Xəbərlər / Abituriyent / Şagird
03 iyun 2020
1 890


Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı

 

Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhəri və regionlarda yerləşən inzibati binalarında yalnız əvvəlcədən götürülmüş onlayn növbə əsasında vətəndaşların qəbulu həyata keçirilir.

DİM-dən  verilən məlumata görə, vətəndaşların qəbulu şənbə, bazar və bayram günləri istisna olmaqla saat 09:30-dan 17:00-dək DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir: "Vətəndaşlardan zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur. Son günlər vətəndaş qəbulu mərkəzlərinə edilən müraciətlərin statistikasına baxsaq "Şəxsi kabinet”lərinin parollarını itirənlərin sayının çox olduğunu müşahidə edə bilərik.
"Şəxsi kabinet” yaradılan zaman parol vətəndaşın özü tərəfindən müəyyən edilir və bu məlumatların qorunub saxlanılması, itirilməməsi üçün həmin şəxs özü məsuliyyət daşıyır. İtirilmiş parolun bərpa edilməsi üçün DİM elektron xidmət təqdim etsə də, "Şəxsi kabinet” yaradılan zaman orada qeyd edilməli məlumatların natamamlığına görə insanlar bu xidmətdən yararlana bilmirlər.

Ona görə də bir daha tövsiyə edirik ki, hər kəs kabineti özü yaratsın və tanımadığı insanlara bu cür xidmətlərdən istifadə üçün müraciət etməsin. Bu tip müraciətlərin çoxluğu hazırda ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu üçün yaradılmış komissiyaların da fəaliyyətinə mənfi təsir göstərir. Ərizələrini SQK-da təsdiq etdirməli olan insanlar vaxtında bu prosesi həyata keçirə bilmirlər. Bununla əlaqədar SQK-ların fəaliyyət müddətinin uzadılması zərurəti meydana gəlib və ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı iyun ayının 9-dək uzadılıb (SQK-lar şənbə və bazar günləri fəaliyyət göstərmir).

Qeyd edək ki, ərizə qəbulunun bitməsinə bir neçə gün qalsa da, I-IV ixtisas qrupları üzrə sənəd verənlərin siyahısı ötən il ilə müqayisədə bu il daha çoxdur. Belə ki, ötən il qeyd olunan ixtisas qrupları üzrə 67837 abituriyent, bu il isə artıq 68527 abituriyent ərizəsini təsdiq edib.

Digər bir müraciətimiz 6 və ya 7 iyun 2020-ci il tarixlərində imtahan verən abituriyentlər, şagirdlərlə əlaqəlidir. Bu həftəsonu imtahanda iştirak etməli olan şəxslər DİM-in saytından "İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər".

3 iyun saat 17:00-a olan məlumata əsasən qeyd olunan tarixlərdə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanı verənlərin 97%-i, Azərbaycan dili imtahanı verənlərin 51%-i, 9‑cu sinif təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin isə 86%-i Mərkəzin saytında yerləşdirilən "İmtahana buraxılış vərəqəsi” və "İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni çap edib.

Xatırladaq ki, abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, "İmtahana buraxılış vərəqəsi” və "İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və abituriyentin özü tərəfindən imzalanır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
DİM paytaxtda və bölgələrdə vətəndaşların onlayn növbə ilə qəbuluna başlayır

DİM paytaxtda və bölgələrdə vətəndaşların onlayn növbə ilə qəbuluna başlayır

Universitet və kolleclərə ərizə qəbulu davam edir

Universitet və kolleclərə ərizə qəbulu davam edir

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulu davam edir

Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulu davam edir

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

Universitet və kolleclərə ərizə qəbulu davam edir

Universitet və kolleclərə ərizə qəbulu davam edir

Ali məktəblərə ərizə qəbulunun vaxtı uzadıldı

Ali məktəblərə ərizə qəbulunun vaxtı uzadıldı

Xanlar Xanlarzadə: Abituriyentlər mayın 18-dən etibarən elektron növbə götürməklə SQK-a müraciət edə bilirlər

Xanlar Xanlarzadə: Abituriyentlər mayın 18-dən etibarən elektron növbə götürməklə SQK-a müraciət edə bilirlər

Buraxılış imtahanlarının və sənəd qəbulunun vaxtı dəyişdirildi

Buraxılış imtahanlarının və sənəd qəbulunun vaxtı dəyişdirildi

Bu gün 30 min abituriyent üçün sınaq imtahanı keçirilir

Bu gün 30 min abituriyent üçün sınaq imtahanı keçirilir

Sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!

Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!

DİM imtahanları təxirə saldı, sənəd qəbulunun vaxtını dəyişdirdi

DİM imtahanları təxirə saldı, sənəd qəbulunun vaxtını dəyişdirdi

Ərizələrin qəbulu bu gün başa çatır

Ərizələrin qəbulu bu gün başa çatır

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Bu gün 1848 nəfər dövlət qulluğuna qəbul olunmaq üçün imtahan verəcək

Bu gün 1848 nəfər dövlət qulluğuna qəbul olunmaq üçün imtahan verəcək

Dövlət İmtahan Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanını keçirəcək

Dövlət İmtahan Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanını keçirəcək

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçiriləcək

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanları keçiriləcək

Abituriyentlərin NƏZƏRİNƏ: “İmtahana buraxılış vərəqəsi”ni çap edin

Abituriyentlərin NƏZƏRİNƏ: “İmtahana buraxılış vərəqəsi”ni çap edin

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

Ali məktəbələrə və kolleclərə sənəd qəbulu QAYDALARI açıqlandı

Ali məktəbələrə və kolleclərə sənəd qəbulu QAYDALARI açıqlandı

Azərbaycan dili imtahanında iştirak edəcək abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

Azərbaycan dili imtahanında iştirak edəcək abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək