Xəbərlər
01 iyun 2020
1 173


UNEC-də 5 ixtisas qrupu üzrə tələbə qəbulu

UNEC-də 5 ixtisas qrupu üzrə tələbə qəbulu

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2020/2021-ci tədris ilində 5 ixtisas qrupu üzrə tələbə qəbulu aparılacaq. Bu tədris ilində bakalavr pilləsi üzrə I və II ixtisas qruplarında yeni ixtisaslar açılıb.

Texniki və texnoloji ixtisaslar üzrə 3000 tələbə üçün nəzərdə tutulan, 12 ən müasir laboratoriya, auditoriya, mühazirə və linqafon otaqları, yeməkxana, idman zalı, kitabxana, konfrans zalları ilə təchiz edilən, modern memarlıq elementləri ilə zəngin kampus da yeni tədris ilindən istifadəyə veriləcək.

UNEC mətbuat üçün açıqlamasında ali məktəbin üstünlüklərini sadalayıb.

Bildirilib ki, universitetdə  tədris 4 dildə - Azərbaycan, türk, rus və ingilis dillərində aparılır. UNEC  600-dən yüksək bal toplayan abituriyent və beynəlxalq olimpiada qaliblərinə 100 manat məbləğində xüsusi təqaüd verir. Semestr ərzində imtahanlarda ən yüksək nəticə göstərən hər kurs üzrə 15 tələbə 100 manat məbləğində ikinci əlaçı təqaüdü qazanır.

Bundan başqa, Avropanın aparıcı universitetlərinin diplomuna UNEC-də sahib olmaq mümkündür. Tələbələr 4 il ərzində UNEC-lə yanaşı, Fransanın Montpelyer Universiteti, Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbinin, London Universiteti/London İqtisadiyyat Məktəbinin diplomunu əldə edə bilirlər. Tələbələr "Erasmus+” və "Mövlana” beynəlxalq proqramları çərçivəsində Avropa və Türkiyənin nüfuzlu universitetlərində mübadilədə iştirak edirlər. UNEC tələbələri innovativ və operativ xidmət olan "Bir pəncərə” sistemi vasitəsilə lazım olan arayışları onlayn şəkildə əldə edirlər.

Qeyd olunub ki, UNEC-də tədris Amerika, Kanada və Qərbi Avropanın ən nüfuzlu universitetlərinin məzunları olan gənc müəllimlər tərəfindən aparılır. "Elektron Universitet” modeli vasitəsilə tələbələr mühazirə, dərs materialları, dərs cədvəli, imtahan balı, dərsə davamiyyət barədə məlumatları şəxsi elektron kabinetindən əldə edirlər. UNEC innovativ biznes inkubatoru tələbələrə kreativ ideyalarını şəxsi bizneslərinə çevirməyə dəstək olur. Ali məktəbdə fəaliyyət göstərən 24/7 kitabxana tələbələrə dərs və imtahanlara rahatlıqla hazırlaşmağa və dünyanın aparıcı universitetlərinin elektron kitabxana bazalarına daxil olmağa imkan verir. Bütün tədris binalarında oxu zalları və kitabxanalar yenilənərək tələbələrin istifadəsinə verilib. UNEC Yaradıcılıq Mərkəzi tələbələrə yaradıcılıq potensiallarını inkişaf etdirmək şansı yaradır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

İkinci ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayanlar “UNEC-i tanı” layihəsində

İkinci ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayanlar “UNEC-i tanı” layihəsində

700 bal toplayan abituriyentlər UNEC-də

700 bal toplayan abituriyentlər UNEC-də

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

UNEC-in 9-cu ikili diplom proqramı

UNEC-in 9-cu ikili diplom proqramı

UNEC-də 3 yeni ixtisas üzrə qəbul aparılacaq

UNEC-də 3 yeni ixtisas üzrə qəbul aparılacaq

Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

Nazir İqtisad Universitetinə yeni prorektor təyin etdi

Nazir İqtisad Universitetinə yeni prorektor təyin etdi

İqtisad Universitetində “Bir günlük tələbə” olmaq istəyənlərin sayı artır

İqtisad Universitetində “Bir günlük tələbə” olmaq istəyənlərin sayı artır

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

Xaricdə təhsilini yarımçıq qoyan azərbaycanlı tələbələrə UNEC-dən təklif

Xaricdə təhsilini yarımçıq qoyan azərbaycanlı tələbələrə UNEC-dən təklif

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

UNEC-də növbəti yenilik

UNEC-də növbəti yenilik

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

UNEC-də distant dərslərin evdən tədrisinin statistikası

UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

UNEC tələbələrindən nümunəvi addım

UNEC tələbələrindən nümunəvi addım

UNEC-in gənc müəllimlərinin uğuru

UNEC-in gənc müəllimlərinin uğuru

UNEC uniRank dünya universitetlərinin reytinqində birinci olub

UNEC uniRank dünya universitetlərinin reytinqində birinci olub