AzTehsil.com

Xəbərlər / Müəllim
22 may 2020
9 246

Şagirdlərin məktəbdaxili qiymətləndirilməsi qaydaları TƏSDİQLƏNİB

Şagirdlərin məktəbdaxili qiymətləndirilməsi qaydaları TƏSDİQLƏNİB

"Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq olunub.

 Bu barədə Təhsil Nazirliyinin Kollegiyası Qərar verib. 

 Qərarda deyilir:

1.  Bu Qayda Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini tənzimləyir.
2.  Bu Qayda aşağıdakı şəxslərin attestasiyasına şamil edilmir:

2.1.  ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların;

2.2.  xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin.

3. I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır.

4. II - XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir.

5.  İllik ballar və qiymət sinif jurnalı və "Məktəbli kitabçası”nda yazılır.

6.  Hər hansı fənn üzrə illik qiyməti "2" olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

7.  Hər hansı fənn üzrə illik qiyməti "3" və ya "4” olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) II yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı balların və tədris ilinin I yarımili üçün yarımillik ballarının ədədi ortası kimi hesablanır və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

8.  Məktəbdaxili qiymətləndirmə növbəti tədris ili başlayanadək ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir.

9.  Məktəbdaxili qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür.

10.  Məktəbdaxili qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, imla, çalışma) istifadə olunur.

11.  Məktəbdaxili qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;

– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

12.  Tədris ili üzrə şagirdin illik ballarının "2”, "3”, "4”, "5” qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

12.1.  30-dək (30 daxil olmaqla) olan ballar "2” qiyməti ilə;

12.2.  30-dan 60-dək (60 daxil olmaqla) olan ballar "3” qiyməti ilə;

12.3.  60-dan 80-dək (80 daxil olmaqla) olan ballar "4” qiyməti ilə;

12.4.  80-dən 100-dək (100 daxil olmaqla) olan ballar "5” qiyməti ilə.

13.  Məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən şagirdlərin sinifdən sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir. modern.az 

Загрузка...
Həmçinin oxuyun:
Qiymətindən narazı qalan şagirdlər direktora müraciət edə bilərlər - Nazirlik

Qiymətindən narazı qalan şagirdlər direktora müraciət edə bilərlər - Nazirlik

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi

Summativ qiymətləndirmənin qaydaları dəyişdirildi

Summativ qiymətləndirmənin qaydaları dəyişdirildi

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları

Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər

Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Summativ Qiymətləndirmədə iştirak edə bilməyən şagird üçün yeni suallar tərtib edilməlidir?

Summativ Qiymətləndirmədə iştirak edə bilməyən şagird üçün yeni suallar tərtib edilməlidir?

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında

Məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında

Nazir Müavini təlimat göndərdi

Nazir Müavini təlimat göndərdi

C. Bayramov: “İkinci yarımil üzrə kiçik və böyük summativ qiymətləndirmə aparılmayacaq”

C. Bayramov: “İkinci yarımil üzrə kiçik və böyük summativ qiymətləndirmə aparılmayacaq”

İllik qiymətləndirmədən narazı qalan şagirdlər üçün yeni qaydalar hazırlanır

İllik qiymətləndirmədən narazı qalan şagirdlər üçün yeni qaydalar hazırlanır

Təhsil Nazirliyi: Şagirdlərin qiymətləndirilməsi “Virtual məktəb” platforması vasitəsilə aparılacaq

Təhsil Nazirliyi: Şagirdlərin qiymətləndirilməsi “Virtual məktəb” platforması vasitəsilə aparılacaq

IX sinif şagirdlərinin nəticələri 100 ballıq şkalaya keçirildi

IX sinif şagirdlərinin nəticələri 100 ballıq şkalaya keçirildi

Məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında TƏLİMAT 2016

Məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında TƏLİMAT 2016

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Bütün müəllimlərin yararlanacağı summativ hesablanma qaydaları – Sadə izahlarla

Bütün müəllimlərin yararlanacağı summativ hesablanma qaydaları – Sadə izahlarla

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır