühit, istehsalçılara verilən dəstəyi nəzərə alaraq, müəssisə özü streç filmləri istehsal etmək niyyətindədir: "Bu məqsədlə "AMEA Yüksək Texnologiyalar Parkında innovasiya xarakterli, ixrac və rəqabət qabiliyyətli çürüyən və çürüməyən streç film istehsalı üzrə ixtisaslaşmış kompleksin yaradılması üzrə” investisiya layihəsi əsasında YT Parkda yaradılması nəzərdə tutulan zavod Qafqaz coğrafiyasında 5 qat PE streç filmləri istehsal edən yeganə istehsalçı olacaq”.

İclasda iştirak edən elm adamları müzakirə olunan məsələ ətrafında rəy və təkliflərlə çıxış ediblər.

Sonda Ekspertlər Şurası üzvlərinin çoxsaylı sualları cavablandırılıb.

İclasda "Bakı Polimer İstehsalat” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusunun verilməsi qərara alınıb.

 



Загрузка...
Həmçinin oxuyun:
Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

AMEA-da struktur və kadr dəyişikliyi edilib

AMEA-da struktur və kadr dəyişikliyi edilib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Neft-Kimya Prosesləri İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi

Neft-Kimya Prosesləri İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi

Təhsil Nazirliyinin STEAM layihəsi 3D printerlərlə “üz sipəri” istehsal edəcək

Təhsil Nazirliyinin STEAM layihəsi 3D printerlərlə “üz sipəri” istehsal edəcək

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

İnnovasiya ekosistemi və ali təhsil

İnnovasiya ekosistemi və ali təhsil

Misir Mərdanov AMEA-nın elmi jurnalları ilə bağlı təəccübləndirici statistikanı açıqladı

Misir Mərdanov AMEA-nın elmi jurnalları ilə bağlı təəccübləndirici statistikanı açıqladı

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

Direktor vəzifəsini tutmaq istəyənlərin adları açıqlandı– SİYAHI

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib

AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib