AzTehsil.com


Xəbərlər
26 avqust 2019
2 060


Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır



 

Avqustun 26-da Təhsil Nazirliyində məktəbəhazırlıq qruplarına sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

Aztehsil.com xəbər verir ki, konfransda Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev bildirib ki, bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçiriləcək.

Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edəcək.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu avqustun 26-dan başlayaraq sentyabrın 25-dək davam edəcək.

Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva qeyd edib ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarına təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan və bu il 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir.

İlhamə Abdullayeva deyib ki, məktəbəhazırlıq qruplarında məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin tədris ilində IV sinifdə dərs deyəcək və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur.

Mətbuat konfransında bildirilib ki, bu qruplarda təhsil dövlət hesabına həyata keçirilir.

Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Tədbirdə o da bildirilib ki, valideynlər elektron ərizənin qeydiyyatı ilə əlaqədar yaranan suallara şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzləri, Apelyasiya Komissiyasına yaxınlaşmaqla, həmçinin, yerli təhsili idarəetmə qurumlarına və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt” xidməti, telefon:146-1) zəng etməklə aydınlıq gətirə bilərlər.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.



Загрузка...
Həmçinin oxuyun:
Məktəbəqədər hazırlıqlarda vəsaitlər pulsuzdur- Valideynlərin diqqətinə

Məktəbəqədər hazırlıqlarda vəsaitlər pulsuzdur- Valideynlərin diqqətinə

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb

Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin sayı açıqlanıb - SİYAHI

Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin sayı açıqlanıb - SİYAHI

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ

Məktəbəhazırlıq bu qaydalarla həyata keçiriləcək..Nazir əmr imzalayıb

Məktəbəhazırlıq bu qaydalarla həyata keçiriləcək..Nazir əmr imzalayıb

Bu gündən məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Bu gündən məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı  açıqlandı.

Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı.

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Övladı gələn il 1-ci sinifə gedəcək valideynlərin diqqətinə - VİDEO

Övladı gələn il 1-ci sinifə gedəcək valideynlərin diqqətinə - VİDEO

Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyə biləcəklər?

Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyə biləcəklər?

Köçkün məktəblərinə qəbul ilk dəfə elektron sistemlə aparılacaq

Köçkün məktəblərinə qəbul ilk dəfə elektron sistemlə aparılacaq

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

I sinfə qəbulla bağlı 45 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbulla bağlı 45 mindən çox sorğu yerləşdirilib

Təhsil İdarəsindən sənəd qəbulu ilə bağlı - YENİLİK

Təhsil İdarəsindən sənəd qəbulu ilə bağlı - YENİLİK

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır