AzTehsil.com


Xəbərlər / Müəllim
12 may 2020
18 678


Hansı müəllimlər güzəştli mənzillərdən yararlana biləcəklər -RƏSMİ



Hansı müəllimlər güzəştli mənzillərdən yararlana biləcəklər -RƏSMİ

 

Azərbaycan Prezidentinin 7 may 2020-ci il tarixli 1016 nömrəli Fərmanı ilə "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirildi və daha bir yeni kateqoriya əlavə olunub.


MİDA-dan verilən məlumata görə, "ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs” adlı mövcud kateqoriya genişləndirilərək "ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxsləri” əhatə edəcək.

Müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə – yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər.


"Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 12.14-cü bəndinə əsasən ümumi təhsil müəssisələrinin aşağıdakı növləri vardır:
• ibtidai ümumtəhsil məktəbi;
• ümumi orta ümumtəhsil məktəbi;
• tam orta ümumtəhsil məktəbi;
• lisey;
• gimnaziya;
• ümumtəhsil internat məktəbi;
• inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;
• inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;
• xüsusi məktəb;
• xüsusi internat məktəbi;
• inteqrasiya təlimli internat tipli gimnaziya;
• valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi;
• digər məktəblər.

Bununla yanaşı, yeni – "ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs” kateqoriyası da əlavə olundu. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.
Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən "Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara aid olan vətəndaşlar tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir. Sənədlərin siyahısı ilə www.mida.gov.az və www.mida.gov.az/mmc/ internet saytlarının ana səhifəsində yerləşən "Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.
Hər iki yeni kateqoriyaya aid şəxslər 12.05.2020-ci il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək "Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər. "Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan şəxslər mənzillərin seçimi zamanı daha öncə elektron kabinetə sahib olmuş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.


Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, "Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt "ASAN xidmət” mərkəzində və Gəncə şəhərində yerləşən "ASAN xidmət” mərkəzində "Güzəştli mənzil” pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar "ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan "108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin güzəştli ipoteka hüququ ilə bağlı dəyişikliklər

Müəllimlərin güzəştli ipoteka hüququ ilə bağlı dəyişikliklər

Müəllimlərə güzəştli ipoteka krediti verilsin

Müəllimlərə güzəştli ipoteka krediti verilsin

MİDA təhsil işçilərinə də güzəştli mənzil satacaq - YENİLİK

MİDA təhsil işçilərinə də güzəştli mənzil satacaq - YENİLİK

Müəllimlərə ipoeteka krediti veriləcək-FƏRMAN

Müəllimlərə ipoeteka krediti veriləcək-FƏRMAN

Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT

Təhsil işçilərinə mənzil veriləcək - EKSPERT

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Ümummilli liderin təhsil sevgisi – Nadir Israfilov

Ümummilli liderin təhsil sevgisi – Nadir Israfilov

Sosial evlər mənzili olmayan elmlər doktorlarına  təklif edilsin -Ekspertdən təklif

Sosial evlər mənzili olmayan elmlər doktorlarına təklif edilsin -Ekspertdən təklif

Müəllimlərin də ipoteka ilə mənzil almaq şansları reallaşır

Müəllimlərin də ipoteka ilə mənzil almaq şansları reallaşır

Cəmiyyət haradan olursa-olsun kəsib təhsilə xərcləməli, gənc müəllimə kömək etməlidir

Cəmiyyət haradan olursa-olsun kəsib təhsilə xərcləməli, gənc müəllimə kömək etməlidir

Qənirə Paşayevadan müəllimllərlə bağlı Milli Məclisdə TƏKLİF

Qənirə Paşayevadan müəllimllərlə bağlı Milli Məclisdə TƏKLİF

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

Nazir müavini xüsusi tipli internat məktəblərində olub

Nazir müavini xüsusi tipli internat məktəblərində olub

Dövlət müəllimlərə ev verir ?

Dövlət müəllimlərə ev verir ?

Qrant almaq istəyən alimlər üçün yenilik...

Qrant almaq istəyən alimlər üçün yenilik...

Repetitorlar VÖEN-i belə almalıdır - Qaydalar açıqlandı

Repetitorlar VÖEN-i belə almalıdır - Qaydalar açıqlandı

“Alimlər şəhərciyi”ndən təhsil işçiləri də ev ala biləcək

“Alimlər şəhərciyi”ndən təhsil işçiləri də ev ala biləcək

Müəllimlər üçün minimal qiymətlərlə mənzillər - 430 manatdan

Müəllimlər üçün minimal qiymətlərlə mənzillər - 430 manatdan

Sumqayıtda məktəb stadionunda "novostroyka" tikilir?

Sumqayıtda məktəb stadionunda "novostroyka" tikilir?

İnternat məktəbində bayram şənliyi keçirilib

İnternat məktəbində bayram şənliyi keçirilib

604 uşağın internata düşməsinin qarşısı alınıb

604 uşağın internata düşməsinin qarşısı alınıb

İnternat məktəblərinə kimlər qəbul olunur - QAYDALAR

İnternat məktəblərinə kimlər qəbul olunur - QAYDALAR

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Martın 16-da Balakən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Novruz bayramı münasibətilə şənlik keçirilib

Martın 16-da Balakən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Novruz bayramı münasibətilə şənlik keçirilib