AzTehsil.com


Xəbərlər
16 may 2020
1 179


Təhsil Nazirliyindən növbəti xeyriyyə aksiyası



 

Mayın 16-da Təhsil Nazirliyinin əməkdaşları Bakı şəhəri Nəsimi rayonunda yerləşən 156 və 146 nömrəli uşaq bağçalarında məskunlaşmış 32 məcburi köçkün ailəsinə ərzaq yardımı edib. Əlavə olaraq isə daha 8 aztəminatlı ailəyə də yardım paylanılıb.

Yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir. Yardım aksiyası davam etdirilir.



Загрузка...