AzTehsil.com


Xəbərlər
02 dekabr 2019
2 158


Nazir müavini xüsusi tipli internat məktəblərində olub



Nazir müavini xüsusi tipli internat məktəblərində olub

 

3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Bakı şəhərində yerləşən Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində tədbir keçirilib.

Tədbirdə iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda təhsil ocağının şəraiti ilə tanış olub və dərs prosesini izləyib. Məhəbbət Vəliyeva tədris prosesində interaktiv təlim metodlarından istifadənin vacibliyi və əhəmiyyətini diqqətə çatdırıb.

Nazir müavininə məlumat verilib ki, sözügedən təhsil müəssisəsi 1967-ci ildən fəaliyyət göstərir. Hazırda internat məktəbində 18 sinif komplektində 112  nəfər şagird təlim-tərbiyə alır. Xüsusi siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər on illik təhsil müddətini başa vurduqdan sonra xüsusi  təhsil haqqında şəhadətnamə alırlar. Xüsusi təhsil proqramları ilə yanaşı onlar məktəbin tədris emalatxanalarında tikiş, naxış salma, xalçaçılıq və dulusçuluq üzrə peşələrə yiyələnirlər. Müəssisənin nəzdində ayrıca iki mərtəbəli  korpusda yerləşən reabilitasiya mərkəzi fəaliyyət göstərir. Mərkəzdə 139 nəfər uşaq reabilitasiya xidmətinə cəlb olunub.

İnternat məktəbində uşaqların təlim tərbiyəsi ilə 55 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

Nazir müavini həmçinin Sumqayıt şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyada 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbirdə də iştirak edib. 

Məhəbbət Vəliyeva əvvəlcə şagirdlərin əl işlərindən təşkil olunmuş sərgi ilə tanış olub.

Tədbir çərçivəsində şagirdlərin ifasında maraqlı səhnələr, oyun və rəqslər nümayiş olunub, musiqi, şeir və nəğmələr səsləndirilib.

Nazir müavini internat məktəbində yaradılmış şəraitlə də tanış olub. Bildirilib ki, təhsil müəssisəsi 1996-ci ildən fəaliyyət göstərir. 2010-ci ildən məktəbdə ümumtəhsil siniflər də fəaliyyətə başlayıb. Hazırda internat məktəbində İnteqrasiya təlimli internat tipli gimnaziya 10 ümumtəhsil sinif üzrə-179 nəfər, 29 xüsusi  sinif üzrə 266 nəfər şagird təlim-tərbiyə alır. İnternat məktəbində uşaqların təlim-tərbiyəsi ilə 115 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Sonda xatirə fotosu çəkdirilib. edu.gov.az 



Загрузка...
Həmçinin oxuyun:
İnternat məktəbində bayram şənliyi keçirilib

İnternat məktəbində bayram şənliyi keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

İnternat məktəbinə mediatur təşkil edilib

İnternat məktəbinə mediatur təşkil edilib

Nazir müavini Məhəbbət Vəliyeva Goranboy rayonunda

Nazir müavini Məhəbbət Vəliyeva Goranboy rayonunda

Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Martın 16-da Balakən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Novruz bayramı münasibətilə şənlik keçirilib

Martın 16-da Balakən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Novruz bayramı münasibətilə şənlik keçirilib

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Leyla Əliyeva internat məktəbində - FOTOLAR

Leyla Əliyeva internat məktəbində - FOTOLAR

Nazir müavini Məhəbbət Vəliyeva Tərtər rayonunda

Nazir müavini Məhəbbət Vəliyeva Tərtər rayonunda

Nazir müavini Şamaxı şəhərində

Nazir müavini Şamaxı şəhərində

604 uşağın internata düşməsinin qarşısı alınıb

604 uşağın internata düşməsinin qarşısı alınıb

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Nazir müavini Məhəbbət Vəliyeva Zərdab rayonunda

Nazir müavini Məhəbbət Vəliyeva Zərdab rayonunda

İnternat məktəblərinə kimlər qəbul olunur - QAYDALAR

İnternat məktəblərinə kimlər qəbul olunur - QAYDALAR

Birinci vitse-prezident uşaq bağçası və təhsil müəssisələrindəki şəraitlə tanış olub

Birinci vitse-prezident uşaq bağçası və təhsil müəssisələrindəki şəraitlə tanış olub

Nazir müavini cəbhə bölgəsində

Nazir müavini cəbhə bölgəsində

Nazirlik internat məktəbində uşaqların döyülməsi ilə bağlı iddialara cavab verdi

Nazirlik internat məktəbində uşaqların döyülməsi ilə bağlı iddialara cavab verdi

Azərbaycanda 2 internat məktəbi ləğv olunub

Azərbaycanda 2 internat məktəbi ləğv olunub

İnternat məktəblərində ştat cədvəlləri necə tərtib olunur?- Fərqlər və istisnalar

İnternat məktəblərində ştat cədvəlləri necə tərtib olunur?- Fərqlər və istisnalar

Ağdamda yeni məktəb binasının açılışı olub

Ağdamda yeni məktəb binasının açılışı olub

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

Mingəçevir şəhər, Tərtər, Bərdə və Yevlax rayon təhsil şöbələrinin hesabat tədbiri

Mingəçevir şəhər, Tərtər, Bərdə və Yevlax rayon təhsil şöbələrinin hesabat tədbiri

Nazir müavini Ucar rayonunda

Nazir müavini Ucar rayonunda