Xəbərlər / Abituriyent
23 may 2020
1 084


Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulu davam edir

Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulu davam edir

 

Bu gün saat 09:40-a olan məlumata əsasən 63616 abituriyent elektron ərizəsini təsdiq edib.

Məlum olduğu kimi, mayın 12-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna start verilib.

Abituriyentlərin ərizələrinin qəbulu artıq 13-cü ildir ki, elektron formada Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə aparılır.

23 may saat 09:40-a olan məlumata əsasən artıq 63616 abituriyent elektron ərizəsini təsdiq edib. Hazırda ərizəsini təsdiq etmiş abituriyentlərdən 55597-si cari ilin, 8019-u isə əvvəlki illərin məzunlarıdır. Ərizəsini təsdiq etmiş abituriyentlərdən 32004-ü kişi, 31612-si isə qadındır.

Abituriyentlərin təqribən 99%-ə yaxını (62669 nəfər) ərizəsini özü təsdiq edib. DİM-in elektron məlumat bazasında yetərli məlumatı olmadığı üçün 1% (947 nəfər) abituriyent (əsasən 2011 və daha əvvəlki illərin məzunları) elektron ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri və rayonlarda yerləşən inzibati binalarında yerləşən Sənəd Qəbulu Komissiyaları qeyri iş günləri olan 23, 29 və 30 may tarixlərində də fəaliyyət göstərəcəkdir.

Vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu 2020-ci il iyunun 5-dək davam edəcək və bu müddətin uzadılması nəzərdə tutulmur.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
DİM: Ali və orta ixtisas təhsili müəssisələrinə 56 mindən çox abituriyent sənəd verib

DİM: Ali və orta ixtisas təhsili müəssisələrinə 56 mindən çox abituriyent sənəd verib

Kolleclərə qəbul olmaq üçün 17 minə yaxın abituriyent elektron ərizəsini təsdiqlədib

Kolleclərə qəbul olmaq üçün 17 minə yaxın abituriyent elektron ərizəsini təsdiqlədib

38 minədək abituriyent elektron ərizəsini təsdiqlədib

38 minədək abituriyent elektron ərizəsini təsdiqlədib

7 minə yaxın abituriyent kolleclərə qəbul ərizəsini təsdiqlədi

7 minə yaxın abituriyent kolleclərə qəbul ərizəsini təsdiqlədi

Sənəd qəbulu davam edir

Sənəd qəbulu davam edir

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır

Ərizələrin qəbulu bu gün başa çatır

Ərizələrin qəbulu bu gün başa çatır

Abituriyentlərin ixtisas seçimi davam edir...Neçə nəfər qeydiyyatdan keçib?

Abituriyentlərin ixtisas seçimi davam edir...Neçə nəfər qeydiyyatdan keçib?

Ərizə qəbulunun vaxtı bitmək üzrədir - Abituriyentlərin nəzərinə!

Ərizə qəbulunun vaxtı bitmək üzrədir - Abituriyentlərin nəzərinə!

İxtisas seçimi davam edir: 36 minədək abituriyent ərizəsini təsdiqləyib

İxtisas seçimi davam edir: 36 minədək abituriyent ərizəsini təsdiqləyib

16 mindən çox abituriyent ərizəsini təsdiqlədib

16 mindən çox abituriyent ərizəsini təsdiqlədib

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

Sabahdan kolleclərə sənəd qəbulu başlayır

Sabahdan kolleclərə sənəd qəbulu başlayır

Ali təhsil müəssisələrinə sənəd qəbuluna start verilib

Ali təhsil müəssisələrinə sənəd qəbuluna start verilib

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

22 mindən çox abituriyent kolleclərə qəbul olunmaq üçün ərizəsini təsdiqlədi

22 mindən çox abituriyent kolleclərə qəbul olunmaq üçün ərizəsini təsdiqlədi

Sənəd qəbulu davam edir

Sənəd qəbulu davam edir

İxtisas seçimi davam edir: 20 mindən çox abituriyent ərizəsini təsdiqlədi

İxtisas seçimi davam edir: 20 mindən çox abituriyent ərizəsini təsdiqlədi

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

Neçə nəfər ərizəsini təsdiqləyib?

Neçə nəfər ərizəsini təsdiqləyib?

Abituriyentlərin nəzərinə

Abituriyentlərin nəzərinə

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

Magistraturaya sənəd qəbulu davam edir

Magistraturaya sənəd qəbulu davam edir

Ali məktəb və kolleclərin boş qalan yerlərinə 10 mindən çox abituriyent elektron ərizəsini təsdiqləyib

Ali məktəb və kolleclərin boş qalan yerlərinə 10 mindən çox abituriyent elektron ərizəsini təsdiqləyib