Xəbərlər
05 avqust 2020

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib

 

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə ümumi müsahibə elan edilib.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 5 avqust 2020-ci il tarixindən 3 sentyabr 2020-ci il saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

2020-ci il 05 avqust tarixində 7 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilmişdir. Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 8-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 12-si B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Vahid informasiya sistemi şöbəsində şöbə müdirinin müavini vəzifəsidir. Ümumilikdə 20 vəzifə, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyində 10, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 4, Sumqayıt İnzibati Məhkəməsində 2, Maliyyə Nazirliyində 1, Hesablama Palatasında 1, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1 və Gəncə Hərbi Məhkəməsində 1 vakant vəzifə ümumi müsahibə elanına çıxarılmışdır.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər "Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 5 avqust 2020-ci il tarixindən 3 sentyabr 2020-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə, müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək üçün dövlət qulluğu vəzifələri üzrə müsahibələr onlayn qaydada təşkil edilir. Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulurlar.

5 avqust 2020-ci il tarixində elan edilmiş ümumi müsahibələrdə qeydiyyatdan keçmiş namizədlər, qeydiyyatdan keçdikdən sonra 3 sentyabr 2020-ci il saat 18:00-dək Mərkəzin internet portalından https://eservices.dim.gov.az/dqq/Elan/OnlineMsh linkinə daxil olmaqla müsahibələrin təşkili üçün DİM-in onlara uyğun olan müvafiq regional bölməsini seçməlidirlər. Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcəkdir. Müsahibələrin keçirilmə qrafiki 5 gün əvvəl Mərkəzin internet portalında yerləşdiriləcək.




Загрузка...
loading...

Həmçinin oxuyun:
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı

Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı

DİM-dən dövlət qulluğuna müsahibələrdə iştirak edəcək namizədlərə MÜRACİƏT

DİM-dən dövlət qulluğuna müsahibələrdə iştirak edəcək namizədlərə MÜRACİƏT

Dövlət qulluğuna müsahibələr onlayn təşkil olunacaq

Dövlət qulluğuna müsahibələr onlayn təşkil olunacaq

Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

Vakant vəzifələr üzrə ümumi müsahibədə iştirak etmək üçün 90-dək namizədin müraciəti qeydə alınıb

Vakant vəzifələr üzrə ümumi müsahibədə iştirak etmək üçün 90-dək namizədin müraciəti qeydə alınıb

Vakant vəzifələri tutmaq üçün 52 nəfər ərizə verib

Vakant vəzifələri tutmaq üçün 52 nəfər ərizə verib

Dövlət qulluğu vəzifələrinin A (inzibati rəhbər) və B (inzibati-icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Dövlət qulluğu vəzifələrinin A (inzibati rəhbər) və B (inzibati-icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Dövlət qulluğuna ümumi müsahibələr 17-18 mayda keçiriləcək

Dövlət qulluğuna ümumi müsahibələr 17-18 mayda keçiriləcək

Dövlət qulluğuna qəbul üzrə müsahibə elan olunub

Dövlət qulluğuna qəbul üzrə müsahibə elan olunub

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi elan edilib

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi elan edilib

Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ

Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ

7 dövlət orqanında 24 vakant vəzifə üçün müsahibə elan edildi

7 dövlət orqanında 24 vakant vəzifə üçün müsahibə elan edildi

Dövlət qulluğuna qəbul üçün daha 334 vakant yerə müsabiqə elan edildi

Dövlət qulluğuna qəbul üçün daha 334 vakant yerə müsabiqə elan edildi

Dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edilib

Dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edilib

Dövlət orqanında işləmək istəyənlərə - YENİ İMKAN

Dövlət orqanında işləmək istəyənlərə - YENİ İMKAN

DİM dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edib

DİM dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edib

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - Bu vəzifələri seçə biləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - Bu vəzifələri seçə biləcək

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

DİM müsahibə vaxtını açıqladı

DİM müsahibə vaxtını açıqladı

Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək

Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer

Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer