AzTehsil.com


Xəbərlər / Müəllim / Maraqlı / Şagird
27 iyun 2020
2 193


Dünya ölkələrində təhsillə bağlı maraqlı faktlar



Dünya ölkələrində təhsillə bağlı maraqlı faktlar

  

Dünyanın müxtəlif ölkələrinin təhsilində həqiqətən qəribə və qeyri-adi olan hallar vardır.


Buyurun faktlarla tanış olun :

Yaponiyada bir çox məktəblərdə yeməkxana yoxdur. Uşaqlar özləri ilə gətirdikləri yeməyi elə sinifdə, partanın üzərində yeyirlər.

Bizdə, Rusiyada və bir sıra digər ölkələrdə ən yüksək qiymət "5” sayılsa da, Çexiyada "1” yüksək qiymət sayılır. Fransada şagirdlərin qiymətləndirilməsində 20 ballıq sistem, Çində100 ballıq sistem tətbiq edilir. Amerikada isə şagirdlərin bilik səviyyəsi hərflərlə qiymətləndirilir. Ən yüksək qiymət "A” hesab olunur.

Dünyanın 40-dan çox ölkəsində tədris ili bizim alışdığımız kimi sentyabrdan deyil, yanvarın 1-dən başlayır. 60-dan çox ölkədə isə tədris ili yazda, 1 martda açıq elan edilir.

İtaliyada orta təhsil müddəti 13 ildir. Orada məktəblər iki növbəli fəaliyyət göstərirlər. Bundan başqa, italiyalı şagirdlər məktəbli forması geyinmirlər. Orada məktəbi bitirdikdə buraxılış gecəsi keçirmək kimi bir adət yoxdur.

Çində yay tətili cəmi bir aydır və avqust ayında başlayır. Qış tətili isə daha uzundur, dekabrın sonunda başlayır, fevralın əvvəllərində bitir.

Yunanların təhsil sistemində tələbələr üçün böyük imkanlar yaradılıb. Çoxlu endirimlər, pulsuz yemək, tibbi xidmət, ödənişsiz marşrut və s. üstünlüklər verilir. Orada ali təhsil müəssisələrinə qəbul zamanı ödənişli yerlər olmur.

ABŞ-da təhsil müəssisəsində oğlanlarla qızların sayının balansına xüsusi diqqət yetirilir. Oğlanlar və ya qızlar üçün ayrılan yerlər dolubsa, abituriyent qəbulu növbəti ilədək dayandırılır.
ikisahil.com 



Загрузка...
Həmçinin oxuyun: