AzTehsil.com


Xəbərlər
30 iyul 2020
1 264


UNEC tələbəsinin startapı ölkə üzrə qalib olub



 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council” tərəfindən keçirilən "Creative Spark” müsabiqəsində ölkə çempionu olub.

Onlayn keçirilən yarışda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin "Biznesin idarəolunması” ixtisası üzrə 3-cü kurs tələbəsi Məhəmməd Kekalovun "Kekalove adaptive fashion” biznes ideyası həm ölkə (Country champion), həm də "Sosial təsir” kateqoriyası üzrə qalib olub.

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynanın təmisl olunduğu biznes yarışının məqsədi Birləşmiş Krallıq da daxil olmaqla, 7 ölkədə sahibkarlıq təhsilini dəstəkləyəcək tərəfdaşlıqların qurulması, biznes mərkəzlərinin yaradılması, o cümlədən gənclər üçün ingilis dili və sahibkarlıq mövzusuna aid təlimlərin keçirilməsidir.

Layihənin tərkib hissəsi olan "Big idea” video yarışında iştirak edən 7 ölkənin ali təhsil müəssisələri tərəfindən 3 kateqoriya üzrə "Rəqəmsal texnologiya” (Digital technology), "Sosial təsir (Social impact) və "Yaradıcı” (Creative) videolar təqdim olunub.
 

UNEC tələbəsinin startapı ölkə üzrə qalib olub

 

UNEC tələbəsinin "Kekalove adaptive fashion” biznes startapı müsabiqədə "Sosial təsir” kateqoriyasında iştirak edib. Biznes startap əngəlli şəxslərin fiziki məhdudiyyətlərini nəzərə alan xüsusi geyimlər dizayn və istehsal edir. Layihəyə əsasən, əngəlli şəxslərin geyim seçimləri ilə bağlı öncədən sorğu təşkil olunur. Sonra isə onların əngəllərinə uyğunlaşdırılmış adaptiv geyimlər hazırlayır. Dünyada 1 milyarddan çox əngəlli şəxs var ki, onların 190 milyona yaxını gündəlik həyatda geyimlə bağlı ciddi çətinliklərlə üzləşir. UNEC tələbəsinin startapı da məhz bu problemin həllinə yönəlib.

Yarışın növbəti mərhələsində M.Kekalov Azərbaycanı beynəlxalq arenada təmsil edəcək.

Məhəmməd Kekalov biznes ideyasının inkişaf etdirilməsində ISE Start-up Klubunun keçirdiyi təlimlərin çox böyük rol oynadığını və ideyanın reallaşdırılmasında müəllimlərinin ona dəstək göstərdiyini bildirib.



Загрузка...
Həmçinin oxuyun:
UNEC-də 3 yeni ixtisas üzrə qəbul aparılacaq

UNEC-də 3 yeni ixtisas üzrə qəbul aparılacaq

UNEC-in 9-cu ikili diplom proqramı

UNEC-in 9-cu ikili diplom proqramı

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

700 bal toplayan abituriyentlər UNEC-də

700 bal toplayan abituriyentlər UNEC-də

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

Nazir İqtisad Universitetinə yeni prorektor təyin etdi

Nazir İqtisad Universitetinə yeni prorektor təyin etdi

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

UNEC tələbəsi dünyada ən yüksək nəticəni əldə edib

UNEC tələbəsi dünyada ən yüksək nəticəni əldə edib

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə

BANM-ın tələbələri Azərbaycanı beynəlxalq müsabiqədə  təmsil edəcək

BANM-ın tələbələri Azərbaycanı beynəlxalq müsabiqədə təmsil edəcək

UNEC tələbələrindən xeyriyyə aksiyası

UNEC tələbələrindən xeyriyyə aksiyası

İkinci ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayanlar “UNEC-i tanı” layihəsində

İkinci ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayanlar “UNEC-i tanı” layihəsində

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

UNEC-də 5 ixtisas qrupu üzrə tələbə qəbulu

UNEC-də 5 ixtisas qrupu üzrə tələbə qəbulu

UNEC müəllimlərinin məqaləsi beynəlxalq jurnalda

UNEC müəllimlərinin məqaləsi beynəlxalq jurnalda

UNEC-in gənc müəllimlərinin uğuru

UNEC-in gənc müəllimlərinin uğuru

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

Fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkası keçiriləcək

Fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkası keçiriləcək

Qalib tələbələrə 10 min manat mükafat verildi

Qalib tələbələrə 10 min manat mükafat verildi

Tələbələr “Creative Spark” proqramı çərçivəsində onlayn dərslərdə iştirak ediblər

Tələbələr “Creative Spark” proqramı çərçivəsində onlayn dərslərdə iştirak ediblər

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!”

UNEC tələbələrindən Prezidentin çağırışına dəstək: “Biz birlikdə güclüyük!”

Təhsil sərgisinin ən orijinal stendi

Təhsil sərgisinin ən orijinal stendi