AzTehsil.com


Xəbərlər
10 iyun 2019
1 915


DİM: “204 bakalavr Apelyasiya Komissiyasına müraciət edib”



DİM: “204 bakalavr Apelyasiya Komissiyasına müraciət edib”

 

 
Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının nəticələri ilə əlaqədar yaradılmış Apelyasiya Komissiyasının məlumatını açıqlayıb.

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının 26 may 2019-cu il tarixində keçirilmiş II mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün DİM-də yaradılmış Apelyasiya Komissiyası 27 ‑ 31 may 2019-cu il tarixlərində fəaliyyət göstərib.

Bildirilib ki, qeyd olunan müddət ərzində 204 bakalavr Apelyasiya Komissiyasına müraciət edib: "Həmin bakalavrlar DİM-ə dəvət olunaraq, Apelyasiya Komissiyasının üzvləri və ekspertlər tərəfindən onların müraciətlərinə baxılıb. Komissiya üzvləri onların ayrı-ayrı test tapşırıqları və yazı işləri ilə bağlı suallarına aydınlıq gətirib və bakalavrların yerinə yetirdikləri yazı işlərində yol verdikləri səhvləri izah ediblər. Bundan əlavə, Apelyasiya Komissiyasının qərarına əsasən, bəzi proqramlarda açıq formalı hesablama tapşırıqlarının cavabını tapıb yuvarlaqlaşdırmada səhvə yol verənlər üçün (2 saylı proqramın 50 №-li açıq formalı test tapşırığına Azərbaycan bölməsində "6.3” cavabını, 32 saylı proqramın 50№-li açıq formalı test tapşırığına Azərbaycan və rus bölmələrində "2” cavabını, 55 saylı proqramın 47№-li test tapşırığına Azərbaycan və rus bölmələrində 91,875; 91,8; 91,9; 92 cavabını, 58 saylı proqramın 47 №-li test tapşırığına 275,55 cavabını verən bakalavrların da cavablarının düzgün hesab edilməsi barədə), eləcə də sualın mətnində yolverilən texniki səhv nəticəsində yaranan problem təkrar ekspertizada aşkar olunaraq bakalavrların xeyrinə (1 saylı proqramın 27 №-li test tapşırığı bu proqram üzrə imtahan vermiş bütün bakalavrların xeyrinə onlar tərəfindən düzgün cavablandırılmış kimi hesab edilməsi, 20 saylı proqramın 35 №-li test tapşırığının düzgün cavabı kimi Azərbaycan və rus bölmələrində A bəndinin də düzgün cavab kimi götürülməsi, 73 saylı proqramın 12 №-li test tapşırığında diaqram olmadığına görə bu test tapşırığı bütün bakalavrların xeyrinə onlar tərəfindən düzgün cavablandırılmış kimi götürülməsi, 42 saylı proqramın 43 №-li seçim tipli qapalı formalı tapşırığında texniki səhvə görə düzgün cavablar heç bir cavab bəndində tam əksini tapmadığı üçün bu test tapşırığı bütün bakalavrların xeyrinə onlar tərəfindən düzgün cavablandırılmış kimi götürülməsi barədə) müvafiq qərarlar qəbul edilib”.

Qeyd olunub ki, 42 saylı proqram üzrə 31 bakalavr tərəfindən əsasən 6 test tapşırığı (1, 7, 14, 41, 43 və 50 saylı) ilə əlaqədar komissiyaya müraciət olunub: "Bu proqram üzrə də imtahanda istifadə olunmuş test tapşırıqları həmin tapşırıqlar test bankına daxil edilərkən onları ekspertiza edən ekspertlər, həmçinin digər 3 ekspert tərəfindən geniş tərkibdə elmi-metodiki ekspertizadan keçirilib. Ekspertizanın nəticələrinə əsasən, cəmi 1 test tapşırığında texniki səhv olduğu aşkar edilib. Həmin 43 №-li test tapşırığı seçim tipli qapalı formalı tapşırıqdır və təəssüf ki, texniki səhvə görə düzgün cavablar heç bir cavab bəndində tam əksini tapmayıb. Buna görə də bu test tapşırığının həmin proqram üzrə imtahan vermiş bütün bakalavrların xeyrinə onlar tərəfindən düzgün cavablandırılmış kimi götürülməsi qərara alınıb. 42 saylı proqram üzrə digər tapşırıqlarda hər hansı texniki və ya elmi-metodiki səhv aşkar olunmayıb və bütün tapşırıqların qəbul proqramı çərçivəsində hazırlandığı bir daha öz təsdiqini tapıb”.



Загрузка...
Həmçinin oxuyun:
Ölkədə 9000-dən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək

Ölkədə 9000-dən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək

İyulun 26-da keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

İyulun 26-da keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb

Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb

DİM - in mütəxəssisləri Azərbaycan Konstitusiyasını açıb oxusunlar – EKSPERTDƏN “səhv” sualla bağlı SƏRT İTTİHAM

DİM - in mütəxəssisləri Azərbaycan Konstitusiyasını açıb oxusunlar – EKSPERTDƏN “səhv” sualla bağlı SƏRT İTTİHAM

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Bu gün magistraturaya qəbul imtahanıdır - II mərhələ

Bu gün magistraturaya qəbul imtahanıdır - II mərhələ

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

DİM-dən 7 mayda imtahan vermiş abituriyentlərə TÖVSİYƏ

DİM-dən 7 mayda imtahan vermiş abituriyentlərə TÖVSİYƏ

Bu il magistratura imtahanlarında yüksək bal toplayanların sayı azalıb - STATİSTİKA

Bu il magistratura imtahanlarında yüksək bal toplayanların sayı azalıb - STATİSTİKA

İyulun 22-də imtahanda iştirak edən abituriyentlərin nəzərinə...

İyulun 22-də imtahanda iştirak edən abituriyentlərin nəzərinə...

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Apelyasiya Komissiyası yaradıldı.

Apelyasiya Komissiyası yaradıldı.

Magistraturaya proqram seçimi başladı - Qaydalar

Magistraturaya proqram seçimi başladı - Qaydalar

İyulun 14-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

İyulun 14-də keçirilmiş qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəzərinə!

İmtahanın nəticələri açıqlandı

İmtahanın nəticələri açıqlandı

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

Test toplularında heç bir yenilik yoxdur deyən müəllimlərə DİM-dən reaksiya - "Qapalı testlərdən daha çox istifadə olunacaq!"

Test toplularında heç bir yenilik yoxdur deyən müəllimlərə DİM-dən reaksiya - "Qapalı testlərdən daha çox istifadə olunacaq!"

"Biz ancaq  facebookda söyüş qrupu yaradıb cammatı fake profillə söymək işinə baxırıq"

"Biz ancaq facebookda söyüş qrupu yaradıb cammatı fake profillə söymək işinə baxırıq"