AzTehsil.com


Xəbərlər
06 iyul 2020
1 152


Amerikalı müəllimlər məktəbə qayıtmaqdan qorxur



Amerikalı müəllimlər məktəbə qayıtmaqdan qorxur

 

Amerika kollecləri və universitetlərinin  minlərlə müəllimi öz təhsil müəssisələrinin administrasiyasına xəbər veriblər ki, onlar  koronavirus pandemiyası şəraitində dərs məşğələlərini bərpa etməyə və mühazirələr oxumağa hazır deyillər.

Pensilvaniya Dövlət Universitetində minə yaxın müəllim onların  "mühazirə oxumaq və görüşlər keçirmək haqqında qərarın qəbul edilməsi" hüququnu təsdiq etmək tələbi ilə bu təhsil müəssisəsinin rəhbərliyinə açıq məktub ünvanlayıb.   "Nyu York Times" qəzetinin məlumatına əsasən,  müəllimlər tədrisin  məsafədən təqdim olunması  və öz sağlamlıq  vəziyyətlərinə dair məlumatların açıqlanmamasını da  tələb edirlər.

Qəzetin məlumatına görə, İllinoys Universitetində müəllimlər ali məktəbin administrasiyasına ünvanladıqları oxşar müraciətlərində qeyd ediblər ki, 50 min tələbədən koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan sanitariya qaydalarına ciddi riayət etməsini gözləmək qeyri-real olardı.  Corciya Dövlət Texnologiya Universitetində müəllimlərə "mühazirələrin məsafədən oxunması" hüququnun yalnız 65 yaşdan yuxarı heyət üzvlərinə və ya xroniki xəstəlikləri olan müəllimlərə verildiyi  bildirilir.

Qəzet yazır ki, bir sıra təhsil müəssisələrinin administrasiyalarında müəllimləri  əmin ediblər ki, yeni dərs ilinin başlanmasına qədər orada bütün lazımi ehtiyat tədbirləri görüləcək.  Universitet rəhbərliyində tələbələrin əksəriyyətinin və müəllimlərin böyük hissəsinin əyani təhsil formasına qayıtmaq istədiklərini də təsdiq ediblər.

Federal və yerli hakimiyyət orqanlarının məlumatlarında deyilir ki,  "koronavirus statistikasını" aparan Con Hopkins Universitetinin hesabatına  görə, ABŞ-da  yeni tipli koronavirus yoluxması ilə 2,74 milyondan çox hal aşkar edilib. Virusa yoluxmuş  128,7 mindən çox insan vəfat edib,  ölənlərin sayı Nyu- York ştatında  daha çox -32 064 nəfərdir. muallim.edu.az

 



Загрузка...
Həmçinin oxuyun:
Koronavirusun yeni forması uşaqların həyatı üçün təhlükə törədir

Koronavirusun yeni forması uşaqların həyatı üçün təhlükə törədir

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

BMU-da tədrisin məsafədən təşkili üzrə göstəricilər

Alimlər koronavirus kabusunun bitəcəyi tarixi açıqladı

Alimlər koronavirus kabusunun bitəcəyi tarixi açıqladı

Ali təhsildə hibrid yanaşma

Ali təhsildə hibrid yanaşma

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

“Müşahidəm odur ki, əksər tələbələr bu prosesdə həvəslə iştirak edir”

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

"Microsoft Teams” proqramı bizə daha çox kömək oldu"

"Microsoft Teams” proqramı bizə daha çox kömək oldu"

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Cənubi Koreyada məktəblərin açılması təxirə salınıb

Cənubi Koreyada məktəblərin açılması təxirə salınıb

İsti hava koronavirusa necə təsir edir? Epidemioloqdan açıqlama

İsti hava koronavirusa necə təsir edir? Epidemioloqdan açıqlama

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

ABŞ-ın təhsil sistemi pandemiyadan ciddi itkilər verir

ABŞ-ın təhsil sistemi pandemiyadan ciddi itkilər verir

Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

İqtisad Universitetində “Bir günlük tələbə” olmaq istəyənlərin sayı artır

İqtisad Universitetində “Bir günlük tələbə” olmaq istəyənlərin sayı artır

Fransalı professor Azərbaycanda koronavirusun zəif yayılmasının səbəblərini açıqlayıb

Fransalı professor Azərbaycanda koronavirusun zəif yayılmasının səbəblərini açıqlayıb

Koronavirus beyinə ciddi zərər vura bilər

Koronavirus beyinə ciddi zərər vura bilər

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

Təhsil Nazirliyi: “İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”

Təhsil Nazirliyi: “İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”

Böyük Britaniya məktəbləri açmağa tələsmir

Böyük Britaniya məktəbləri açmağa tələsmir

Koronavirus əllərdən də keçə bilər

Koronavirus əllərdən də keçə bilər

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

Müəllimlərə  qadağa

Müəllimlərə qadağa

Dövlət qulluğuna işə qəbul üzrə imtahanda ən yaxşı nəticə göstərmiş ali məktəblərin adları AÇIQLANDI -SİYAHI

Dövlət qulluğuna işə qəbul üzrə imtahanda ən yaxşı nəticə göstərmiş ali məktəblərin adları AÇIQLANDI -SİYAHI