AzTehsil.com


Xəbərlər / Abituriyent
19 avqust 2020
3 030


Azərbaycan Dövlət Pedaqoji Universitetində yenidənhazırlanma və təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir



 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq icazəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2020-2021-ci tədris ili üçün elan edilmiş Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, fizika müəllimliyi, kimya müəllimliyi, biologiya müəllimliyi, tarix müəllimliyi, coğrafiya müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, sosial iş ixtisasları üzrə yenidənhazırlanma təhsili üçün 110-a yaxın və təkrar ali təhsil üzrə üzrə 60-a yaxın şəxs sənədlərini artıq təqdim edib. Hazırda qəbul edilmiş sənədlərin təhlili və tədrisə hazırlıq prosesi gedir.

Ödənişli əsaslarla, əyani təhsilalma formasında həyata keçirilən hər iki təhsil forması üzrə müvafiq ixtisasda bakalavr və ona bərabər tutulan səviyyə üçün mövcud olan baza təhsil proqramlarındakı dinləyicinin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq (1 tədris ili (900 saat)) nəzərə alınmaqla aparılır. Yenidənhazırlanma təhsili üzrə 1 tədris ili müddətində təhsil alanlar üçün 1-ci semestrdə əsasən nəzəri və metodoloji dərslər tədris olunacaq, 2-ci semesterdə isə tələbələr təcrübəli metodistlərin rəhbərliyi ilə pedaqoji təcrübə keçəcəklər.Təkrar ali təhsil üzrə qəbul olunmuş tələbə II tədris ilinə qəbul olunur və lazım gələrsə, alt qruplarda fənni dinləyərək I tədris ilindəki akademik borcları da ödəyir.

ADPU-nun Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən hər iki təhsil forması üzrə sənəd qəbulu davam edir. Təhsil almaq istəyənlər pandemiya şəraiti ilə əlaqədar sənədləri onlayn şəkildə təqdim edirlər, sənədlərin özü isə tədris prosesi başlayandan sonra sözügedən şöbəyə təqdim ediləcək.

Hər iki təhsil forması üzrə təhsil almaq istəyən şəxslər ADPU-nun rektorunun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) surəti (bu ilin məzunları universiteti bitirmə haqqında arayış və transkript), işləyənlər üçün əmək kitabçasının surəti, sağlamlıq haqqında arayış, 3×4 sm ölçüdə fotoşəkil, şəxsiyyət vəsiqəsinin surətini, CV (anket) hər bir sənədi skaner edərək "pdf” formatına çevirərək onlayn şəkildə [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Bütün maraqlandıran suallarla bağlı göstərilən e-mail ünvanına və ya (+994) 0502104274 mobil nömrəsi (Whatsapp) vasitəsilə müraciət etmək olar.

Sənəd qəbulu başa çatdıqdan sonra sənəd vermiş şəxslərlə keçiriləcək müsahibəni uğurla keçdikdən sonra namizədlər müqavilə yolu ilə müraciət etdiyi ixtisas üzrə müvafiq olaraq dinləyici və tələbələr sırasına qəbul ediləcəklər. Qəbul olunmuş şəxslərlə universitetdə tələbələrlə işin məzmunu, tədrisin təşkili, daxili qaydalar və sair məsələrlə bağlı ilkin təqdimat aparılacaq, qəbul olunmuş şəxslərin sualları cavablandırılacaq. Qeyd etmək lazımdır ki, sənədlər onlayn qaydada ([email protected]) avqustun 25-dək hər gün vaxt məhdudiyyəti olmadan qəbul edilir.



Загрузка...
Həmçinin oxuyun:
GDU-dan ixtisasını dəyişmək və ikinci ali təhsil almaq istəyənlər üçün fürsət...

GDU-dan ixtisasını dəyişmək və ikinci ali təhsil almaq istəyənlər üçün fürsət...

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Təhsil Nazirliyi bu  şöbəyə müdir vəzifəsinə işçi axtarır - Maaş 980 manat

Təhsil Nazirliyi bu şöbəyə müdir vəzifəsinə işçi axtarır - Maaş 980 manat

NMİ-də tələbə qəbul planı yerləri artırılıb

NMİ-də tələbə qəbul planı yerləri artırılıb

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Magistraturaya sənəd qəbulu onlayn aparılacaq – SİYAHI

Magistraturaya sənəd qəbulu onlayn aparılacaq – SİYAHI

Kamran Əsədov: Müsabiqədən kənar qəbul olmaq istəyən kollec məzunları bəzi ixtisasları seçə bilməyəcək

Kamran Əsədov: Müsabiqədən kənar qəbul olmaq istəyən kollec məzunları bəzi ixtisasları seçə bilməyəcək

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt

Təhsil Nazirliyi bu  şöbəyə müdir vəzifəsinə işçi axtarır - Maaş 980 manat

Təhsil Nazirliyi bu şöbəyə müdir vəzifəsinə işçi axtarır - Maaş 980 manat

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

Bu ixtisasların keçid balları aşağı düşəcək – “Pulsuz”u istəyənlərə şad xəbər

Bu ixtisasların keçid balları aşağı düşəcək – “Pulsuz”u istəyənlərə şad xəbər

ADU-da abituriyentlərin sənəd qəbuluna könüllü tələbələr kömək edirlər

ADU-da abituriyentlərin sənəd qəbuluna könüllü tələbələr kömək edirlər

IV qrup üzrə ötənilki keçid balları – Minumum 150, maksimum 671 bal

IV qrup üzrə ötənilki keçid balları – Minumum 150, maksimum 671 bal

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

MDU-da magistrlik dissertasiyalarının müdafiəsi başa çatıb

MDU-da magistrlik dissertasiyalarının müdafiəsi başa çatıb

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Texniki Universiteti magistrantların qeydiyyatı ilə bağlı ilkə imza atdı

Azərbaycan Texniki Universiteti magistrantların qeydiyyatı ilə bağlı ilkə imza atdı

MDU-da magistrlik dissertasiyalarının müdafiəsi başlayıb

MDU-da magistrlik dissertasiyalarının müdafiəsi başlayıb

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Ali təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

Ali təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.

Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edir

Bu sənədləri təqdim etməmək təhsildən imtina kimi qiymətləndiriləcək

Bu sənədləri təqdim etməmək təhsildən imtina kimi qiymətləndiriləcək