![Məktəbəhazırlıq qruplarında açıq məşğələ keçirilib Məktəbəhazırlıq qruplarında açıq məşğələ keçirilib](/uploads/posts/2017-04/thumbs/1492694819_hhh.jpg)
Aprelin 20-də Həsənsu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Nəmidə Məhərrəmova tərəfindən məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq fənnindən "İlin fəsilləri ” mövzusunda açıq məşğələ keçirilib.
![Məktəbəhazırlıq qruplarında açıq məşğələ keçirilib Məktəbəhazırlıq qruplarında açıq məşğələ keçirilib](/uploads/posts/2017-04/thumbs/1492694835_18051521_299185383844269_1649042035_n.jpg)
Məşğələdə Rayon Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti, direktor müavinləri və müəllimlər müşahidəçi qismində iştirak ediblər.
![Məktəbəhazırlıq qruplarında açıq məşğələ keçirilib Məktəbəhazırlıq qruplarında açıq məşğələ keçirilib](/uploads/posts/2017-04/thumbs/1492694846_18052550_299185493844258_1652182731_n.jpg)
Beşyaşlılar ilin fəsillərini sadalayıb, fəsillərin əlamətlərini söyləyib, bir fəsli digər fəsillərdən fərqləndirməyi bacarıblar, fərdi şəkildə onlara ünvanlanan sualları cavablandırırdılar. Eyni zamanda fəsillərə aid şeirlər danışıb, mahnılar oxuyub, tapmacalar söyləyiblər.
![Məktəbəhazırlıq qruplarında açıq məşğələ keçirilib Məktəbəhazırlıq qruplarında açıq məşğələ keçirilib](/uploads/posts/2017-04/thumbs/1492694800_18052720_299185470510927_919863692_n.jpg)
Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)