Xəbərlər
13 may 2020
5 563


Lənkəran Dövlət Universitetinin qəbul planı AÇIQLANDI

Lənkəran Dövlət Universitetinin qəbul planı AÇIQLANDI

 

LDU-da yeni tədris ilində yeni ixtisaslar üzrə kadr hazırlığı həyata keçiriləcək.

 2020/2021-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsinə  tələbə qəbulu planı təsdiqlənib.Təstiqlənmiş plana əsasən, bu il Lənkəran Dövlət Universitetinə 1520 plan yeri ayrılıb .Ayrılan yerlərin 1405-i əyani, 115-i qiyabi şöbənin payına düşür.

Ötən il olduğu kimi bu il də, ölkədə qeyri-neft sektorunun, əsasən də, kənd təsərrüfatının inkişafı üçün vacib olan ixtisaslar üzrə tələbə qəbulu dövlət hesabına aparılacaq. LDU-da  bu il yalnız  dövlət hesabına qəbul  keçiriləcək  ixtisaslar aqronomluq, baytarlıq,bitki mühafizəsi,meşəçilk,torpaqşünaslıq və aqrokimya olacaq.

Bu ilki qəbul planında  əsas diqqətçəkən məqam, bir sıra yeni ixtisasların qəbul planına salınmasıdır. Belə ki, müsiqi müəllimliyi, coğrafiya müəllimliyi, beynəlxalq ticarət və loqistika, bitki mühafizəsi  yeni ixtisaslardır.

Bu  ixtisasların qəbul planına daxil edilməsi  ixtisaslı kadrlara olan tələbatla bağlıdır. Belə ki, regionlarda fəaliyyət göstərən musiqi məktəblərini ixtisaslı kadrlarlara olan ehtiyacı müsiqi müəllimliyi  üzrə tələbə qəbulunu zəruri edir.Həmçinin,  kənd  təsərrüfatının inkişafı bitki mühafizəsinin təşkilindən asılı olduğuna görə, bu sahədə olan mütəxxəssislərə də ciddi ehtiyac  var.Beynəlxalq ticarət və loqistika ixtisasında kadrlara ehtiyac da  dövrün sifarişidir.

2020/2021-ci tədris ili üçün təstiqlənən  Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsinə tələbə qəbulu planında da  yenilklər var. Qeyd edək ki, bu il magistratura səviyyəsinə 24 ixtisas üzrə 184 yer ayrılıb. Bütün ixtisaslar üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla təhsil almaq mümkündür. Dövlət hesabına təhsil almaq üçün DİM-nin bu məqsədlə təyin etdiyi minimal bal həddi keçilməlidir.

Bu il LDU-da  ilk dəfə olaraq 6 yeni ixtisas üzrə magistr hazırlığı həyata keçiriləcək.  Biznesin idarə edilməsi, kompüter mühəndisliyi, ekologiya mühəndisliyi, torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilk ixtisasları üzrə magistr hazırlığının bu ildən qəbul planına salınması aqrar sahədə elmi kadrlara olan tələbatdan doğur.

Dünyanı cənginə almış  koronovirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Lənkəran Dövlət Universitetində tədrisin yenilənməsi, müasir standartlaraq uyğun qurulması istiqamətində işlər ardıcıl  davam etdirilir. Yeni yaradılmış ixtisasların  tədrisi ilə bağlı maddi-texniki bazanın qurulmasına başlanılıb. Yeni laboratoriyaların alınması , fənn  kabinələrinin qurulması,  ixtisaslaşmış auditoriyaların, təcrübə sahələrinin yaradılması  diqqət mərkəzindədir.

İndi seçim sənindir, əziz dost! Tədrisin daim yeniləndiyi, modern islahatlara daim açıq olan, ən əsası-ancaq biliyin yeganə meyar olduğu bu ali təhsil ocağını seçmək  sənin şansındır !Bu şansını qaçırma!
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

Bütün qruplar üzrə 150 ballıq ixtisaslar  - SİYAHI

Bütün qruplar üzrə 150 ballıq ixtisaslar - SİYAHI

Elnur Məmmədov: Kolleclərə yenilənmiş ixtisaslar üzrə qəbul 2021/22-ci tədris ilindən başlayacaq

Elnur Məmmədov: Kolleclərə yenilənmiş ixtisaslar üzrə qəbul 2021/22-ci tədris ilindən başlayacaq

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt

Müsabiqə şərtləri

Müsabiqə şərtləri

LDU-ya qəbul olan abituriyentlərin qeydiyyatı davam edir..Rəhbərliyin imkansız tələbələrə yaratdığı şərait

LDU-ya qəbul olan abituriyentlərin qeydiyyatı davam edir..Rəhbərliyin imkansız tələbələrə yaratdığı şərait

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!

SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!

Bu ixtisasların keçid balları aşağı düşəcək – “Pulsuz”u istəyənlərə şad xəbər

Bu ixtisasların keçid balları aşağı düşəcək – “Pulsuz”u istəyənlərə şad xəbər

LDU-da ən son standartlara uyğun laboratoriya fəaliyyətə başlayıb

LDU-da ən son standartlara uyğun laboratoriya fəaliyyətə başlayıb

Yeni ixtisaslar yaradıldı

Yeni ixtisaslar yaradıldı

Magistraturaya ən çox qəbul planı hansı ali məktəbin payına düşüb?

Magistraturaya ən çox qəbul planı hansı ali məktəbin payına düşüb?

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

150 balla hansı universitetə qəbul olmaq olar? - Siyahı

150 balla hansı universitetə qəbul olmaq olar? - Siyahı

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Azərbaycan Universitetlərində yaradılan yeni ixtisaslar – TAM SİYAHI

Azərbaycan Universitetlərində yaradılan yeni ixtisaslar – TAM SİYAHI

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.

Dövlət sifarişi olsa da plan yeri boş qalan ixtisaslar - SİYAHI

Dövlət sifarişi olsa da plan yeri boş qalan ixtisaslar - SİYAHI

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Lənkəran Dövlət Univversitetində “Məzun günü” keçirilib- FOTO

Lənkəran Dövlət Univversitetində “Məzun günü” keçirilib- FOTO