AzTehsil.com


Xəbərlər
31 iyul 2020
1 465


Rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir



 

İyul ayının əvvəlindən etibarən "Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində müəllim və şagirdlər üçün hər həftə rəqəmsal bacarıqların inkişafı üzrə interaktiv vebinarlar təşkil olunur.  

Təhsil Nazirliyi və beynəlxalq "Alqoritmika” şirkəti ilə birgə "Virtual məktəbdə” təşkil olunan vebinarların məqsədi iştirakçıların İT bacarıqlarını inkişaf etdirmək, eyni zamanda şagirdlərin asudə vaxtlarını səmərəli şəkildə keçirmələrinə nail olmaqdır.

Vebinarlar barədə daha ətraflı məlumat əldə etmək məqsədilə həm təşkilatçılar, həm də iştirakçılar ilə ünsiyyətdə olduq.

"Rəqəmsal Bacarıqlar” layihəsinin rəhbəri Nilüfər Rəhimovanın sözlərinə əsasən bu günə qədər ümumilikdə 5216 iştirakçının qatıldığı 5 vebinar keçirilib:  "Qeyd edək ki, bu təşəbbüsün əsas üstünlüklərindən biri,  keçiriləcək vebinarlar haqqında qabaqcadan sosial media səhifələrində elan yerləşdirilməsidir. Beləliklə, maraqlı olan hər kəs bu vebinarlarda iştirak edə bilir. Qeyd olunmuş tarixdə və vaxtda təqdim olunan linkə keçid edərək, onlayn vebinarlarda iştirak etmək mümkündür. Bu vebinarlar məktəblilər üçün maraqlı və interaktiv dərslərin təşkili baxımından çox vacibdir. Buna görə də onları yalnız "İnformatika” müəllimləri deyil, digər fənlərin müəllimləri də izləyir. Belə ki, vebinarlarda əldə olunan bilikləri, təkcə bir fənn üzrə deyil, müxtəlif fənlərin tədrisində tətbiq etmək mümkündür.

Nilüfər xanımın dediyinə görə, şagirdlərin vebinarlara göstərdikləri maraq və aktivlik ürəkaçandır. Mövzular bütün yaş qrupunda olan məktəblilər üçün nəzərdə tutulub.  Belə hesab edirik ki, indiki dövrdə hər kəs İKT-nin əsaslarını bilməlidir. İnformasiya texnologiyaları həyatımızın ayrılmaz hissəsidir və bu bacarıqları erkən yaşlardan başlayaraq şagirdlərə aşılamaq borcumuzdur. Bu cür vebinarların, məhz tətil günlərində keçirilməsi isə məktəblilərə biliklərini artırmağa, onların asudə vaxtlarını səmərəli və dəyərli keçirmələrinə imkan verəcəkdir.”

Növbəti həmsöhbətimiz, vebinarlardan birinin iştirakçısı, Bakı Avropa Liseyinin "İnformatika” müəllimi Şəfəq Ələkbərovadır. O da təsdiq edir ki, istənilən fənn üzrə müəllimlərin bu vebinarlarda iştirakı vacibdir: "Bu layihənin təşəbbüsünü uğurlu hesab edirəm, çünki mövcud pandemiya şəraitində müasir dövrə uyğun bilik və bacarıqların artırılması çox faydalıdır. Bütün vebinarlar müəyyən bir mövzunu əhatə edir və elanlar əvvəlcədən layihənin sosial media səhifələrində yerləşdirilir. Bu da o deməkdir ki, iştirak etmək istəyən hər kəs özünün xüsusi maraq göstərdiyi bir mövzunu seçə bilir.”

Öz növbəsində 7 nömrəli məktəbin 5-ci sinif şagirdi Kənan Məmmədli də vebinarlarda böyük maraqla iştirak etdiyini bildirir: "Məktəbimizdə "Rəqəmsal Bacarıqlar” layihəsi yoxdur, buna görə də layihənin üzvü olmamağıma baxmayaraq, vebinarlarda pulsuz iştirak edə biləcəyimi öyrənəndə çox sevinmişdim. Mən bunu unikal bir fürsət hesab edirəm, çünki məktəbimizdə tədris olunmayan çox sayda faydalı məlumat əldə etdim. Buna görə də çox istərdim ki, bu layihə bizim məktəbdə də təşkil olunsun. Çünki gələcək məhz informasiya texnologiyaları ilə bağlıdır. Hansı peşəni seçsəm də, əldə etdiyim İKT bacarıqları mənə hər zaman lazım olacaq. Buna görə də bütün sinif yoldaşlarım və dostlarıma tövsiyə edirəm ki, vebinarlarda mütləq iştirak etsinlər.”



Загрузка...
Həmçinin oxuyun:
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənninin onlayn tədrisi davam edir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənninin onlayn tədrisi davam edir

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

“Virtual məktəb”də rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir

“Virtual məktəb”də rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika üzrə videodərslər

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika üzrə videodərslər

“Rəqəmsal təhsil” mövzusunda dəyirmi masa keçirilib

“Rəqəmsal təhsil” mövzusunda dəyirmi masa keçirilib

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

“Rəqəmsal bacarıqlar” layihəsi “Virtual məktəb”də

“Rəqəmsal bacarıqlar” layihəsi “Virtual məktəb”də

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatəsi genişləndirilir

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatəsi genişləndirilir

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

“Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən müəllimlərin fəaliyyəti yoxlanılacaq

“Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən müəllimlərin fəaliyyəti yoxlanılacaq

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində işlər davam etdirilir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində işlər davam etdirilir

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

Bakının 8 məktəbində YENİLİK

Bakının 8 məktəbində YENİLİK

“Rəqəmsal bacarıqlar” layihəsi

“Rəqəmsal bacarıqlar” layihəsi

Şamaxıda “Kod saatı” keçiriləcək

Şamaxıda “Kod saatı” keçiriləcək

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

“Kod saatı”nın növbəti mərhələsi keçirilib

“Kod saatı”nın növbəti mərhələsi keçirilib

“Kod saatı”nın ikinci mərhələsi keçirilib

“Kod saatı”nın ikinci mərhələsi keçirilib

"Kod saatı"nın birinci mərhələsi keçirilib

"Kod saatı"nın birinci mərhələsi keçirilib

“Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı

“Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı