Xəbərlər / Valideyn / Müəllim
02 sentyabr 2020
6 856

Təhsil nazirindən məktəbəhazırlıq qrupları ilə bağlı QƏRAR

Təhsil naziri Emin Əmrullayev dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2020-2021-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair qeydləri təsdiq edib.

Nazirin əmrində məqsəd təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.

Qaydalarda qeyd olunub ki, dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər.

Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

- qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

- şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün -  ən azı 15 uşaq.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Məktəbəhazırlıq qrupların məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

Məktəbəhazırlıq qrupları həftədə 4 gün keçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırığı nəzərdə tutulmur. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.

 Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimləri tərəfindən aparılır.

 Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür:

 - I yarımil: 1 oktyabr-26 yanvar;
- II yarımil: 1 fevral-31 may.

 Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

 - 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar);

- 5 gün əlavə tətil (1-5 may).

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyeva həvalə edilib. modern.az 
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə dörd gün keçiriləcək

Məktəbəhazırlıq bu qaydalarla həyata keçiriləcək..Nazir əmr imzalayıb

Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin sayı açıqlanıb - SİYAHI

Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

2018-2019-cu tədris ili üçün tətil günləri açıqlanıb

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Bu gündən məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı  açıqlandı.

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Məktəblərdə tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək

Məktəbəhazırlıq qruplarına nə qədər uşaq cəlb olunub

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Valideynlər sabahdan etibarən sənədləri məktəbə təqdim edə bilərlər

Məktəbəhazırlıq qrupları üçün 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planı

Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçirilir

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Valideynlərin nəzərinə: 5 yaşı bu aya kimi tamam olmayanlar məktəbəhazırlıqda oxuya bilərlər

Məktəbəhazırlıq qruplarında ilk açıq məşğələ keçirilib

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb