Xəbərlər / Abituriyent
20 aprel 2020
1 314


Buraxılış imtahanı ilə bağlı komissiya YARADILDI

Buraxılış imtahanı ilə bağlı komissiya YARADILDI

 

9-cu sinif şagirdləri üçün buraxılış imtahanının 2020-ci il martın 1-də keçirilən birinci mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar.

Ötən illərin təcrübəsi göstərir ki, ümumiyyətlə, tapşırığa cavab verməyənlər və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmayanlar da komissiyaya müraciət edirlər.

Bundan əlavə, Dövlət İmtahan Mərkəzinin saytında imtahanda istifadə olunmuş sual kitabçaları, test tapşırıqlarının izahı da yerləşdirilib. İmtahan iştirakçılarına, həmçinin valideynlər, müəllimlər, ekspertlərə test tapşırıqları və onların izahı ilə tanış olmağı tövsiyə edirik.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 20-22 aprel tarixlərində apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada "Ev telefonu”, "Mobil telefon”, "E-mail” bölmələrində müvafiq məlumatlar qeyd edilir. "Apelyasiyanın nəticələrinin izahını necə əldə etmək istəyirəm” hissəsində təklif olunan variantlardan biri seçilir. Şagirdin imtahanla bağlı hər hansı xüsusi bir qeydi varsa, "ümumi qeyd” hissəsinə yaza bilər.

Daha sonra hər hansı bir tapşırığa verdiyiniz cavabın (və ya həllin) qiymətləndirilməsi ilə razı deyilsinizsə, həmin tapşırığın nömrəsini və iradınızın mahiyyətini aydın şəkildə müvafiq sahələrə daxil edib qarşısındakı "Yadda saxla” şəkil-düyməsinə basmaq lazımdır. Digər tapşırıqlara verdiyiniz cavabların da qiymətlərdirilməsi ilə bağlı iradlarınız varsa, əməliyyatı təkrar edin. Müraciətlərinizi tam formalaşdırandan sonra (müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur) fotoşəklinizin altındakı "Qeydiyyata al” düyməsinə basmaq lazımdır. Verilən məlumatı diqqətlə oxuduqdan sonra "Təsdiq et” düyməsini basmaqla müraciətinizi yekunlaşdırmış olursunuz. Müraciətinizlə bağlı araşdırma başa çatdıqdan sonra ərizədə qeyd etdiyiniz elektron poçt ünvanına və ya telefon nömrəsinə sizinlə bağlantının vaxtı barədə məlumat göndəriləcək.
Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Müraciətlərə aprelin 27-dən etibarən baxılmağa başlanılacaq.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ

Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Qəbul imtahanlarındakı nəticələrindən narazı olanlar DİM-ə müraciət edə bilərlər – Bu tarixlərdə

Qəbul imtahanlarındakı nəticələrindən narazı olanlar DİM-ə müraciət edə bilərlər – Bu tarixlərdə

Ötən həftə keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlanıb

Ötən həftə keçirilmiş əlavə buraxılış imtahanının nəticələri açıqlanıb

İmtahanın nəticələri açıqlandı

İmtahanın nəticələri açıqlandı

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

İyulun 26-da keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

İyulun 26-da keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

1-ci və 4-cü qruplara imtahan vermiş abituriyentlərin nəzərinə

1-ci və 4-cü qruplara imtahan vermiş abituriyentlərin nəzərinə

Apelyasiya Komissiyası yaradıldı.

Apelyasiya Komissiyası yaradıldı.

Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb

Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb

DİM-dən 7 mayda imtahan vermiş abituriyentlərə TÖVSİYƏ

DİM-dən 7 mayda imtahan vermiş abituriyentlərə TÖVSİYƏ

İyulun 22-də imtahanda iştirak edən abituriyentlərin nəzərinə...

İyulun 22-də imtahanda iştirak edən abituriyentlərin nəzərinə...

Şagird və abituriyentlər  imtahanla bağlı onları narahat edən  məlumatları buradan  əldə edə bilərlər- DİM

Şagird və abituriyentlər imtahanla bağlı onları narahat edən məlumatları buradan əldə edə bilərlər- DİM

268 şagird yazdığı inşada özünün kimliyini qeyd edib...IX sinif buraxılış imtahanında nəticəsiz qalan inşalar

268 şagird yazdığı inşada özünün kimliyini qeyd edib...IX sinif buraxılış imtahanında nəticəsiz qalan inşalar

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Buraxılış imtahanının nəticələri açıqlandı

Buraxılış imtahanının nəticələri açıqlandı

DİM: “204 bakalavr Apelyasiya Komissiyasına müraciət edib”

DİM: “204 bakalavr Apelyasiya Komissiyasına müraciət edib”

İmtahan verənlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başladı

İmtahan verənlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başladı

“Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb

“Azərbaycan dili” imtahanının nəticələri açıqlanıb

İyulun 14-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

İyulun 14-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

“Azərbaycan dili” imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb

“Azərbaycan dili” imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb