Xəbərlər / Abituriyent
24 avqust 2020
1 775

DİM abituriyent və subbakalavrlara müraciət etdi

Dövlət İmtahan Mərkəzi qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyent və subbakalavrlara müraciət edib.

 DİM-dən  verilən məlumata görə, abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

Abituriyentlər və subbakalavrlar bu gündən etibarən tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin və bəzi ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında iştirak üçün qabiliyyət imtahanlarına buraxılış vərəqələrini çap edə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul üçün 20, 21, 22, 23, 24, 25, 27, 28, 29, 30, 31-ci, orta ixtisas təhsili müəssisələrinə qəbul üçün isə 16, 17, 33, 34, 35, 37, 54, 55-ci komissiyalar üzrə buraxılış vərəqələrini çap etmək mümkündür.

Abituriyentlər buraxılış vərəqələrini buradan çap edə bilərlər.

26 avqust 2020-ci il tarixindən başlayaraq tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanları keçiriləcək. Ona görə də kolleclərə qəbul olmaq üçün qabiliyyət imtahanı verəcək abituriyentlərə buraxılış vərəqələrini avqustun 26-dək çap etmələri tövsiyə olunur.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən "Teatr, kino və xoreoqrafiya sənəti” istiqamətinin 55-Xoreoqrafiya sənəti və 54-Rəqs müəllimliyi komissiyaları üzrə ifaçılıq fənni imtahanının məzmunu eynidir. Buna görə də abituriyentin ifaçılıq fənni üzrə bu iki komissiyanın hər hansı birində aldığı müsbət qiymət digər komissiyaya (həmin komissiya üzrə də qeydiyyatdan keçibsə) da şamil edilir.

54 və 55-ci komissiyaları (xoreoqrafiya və rəqs müəllimliyi) seçən abituriyentlər qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağ ciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli­ və özləri ilə rəqs paltarı gətirməlidirlər.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Qeydiyyat bu gün başa çatır!

Qeydiyyat bu gün başa çatır!

Qabiliyyət imtahanlarının tarixi açıqlandı

Dövlət İmtahan Mərkəzi abituriyentlərə daha bir müraciət etdi

Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat müddəti uzadılıb

Xüsusi qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başladı

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır

Qabiliyyət imtahanlarında iştirak avqustun 3-dək davam edəcək

Qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı davam edir

Memarlıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər elektron qeydiyyatdan keçməlidirlər

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

Qabiliyyət imtahanına qeydiyyat sabah başa çatır

İlin sonunadək keçiriləcək bütün imtahanların dəqiq tarixləri

Bu təhsil müəssisələrinə də tələbə qəbulu qaydaları dəyişdi

Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

Orta ixtisas müəssisələrinin boş qalan yerlərinə qəbul elan edilir

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

“Musiqi sənəti” istiqamətinin ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək

9-cu sinifdən orta ixtisas müəssisələrinə qəbul olmaq istəyənlərin nəzərinə...

Abituriyentlərin nəzərinə! – Buraxılış vərəqəsini çap edə bilərsiniz