Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə dörd gün keçiriləcək
Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək. Birinci yarımil oktyabrın 1-dən yanvarın 26-dək, ikinci yarım il isə fevralın 1-dən mayın 31-dəkdir.
5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), 5 gün əlavə tətil (1-5 may) olacaq. Məşğələlərin müddəti həftədə 4 gün olmaqla (12 məşğələ) müəyyən olunur:
- Bir gün ərzində 3 məşğələ;
- Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə;
-Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.